20 Şubat 2016 Cumartesi

Toxuculuğa aid bəzi terminlərin etnolinqvistik təhlili

                                        
Toxuculuq insanların ixtira etdiyi ən qədim sənət növlərindən biridir. Toxuma sənətinə qədər insanlar hörmə və təpmə üsulundan istifadə etmişlər. İbtidai insanlar  öncə geyim ehtiyaclarını ödəmiş, sonra qaldıqları yeri döşəmək zərurətini hiss etmişlər. Keçəçilikdən sonra palazçılıq, daha sonra xalçaçılıq meydana gəlmişdir. Arxeoloji qazıntılar təsdiq edir ki, ən qədim toxuculuq aləti olan “tapalaq” gildən və sümükdən hazırlanırdı (1, s.6). Çoxsaylı arxeoloji tapıntılar sübut edir ki, hələ tunc dövründə - bizim eradan 3-2 min əvvəl Azərbaycanda xalça məmulatları hazırlanırdı. Eradan əvvəl V əsrdə yaşamış qədim yunan tarixçisi Ksenofont qeyd edirdi ki, qədim iranlılar xalça məmulatlarından geniş istifadə təcrübəsini midiyalılardan - azərbaycanlıların qədim əcdadlarından mənimsəmişdilər. 1949-cu ildə Altayda, Pazırık kurqanlarında aparılan arxeoloji qazıntılar zamanı xalça məmulatlarının bir çox hissələri tapılmış və alimlər tərəfindən midiyalılara aid edilmişdir   F.Ağasıoğlu yazır:   “Aparılan müqayisələr göstərir ki, m.ö.V-IV əsrdə Altayda saqa elbəyinin yas törəni üçün Azərbaycandan aparılan saqaoğuz xalısını sonrakı Qarabağın bir hissəsini (Bərdəni də) içinə alan o çağın Sakasena bölgəsindəki saqalar (oğuz-türkmənlər) toxumuşlar. Beləliklə, deyilənlərə yekun vurub, «Pazırıq xalısı» adı ilə Ermitajda saxlanan Azərbaycan xalça sənətinin bu şah əsərini Qarabağ xalçaçılıq məktəbinin «Saqa-Oğuz xalısı» adlandırmaqla tarixi gerçəkliyi bərpa etmiş və bununla 2500 il əvvəl bu xalını toxuyan azərbaycanlının ruhunu da şad etmiş olarıq” (2) . Azərbaycanın görkəmli sənətkarı prof. L. Kərimov bu xalçanı e.ə. VI-V əsrə aid edir(3, s.3).  Bununla bağlı M.Ə.Abdullayeva yazır: İstər Pazırıqda tapılmış çulun, istərsə də Şərqi Türküstanın  müxtəlif yerlərində aşkara çıxarılan xalça tikələrinin çürümədən dövrümüzə qədər  gəlib çatmasını ancaq bir təsadüf adlandırmaq olar.  Yəhərüstü xalça  və xalça tikələri türk icmalarına məxsus sənət nümunəsi hesab olunur (4, s.15).   Tanınmış arxeoloq O. Həbibullayev sadə toxuculuq dəzgahlarının e.ə. V-IV minilliklərdə mövcud olduğunu qeyd edir(5, c.II). «Kitabi Dədə Qorqud» dastanında türk oğuz tayfalarının həyatı barədə çoxsaylı faktlar arasında onların öz məişətlərində xalçalardan geniş istifadəsi barədə məlumatlar vardır: Toqsan yerdə ala qalu-ipək döşəmişdi; Bin yerdə ipək xalıcası döşənmişdi; Çətir otağ, ala sayvan dikdirdi. İpək xalıcalar saldı (6,s 37,52,54). Azərbaycanın hər bir bölgəsində xalçaçılığa aid yüzlərlə terminlərdən istifadə olunur. Xalçaçılıq terminlərinin belə geniş ərazini tutması və ölkəmizin hər yerində istifadə olunması, hətta bir sıra terminlərin türk dilli   xalqların dilində, demək olar ki, eynilə işlənməsi (əriş, arğac, göl, çözələmək, xalı, kirtiş, əlçim və s.) bu sənətin qədimliyindən başqa, türk xalqları arasında dərin kök saldığını, onların məişətinə daxil olduğunu göstərir.  Azərbaycan xalqının vizit kartı hesab olunan xalçaçılıq sənəti ilə bağlı cild-cild əsərlər yazılmış, bu sahədə çox ciddi səmərəli tədiqatlar aparılmışdır. Tədqiqatçıların fikrincə, xalçaçılıqda aradansalma texnikası Sennə, yandansalma texnikası türkbaf (türksayağı toxumaq) adlanır. Sennə Cənubi Azərbaycanda olan qəsəbənin adıdır. Toxuculuq leksikasına daxil olan sözlərin böyük əksəriyyəti türk mənşəlidir. Bunu zəngin dil faktları da  sübut edir:
Əriş - ədəbi dilimizdə, eləcə də dialekt və şivələrimizdə ən geniş yayılmış toxuculuq terminləridən biridir. Əriş üçün əyrilmiş ip mütləq möhkəm olmalı, ərişin hanaya tarım çəkilməsi və xalçanın toxunması prosesində əriş üzərinə vurulan ağır həvələrin zərbəsinə duruş gətirməlidir. Əriş üçün hazırlanan ip 2-3 qat olub, bərk eşilməlidir. Bu söz M.Qaşqarlının əsərində “ariş”, özbək dilində “uriş”, türkmən dilində “erış” şəklində işlənir (4, s.112). Əriş sözü “parçanın əsası” mənasında Qədim Türk Lüğətində arus/aris şəklində  (7, s.53-58).  B.B. Radlovun türk ləhcələri sözlüyündə ariş şəklində qeydə alınmışdır. (8, 772), E. B. Sevortyan eriş/arış sözünün toxuculuq dəzgahında şaquli iplər mənasını ifadə etdiyini göstərir (9, s.294). Əriş sözünün arı –təmiz sözündən yarandığı şübhəsizdir, çünki əriş üçün hazırlanan ip cod olmamalı, arınmış, təmiz və möhkəm ipdən  hazırlanmalıdır. M. Abdullayeva əriş sözünü haqlı olaraq “çoxlu sayda təmiz, seçilmiş ip” anlamında izah edir. Müasir dilimizdə işlənən milli xörək adı olan əriştə sözünün də əriş sözündən törəyib. Semantikasında topluluq, çoxluq (uzununa kəsilmiş xəmir) anlayışı vardır (4, s. 113).
Arğac- xalça toxumada arğac üçün iki ip nəzərdə tutulur, Birinin qalınlığı ərişlə eyni, ikincisi isə nisbətən nazik ip olmalıdır. Arğac sözü də ümumtürk sözü olub türk dillərinin hamısında müxtəlif fonetik variantlarda işlənir. Bu söz Qədim Türk Lüğətində arqaY şəklində göstərilmişdir (7, s.54). M.Abdullayeva arğac sözünün eyni anlamda Türkmən dilinin yamut dialektində “içeqeçiriq” şəklində işləndiyini (içərisindən nə isə keçən) qeyd edir. Arğac sözünün inkişafının əlqaç / alqaç / arğac /arğac şəklində olduğunu güman edir  (4, s.115).
Bükdərmə- bu termin bük və dər feillərinin birləşməsindən yaranmışdır. Burada dərmək sözü dilimizdəki dərmək, yığmaq sözüdür. Bu söz M.Qaşqarlının lüğətində “tərmək” şəklində qeydə alınmışdır. Bükdərmə əyrilmiş bir neçə ipi qatlayıb, büküb burmaq, yığmaq deməkdir. M.Abdullayeva yazır ki, əgər iki ip əyrilmiş ipdirsə, onda ikəmlənib (iki ipin birləşdirilməsi) bükdərilir, üç əyrilmiş ipdirsə, o zaman üçəmlənib (üç ipin birləşdirilməsi) bükdərilir (4, s.35).
Kirkişləmə- M.Kaşğarlı bu sözü “kirkişlamak”- “qazıyıb təmizləmək” mənasında işlətmişdir ki, bu da ipin hamarlanıb nazikləşdirilməsidir. Sözün kökü kirtiş//kirtizdir ki, bu da alət adıdır (10, s.36).
Kirgit- xalçada arğacları ərişlər arasında oturdan alətdir. Kirgit ən ilkin xalçaçılıq aləti olub, heyvan buynuzundan düzəldilirmiş. Kirgitdən əsasən, xovsuz xalçaların kilim növündə istifadə edilirmiş. Onun bir neçə dişi olur (iki-üç). Kirgit qədim xalçaçılıq aləti olduğundan kirgit sözü də qədim türk leksik qatına daxil olan sözlərdən hesab edilir. Azərbaycan dilinin izahlı lüğətində bu sözdən yaranmış kirgitləmək, kirgitləmə sözləri qeydə alınmışdır (11,s.72). M. Abdullayevanın fikrincə, kirgit iki sözün –kir və get sözlərinin birləşməsi olub, icra etdiyi funksiya ilə əlaqədar adlandırılıb. Yəni, alətin dişləri iplərin arasına girib çıxır. Bu söz nə vaxtsa iki köklü mürəkkəb isim olub. Müasir mərhələdə sadə söz kimi işlənir (4,s.41-42). Fikrimizcə, kir sözünün qır/qırtla bağlılığı daha inandırıcıdır.
Sap- omonim söz olub dilimizdə pambıq liflərindən, ipək tellərindən, yaxud süni liflərdən nazik eşilmiş ip anlamındadır (12, s. 36). Məsələn, qalın sap, ipək sap və s. Dilimizdə saplamaq, saplı, saplıca (sapılca) kimi sözlərinin kökü olan sap ismi isə “dəstək” mənası, yəni hansısa bir alətin sapı mənasında işlənir. Məsələn, bıçağın sapı, baltanın sapı və s. Bu söz digər  türk dillərində də sap/sab şəklində özünü göstərir. M. Qaşqarlının lüğətində bu sözə sab şəklində rast gəlmək olar: Hera jitik бiчак эрса, öз сабiн јанумас  (M.K., Ic., s.366)  (mənası: bıçaq nə qədər iti olsa, öz sapın yonmaz). Qədim Türk Lüğətində də bu söz dəstək mənası ilə əks olunmuşdur (7,s.485). Göründüyü kimi, fars kökənli “dəstə” sözü dilimizə sonralar daxil olmuşdur.                                                                                         
Qayçı. Bu sözün türk kökənli olması qətiyyən şübhə doğurmur. Qayçı sözü türk dillərinin əksəriyyətində müxtəlif fonetik variantlarda işlədilir. Qırğız, tatar, özbək dillərində kayçı, türkmən dilində qayçı, qumıq dilində kyayçı, qaraqalpaq dilində kayşı, çuvaş dilində xaça, tuva dilində xaçı, qaraçay-balkar dilində kıptı şəklində işlədilir (4, s.43). Maraqlıdır ki,  M.Qaşqarlı qayçı sözünü kiftu şəklində qeydə almışdır. Kiftu -makaş, kırkı, I, 416; kiftulamak- sındı ilə kırkmak, kırpmak, III,352.http://www.turansam.org/kitaplar/KasgarliMahmut DivaniLugatitTurk.pdf).
Qayçı sözü Azərbaycan dilinin dialekt və şivələrində qayçı, qeyçi və qəyçi fonetik variantlarında işlənir. Sözün qeyçi variantı Culfa, Ordubad, Şəki, Göyçay, Salyan, Bakı, Sumqayıt, Quba, Qusar, Dəvəçi, Şamaxı, İsmayıllı və Ağsu bölgələrində qeydə alınmışdır (13, s.29).  Heç şübhəsiz ki, qayçı sözünün çuvaş və tuva dillərindəki xaça, xaçı variantları q-x əvəzlənməsi və y səsinin düşməsi nəticəsində baş vermişdir. Lakin sözün qədim formasının qaraçay-balkar dilində saxlanıldığını güman etmək olar. Kıptı - p/f və ı/i əvəzlənməsi ilə M.Qaşqarlının qeydə aldığı kiftu sözü ilə eyniyyət təşkil edir. Kıptı/kiftu sözünün kırk, kırp kökündən yarandığını güman etmək olar. Hazırda qayçı şəklində sabitləşmiş sözün tərkibindəki –çı qalığının t/ç əvəzlənməsi nəticəsində baş verdiyini söyləmək olar.
Bıçaq. Xalçaçılıq sənətində qarmaqlı bıçağın üç növünə rast gəlirik: Toxuma bıçağı, sökmə bıçağı və dəstəyi ölçülü bıçaq  (4, s.42). Adından bilindiyi kimi, dəstəyi ölçülü bıçağın dəstəyində ölçü olur, bu da xalçadakı sıxlığı və gülləri ölçmək üçündür. Bıçaq sözü əksər türk dillərində cüzi fonetik dəyişmə ilə işlənir. Türk, qırğız dillərində bıçak, türkmən, tatar dillərində pıçak, qumıq dilində biçak, özbək dilində piçək, Azərbaycan dilində bıçaq formalarında işlənməkdədir. Bu söz qədim türk lüğəti (7, s.398) və  M.Qaşqarlının lüğətində  (M.K., I c., s. 366), biçek şəklində qeydə alınmışdır. İbn Mühənnanın lüğətində bu sözlə əlaqədar “bıçak- bildiyimiz kəsmə aləti; bıçakçı- bıçaq yapan, bıçgas- bəhsə girmək, bıçık-kəsilmiş” sözləri qeydə alınmışdır  (15, s.21). Bıçaq sözü heç şübhəsiz ki, biçmək feilinin kökü ilə bağlıdır. Türk dillərinin etimoloji lüğətində bıçaq sözünün kökü biç/bıç (резать) şəklində qeyd edilmişdir. (16,s.159). Qeyd edək ki, şivələrimizdə mişar mənasında işlədilən bıçqı (Biləsuvar, Qazax) (17, s.53) bışqı (Cəbrayıl) (17, s. 54) sözlərinin kökü biç feili ilə bağlıdır. K.Quliyeva bıçaq sözünün Dərbənd dialektində və tat dilində çaqqu şəklində işləndiyini və sözün kökünün çak/çax-la («бить, ударять») bağlı olduğunu güman edir.  (18, 18-19).
Çaqqu sözünün kökünü çapmaq feili ilə də bağlamaq mümkündür. Lakin bıçaq sözündəki çax/çaq hissəsinin güzgü üsulu ilə yaranması daha inandırıcı görünür.  Q.Kazımov  yazır: «N.A. Andreyev kimi, A.S. Melniçuk da söz köklərini ikisamitli hesab etmiş və araşdırmalarını bu prinsip əsasında qurmuşdur. O, dil faktlarını aldığı təəssürat əsasında praformaların müəyyənləşdirilməsi üçün samitlərin metatezasının rolunu xüsusi nəzərə almağı lazım bilmişdir.(türk dillərində: piç-“kəsmək”, çap-“biçmək, qurmaq” kimi). Müəllif A.S.Melniçukun fikrinə istinad edərək yazır ki, struktur xüsusiyyətlər bütün dünya dillərində təkrar olunan etimoloji komplekslərin öyrənilməsində böyük rola malikdir və bu söz qruplarındakı mürəkkəb, özünəməxsus, həm də izomorf xüsusiyyətlər heç bir başqa səbəblə deyil, yalnız başlanğıcdan bütün dünya dillərinin qəti və şübhəsiz qohumluğunu nəzərə almaq əsasında aydınlaşdırıla bilər» (19, s.32).
Xalça -  düzəltmə isimdir. Bu söz xalı (sözün kökü) sözündən düzəldilmişdir.  Dilimizdə xalı kimi işlənən sözə  türk xalqlarının dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. Qalı sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar. Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə və Qazax rayonlarında), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov  böyük xovlu xalçaları gəbə (gəvə, qaba, qebe, kebe, kepe) adlandırırlar. “Kitabi-Dədə Qorqud” dastanlarında xalça sözünə müxtəlif formalarda rast gəlirik: Toqsan yerdə ala qalu-ipək döşəmişdi; Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıcası döşənmişdi; Bazirganlar gəldi deyü babası sevindi. Çətir otağ, ala sayvan dikdirdi. İpək xalıcalar saldı . (6, s. 37, 52, 54). Xalı sözü Qafqaz regionunda yaşayan bir sıra xalqların (osetin, qaraçay-balkar, çeçen, lak, ləzgi) dilində ip mənasında işlədilir . (4,s.48). “Kitabi-Dədə Qorqud” dastanlarında xalça sözü xalicə şəklində qeyd edilmişdir: “Bin yerdə ipək xalicəsi döşənmiş idi”. Xalı sözünün  bəzi türk dillərində işlənmə formaları bu şəkildədir: 1.xalı (Azərbaycan) 2. kilem (Qazax) 3. kilem (Qırğız) 4. keləm (Tatar) 5. halı (Türk) 6. xalı (Türkmən) 7. giləm (Uyğur) 8. qilam (Özbək); Kitabi-Dədə Qorqud dastanlarında toxuculuqla bağlı qara keçə, cübbə, sicim, sapan, qaftan, çuval, gecəlik kimi terminlərə də rast gəlirik:  - Bayındur xanın yigitləri Dirsə xanı qarşuladılar. Gətürüb qara otağa qondurdılar. Qara keçə altına döşədilər; - Bən varıcaq gəlübəni qarşuladılar, qara keçə altına döşədilər, qara qoyun yaxnısından önümə gətürdilər; -Çigin quşlu cübbə don gergil bu oğlana, geyər olsun, hünərlidir;  -Ağ əllərin ardına bağladılar, qıl sicim ağ boynına taqdılar; - Çobanın üç yaşar dana dərisindən sapanının ayasıydı; üç keçi tüyündən sapanın qollarıydı. -Bir keçi tüyündən çatlağucıydı; -Ayıtdılar: Necə səxt olmayalum? Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz!”- dedilər;  -Beyrək aydır: Ağanızın başı və gözi sədəqəsi, köhnə qaftanımız var isə geyəyin, dügünə varayın. Dügündə əlümə qaftan verür, gerü qaftanınuz verəyim”-dedi; -Əgnimüzdən qaftanımız alduğı yoq, Başımızdan gecəligümüz aldığı yoq; -Bir əski dəvə çuvalı buldı, dəldi, boynına keçürdi;  -Alar sabah sapa yerdə dikiləndə ağ-ban evli, Atlasla yapılanda gög sayvanlu; -Qara donlu dərvişlərə nəzir verdim;  -Qırq evli qulla qırq cariyə oğlı başına çevirdi, azad eylədi, Cılasun ərənlərə qara ölkə verdi, cübbə-çuqa verdi (6, s.24, 25, 28, 34,47, 61, 69, 70, 70, 71, 86, 94);
Cübbə sözü dastanların dilində iki mənada işlənmişdir: 1. qolsuz və ətəkləri qısa geyim 2. minik atına geydirilən  dar fəracə, bürüncək.  Dialektoloji lüğətdə bu söz qeydə alınmamışdır. Çənbərək şivələrində “qısaboylu” anlamında cübbərə sözü göstərilmişdir (17, s.82).
                                                                          Ədəbiyyat
Buniyatov T. Azerbaydjan-strana drevnoqo kovrodeliya. Mejdunarodnıy simpozium vostoçnıx kovrov., “Elm”, 1983
F.Ağasıoğlu. Pazırıq xalısı. (Qarabağın sehirli bir basırıq xalısı), Bakı, 2012)
L.Kerimov İskusstvo kovrodeliya. Mejdunarodnıy simpozium po iskusstvu  vostoçnıx kovrov., Baku, 1983
M.Ə. Abdullayeva. Azərbaycan dilində xalçaçılıq leksikası, Bakı, 1998
O.Həbibullayev Kültəpə arxeoloji qazıntılarının ilk nəticələri. Azərbaycan tarixinə dair materiallar. Azərbaycan tarixi muzeyinin əsərləri, II c., Bakı, 1957
Kitabi-Dədə Qorqud, “Öndər nəşriyyat”, Bakı, 2004
DTS, L., 1969
B.B. Radlov. Opıt slovarya tyurksix nareçiy, 1t., 1 ç., 1983
E.B. Sevortyan. Etimoloqiçeskiy slovar tyurkskix yazıkov., M., 1974
 Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, 1983
 Azərbaycan dilinin izahlı lüğəti, IV cild
Azərbaycan dilinin dialektoloji atlası, Bakı, 1990
İbnü-Müenna lüğati, (Apdulla Battal), İstanbul Devlat Matbaası, 1934
 E.B. Sevortyan. Etimoloqiçeskiy slovar tyurkskix yazıkov. Moskva, 1978 (na bukvu “B”)
 Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı, 2007
 Kulieva K. Drevnetyurkskiy leksiçeskiy plast Kubinsko- Derbentskoqo dialekta Azerbaydjanskoqo  yazıka, Baku, 2007
 Kazımov Q. Azərbaycan dilinin tarixi, Bakı, 2003




15 Şubat 2016 Pazartesi

Yardımlı şivələrinin sözlüyü, Bakı, 2007

SÖZLÜK





A

Abeşik (b.k.)
Meşəbəyi. (b.k.) Abeşik meşəni qoriyey. (An.)
Abı (ə.k.)
mavi, göy. Göy rəyə bizdə abi deylər.(S.)
Ağbaşdü (Bür.,0.,V.,T., D.)
aşbaz. Şə:rdə yeməgi ağbaşdü bişirey. (O.)
Ağuşkə (An., Ham.)

Ağnağaz (An.)

-
şüşə.Ağuşkəni almaznən kəseylər. (An)

Acitmə (b.k.)
xəmir mayası. Acitməsız xəmır olməz. (K.)
Alaqus (O)
sözgəzdirən. Hər yerdə alaquş adam oley. (O.)
Alahi (b.k.)
ayrı. Onun alahi iş əlinnən gəlmey. (Z.)
Aldil (N., O.)
hiyləgər. Aldil olənun işi yamaıı ölər (C.)
Alu (b.k.)
gavalı. Gavaluə bizdə alu deylər. (An.)
Amada (b.k.)
hazır. Amada qalıb bi söz deməgə. (Ab.)
Amanamənd (ə.k.)
hazır. Elə amanəmənd qalıb desun (G.)
Anğarmaq (0.,N., K., An)
başa düşmək. Onun sözin anğarməg olmey. (K.)
Anqərib (O., N.)
az qala. Ati anqərib sürə üsdımə qaşdım. (N.)
Arba (b.k.)
bərabər. Tayi arba elə aşmasun. (Yol.)
Arvatdanmaq (b.k.)
lovğalanmaq. Bi iş görən kimi arvatdaney. (A.)
Atdanmaq (An., S., K.)
yola düşmək. Tez atdan amanati gətu. (S.)
Ayazimək (ə.k.)
işıqlaıımaq. Day hava ayaziyib (An.)
Aybə (O., An.,  S.,  Osn.,
çöl soğanı. Aybə meşədə biney (Osn.)
K., Ham.)


Ayəm (O)
dövr, zaman. Hər şehun bi ayəmi var. (O.)
Ayin - şayin (ə.k.)
arxaym. Ayin-şain ol, gələr. (Zey)

B

Bab (b.k.)
Uyğun, tay. O, sənə babdıı. (Ham.)
Babal (b.k.)
yazıq. Babdl helə deydi oləcəği. (Vər.)
Balabuğud (O)
əlüstü yemək. İşi oləndə balabuğud eley (O.)
Bahari (ə.k.)
çuxa. Qədimdə çuxiə bahari deydilər. (An.)
Ban (b.k.)
çardaq. Bizdərdə oti banə yığeylər. (Sol.)
Basarat (b.k.)
imkan, bacarıq. Allah basaratin bağle:b. (Ə.)
Beytinə (O., D., Ən.)
adi hal. Beytinə işə başüy salma. (Ən.)
Bələt (b.k.)
qapı, doqqaz. Bizdə doqqəzə bəlet deylər. (C.)
Bərin olmaq
əhəmiyyət vermək (ə.k.)
Bəkələmək (b.k.)
özünə tərəf çəkmək
Bəlim (b.k.)
əzilmiş küləş
Bıdarramaq (ə.k.)
1. sındırmaq; 2. yemək. İnəylər şivləri bıdarreib (Y.)
Biləxaylıq (D., N., O.)
È
 
qarşıqlıq. Burdə biləxaylıq salmoun. (N.)
Bırığ (O, K., Arv., Osn.)
axta. Bı uləğ bırığdu. (Arv.)
Bircitmək (ə.k.)
döndərmək, əymək. Bırcidey işdəmey. (Gil.)
Biri tutmaq (O.)
sancılanmaq. Biri tııtub durəmmey. (O.)
Bısağa (b.k.)
qapının ağzı. Bısağada görüşməzdər. (An.)
Biavan (b.k.)
yubanmaq. Day sənnən biavan oldi. (Q.)
Bidinimə (D., O.)
aramsız, dalbadal. Bidinimə eley. (D.)
Biney-bərgah (ə.k.)
əvvəl, əzəl. Biney-bərgahdan olər dosdu. (O.)
Binələmək (b.k.)
yıırd salmaq. Əli şərdə binələdi. (Bil.)
Binişt olmaq (b.k.)

yurd salmaq. İndi binşit olməğ çətindu. (Bür)
Binixta (Hon., O., Ə. Ü.)
dalbadal. Əmin sözə həmməşə binıxdə cavab verey. (Ə.)
Birgiz (O.)
həmişəyaşıl kol. Birgiz meşədə oley. (O.)
Birin (b.k.)
doğranmamış  odun. Oduni  birin  eliəndə  tez yaney. (H.)
Boğma (O.)
sunbul  dənəsi. Zəmi vaxdi sümbüli boğma eleylər. (O.)
Boyinəti (b.k.)
asılılıq. Adamun işi dara düşəndə boinəti oley. (M.)
Boraşım (b.k.)
şum. Biz hər il peşkari boraşım eliög. (Al.)
Bölmə (O., Peş.)
kasa. Bizdə kasiə bölmə deylər (Peş.)
Buruz eləmək (b.k.)
incimək, acıq etmək. O hər şehə burıız eley (A.)
Buroz (b.k.)
yoğun ağac. Şalmani burozdan düzəldeylər (Ü.)
Bülül (b.k.)
yabanı lərgə. Bizım peşgarda bülül çox oley. (S.)
Bütdili (ə.k.)
yer quşu. Bütdüli torpəğ rəydə oley. (O.)

C

Caymək (b.k.)
yolundan azmaq. Uşağa söz deysən cayey. (N.)
Cəhəl (b.k.)
mubahisə. Bilmey, amba cəhəl eley. (Ham.)
Cəc (O.)
əfəl, aciz. Yaxçi dili var, amba cəcdu. (O.)
Cıqqan (b.k.)
az. Yeməgə cıqqan duz qateysən, yemey. (Ü.)
Cınqır (K., Arv., N., Sol.)
qoz. Girdəkana bizdə cıııqır deylər. (Sol.)
Cıvığ (ə.k.)
ağızdanboş. Qardaşi cıvığdu, söz saxlamey. (K.)
Cızğırtmaq (b.k.)
fontan vurmaq
Cicə (ə.k.)
nənə. Omm cicəsi çoxdən ölüb. (An.)
Cirələşmək (b.k.)
dalaşmaq. Sözi deysən cirələneny (Bür.)
Coma (b.k.)
topa. Tayi bi yerə comala bilinsun. (Al.)
Cozdalanmay (Ar., Peş., K.)
qaynamaq. Qəfədanun altin elə cozdalansun. (Peş.)
Cozdanmağ (b.k.)
tökülmək. Tayıın biri cozdanıb. (Ab.)
Cuanazan (O., D.)
qadın. Zənənə cııanazan da deylər (O.)
Cürüm (b.k.)
əzab, əziyyət. Əlinuıı cürümi sən usdədu. (H.)
Cürünbül (b.k.)
islanmış. Yağış yağıb üsdi cürümbül olub. (An.)

Ç

Çala (b.k.)
damazlıq, maya. Sütə çala ateylər, qatığ oley. (G.)
Çalğu (ə.k.)
həyət süpürgəsi. Çalğıı həyəti yaxçi süpürey. (T.)
Çatmağ (b.k.)
yükləmək. Yüki salxax çatanda aşey
Çəmləməy (b.k.)
ələ almaq. Adamı elə çəmley heç bilmeysən (An.)
Çəm (b.k.)
üsul, qayda. Hər şehuıı çəmi var. (Ən.)
Çəndün (O.)
o qədər. Çəndım fikir vermey onə. (O.)
Çəpərə (O., D., V.)
qabırğa (quşlarda). Seçmə düz çəpəriyə dəyib. (V)
Çəpi (Alç., O., Av.)
çığ (pendir tutmaq üçün). Çəpidən sü axay. (Av.)
Çəyləmək (b.k.)
qarışdırmaq. Palçığı çəyliyəndə qııətdu oley. (O.)
Çibin (b.k.)
1. milçək; 2. bal arısı
Çillitmək (ə.k.)
oğurlamaq. Şeh qoyməlu dögü çilliteylər (K.)
Çidarramaq (ə.k.)
bağlamaq (heyvanı). Çidarra ati qaçmasun (A.)
Çin (b.k.)
1. dəfə, 2. düz, 3  oraq. Bi çin sünbili çinnən biçeylər onnən vəğəniyey. (An.)
Çığ (ə.k.)
qarğı, aşsüzən
Çinə (b.k.)
toyuq dəni. Toğlərun çinəsi qütərib. (Zen.)
Çipə (b.k.)
cəngəllik. Keçilər çipədə otdey. (Ən.)
Çılğa (b.k.)
nazik odım. Bi az çılğə olsə yanar. (H.)
Çınqu (b.k.)
qığılcım
Çınıx (b.k.)
xəsis. Çınıx adam varru oley. (Ü.)
Çeşni (b.k.)
naxış
Çıxacağ (b.k.)
1. pilləkan; 2. ayaqqabı çıxarılan yer
Çoçin gəlmək (ə.k.)
ağır gəlmək,  qəribə  görünmək.  Sənun  sözün onə çoçin gəley. (Güg.)
Dalamurd eləmək (ə.k.)
zay eləmək. Yemeysən dalamıırd eləmə. (O.)
Dallamaq (b.k.)
budamaq. Şivi vaxlu dalla gögərsım. (An.)
Danqaz (b.k.)
lovğa. Yamaıı danqaz adanıa oxşey. (M.)
Darama (b.k.)
tarım. İpi darama elə kis olməsun. (T.)
Darici (O., D., Alç.)
qeybətcil. O nəşkil darici adaıııdu. (Alç.)
Darişmək (ə.k.)
rast gəlmək. Hadi yoldə mənə darişdi. (N.)
Dar vaxti (O.)
axşam vaxtı. Töyüxlar lölə dar vaxdi yığışey (O.)
Dastar (b.k.)
əl dəyirmanı. Noxııdi dastarnan çəxey (Al.)
Dəməndə (b.k.)
Dəməndə qalmaq
çarəsiz. Dəməndədıı elə şehə (Av.)
-“ damən”-ətək sözündəndir.Əli ətəkdə qalmaq
Dənəvə (b.k.)
hədik. Qişdə dənəvə datdu oley (Sir.)
Dənzərmək (0.,D., Alç, Od.)
qızarıb-bozarmaq. Neşin dənzeysən (Od.)
Dəngüş (b.k.)
yüngülxasiyyət. Səy adam dəngüşnən yolə gedey. (S.)
Dərinkə (b.k.)
cam, qab. Dərinkə dərin qaba deylər. (Ö.)
Dərrolama (ə.k.)
birbaşa. Mal xəsili dərrolama eleyib. (A.)
Dəspəçə (O., D., Od.)
əlüstü. Dəspəcə eley gedey. (Od.)
Dəfıt (O.)
cəld, tez. Dəfit elə getginən (O.)
Dəhətdəmək (ə.k.)
nizamlamaq. Bini dəhətdə onnən qoy. (O.)
Didvə (Od., Alç, O., M.)
ot başı. Quzi didvə yey. (Od.)
Dilənkə (b.k.)
odunluq material. Meşədə dilənkəmiz var. (An.)
Dindo (O)
külüng. Gedib dindo çaley. (O.)
Dinşəmək (b.k.)
anlamaq, qulaq asmaq. Sözi deysən, dinşəmey (C.)
Dışğaru (ə.k.)
çöl, bayır
Dır (b.k.)

Dülüsgərlik eləmək (An.)

-
açıq. Qapuni dır elə hava dəlsun. (D.)

Səs-küy,taqqıltı salan adama deyilir.Dulusçuların aləti döyərkən yaratdığı səs.
Dümüskül (b.k.)
omba. Gedib dümüsküli tııtub qəidib (Z.)
Dümələnmək (ə.k.)
vaxtını boş yerə sərf etmək. Nə dümələneysən. (U.)
Dürmələmək
sarımaq (ipi və s.). İpi dürmələ, ə:ğə doləşməsun. (Bür.)

E

Ejgəhannığ (ə.k.)
asudəlik. Eygəharmığ oləndə gələrsən (P)
Eriyəti (O., D., M., Q.)
başdansovdu. İşi eriyəti eləmə (Q.)
Eyni açılmaq (b.k.)
könlu, kefi açlımaq

Ə

Əbür (ə.k.)
allergiya. Üzi teyxə əbürdü. (Bil)
Əçcə//əçcəməçə (b.k.)
çılpaq, lüt-üryan
Əfsimək (b.k.)
təmizləmək. Dügini əfsiginən (Ar)
Əhləd (b.k.)
qəbir ağacı. Əhləd qəbrəşdannığdə oley (Av.)
Əlləmə (b.k.)
daş, kəsək. Gələndə əluə əlləmə götür (Boz)
Əlcə-əlcə (b.k.)
parça-parça. Çörəgi əlcə-əlcə eləmə. (An.)
Əlbəsöyün (O., Y., Ə.)
acgöz. Uşəğ elə əlbəsöyün oley. (Ə.)
Əlqap (b.k.)
tez, əlüstü
Ənbüz (b.k.)
buğda tayası. Biz büğdə tayəsin ənbüz diög. (K.)
Ənc (b.k.)
çoxlu, bol
Əndərmək (b.k.)
Əmçi (An.)
Əmləmək(ə.k.)

-
tökmək (suyu və s.)
həkim
yaranın sağalması
Əmrəşmək (b.k.)
yeyib tökmək. İnəy taiyə əmrəşib.
Əmraziyə çatdımıaq (b.k.)
böyütmək. Uşəğlərin əmraziyə
çatdırıb. (S.)
Ənö (O.)
dalaq. Hər cürə əti yey, ənödən svay (O.)
Ənc eləmək (b.k.)
tökmək, yaymaq, dağıtmaq
Ənkirrəmək (b.k.)
çırpışdırıb aparmaq. Nə ənkirreysən. (Y.)
Əritdəmək (b.k.)
təmizləmək. Hər il buləği əritdiyög (An.)
Ərgün (O.)
ərinmiş. Olər yaği aleylər ərgün eliylər (O.)
Əvdiləmək (ə.k.)
təmizləmək. Buğdəni tök yerə əvdilə (An.)
Əvnə (b.k.)
yemək vaxtı. Özi deyib əvniyə gələcəy. (M.)
Əybə (b.k.)
yabanı bitki
Əyləmlü (b.k.)
maili. Suyi əyləmlu elə gıır gəlsım. (Z.)

F

Fitilləmək (ə.k.)
getmək, aradan çıxmaq. Fitillə görən olmasun (Pes.)
Fişduluğ (b.k.)
fit. Fişdulıığun ölııə nə zərəri var (Ü.)
Fısitmək (Alç., O., Av.)
demək, söyləmək. Fisidey bilmeysən nə dey. (O.)

G

Gafa (b.k.)
bəlkə. Gafa gedib xəbərun yoxdu (S.)
Gahgir (ə.k.)

Gəd (An.)

Gəlcə (An.)


-
hərdən bir. Gahgir gedey baxey gəley. (Ö.)
anasını itirmiş heyvanın acgözlüyü.

palçıqdan sonra mal-qaranın yeriməsindən yaranan nahamar yol.
Ger (O.)
bitki növü. Ger köl qırəğində bitey (O.)
Germüc (b.k.)
külək. Germüci qəim küləyə diyöğ (An.)
Gəyişmək (b.k.)
məsləhətləşmək. Hər iş oley gəyişey. (K.)
Gəgir (b.k.)
çır-çırpı. Gəgirun istisi olmey. (Bür)
Gəfı (b.k.)
kimi, təki. Buni sənım qəfı eley. (Sol.)
Gəzdəmək (ə.k.)
nişan vıırmaq. Əğəci gəzdə apamıasumıər. (Hön)
Gəzdik (D, Q., V, Od, O.)
bıçaq.Gəzdiyi kil eləmə. (V.)
Giv (b.k.)
boyunduruq. Givi öküzə qoşeydilər. (An.)
Gizgə (b.k.)
pırpızlanmış tük. Gizgöy bi yerə yığ. (Ham.)
Gilani (O.)
ala-bula toyııq. Çil-çil töyüğa gilani deylər. (O.)
Gillik (b.k.)
itburnu. Gillik dərələrdə çox oley. (Yol.)
Gilfə (b.k.)
təndirin bacası. Gilfiyə köhnə qoyeylər (An.)
Girdəkan (C, Osn., An., Y., Bür.)
qoz. Biz qözə girdəkan diyög. (Bür)
Girəvə (b.k.)
fürsət. Əlinə yaman girəvə düşüb. (An.)
Giri (ə.k.)
120 kq. Girini qocələr yaxçi biley. (Al)
Girinc (b.k.)
avara. Girinc qalıb bilmey neyləsin. (Av.)
Girrü (ə.k.)
güclü. Allatmay olmey yaman qirrüdü. (S.)
Girrəmək (b.k.)
əlindən alnıaq, qopamıaq. Uşəği girneyib onnən əkilib. (P.)
Gödəlpə (Y., O.)
qarmqulu. Çox yiyənə gödəlpə deylər (Y.)
Gögöyün (Boz., Y., O., D.)
acgöz, tamahkar. Yaman gögöyün adamdıı. (O.)
Güdül (ə.k.)
qısaboy. Onıın güdül boyi var. (Y.)
Güzərrəmək (Y., O.)
təmin etmək. Gözi üstində oley güzərrey (Y.)
Gürnəş vermək (b.k.)
üstünə tökülınək. Çibinnər kandııə gurnəş verey (An.)
Gürçat (b.k.)
leysan. Çölə çıxmalıı dögü, gurçat tökey. (Şil)
Güşatdığ (ə.k.)
açıqlıq, genişlik. Güşatdığ yerdə adamun irəgi qərəlmey (Av.)

H

Hagidə (O.)
cəld, tez. Gördigi işi hagidə eley. (Qar.)
Haykaza (b.k.)
həmçinin. O da haykaza ordeymiş. (Han.)
Haravar (ə.k.)
tövlənin girişi. Biz haravari böüg eləmişüg (Al.)
Harağaş (Y., O., Ə.)
tez yetişən. Bıı şivlər harağaşdu (O.)
Hel getmək (ə.k.)
yorğun yatmaq. İşdəməydən hel gedib. (An.)
Hevig (b.k.)
hayıf. Hevig sənun səsunnən. (S.)
Hədərəçuğab (ə.k.)
sözqaytaran. O yaman hədərəcuğabdu. (O.)
Hələ-hələ (ə.k.)
nə var-nə var. Hələ-hələ görüb dindirmeib (O.)
Hələməl (O., Y., Ə.)
gec. Gedun hələməl olsə gəlmoun. (Ə.)
Hər çikarə (ə.k.)
hər kimsə. Nə çıkarədu gecə gəlay yığıb aparay. (D.)
Həcin (b.k.)
hənirti. Pıçun həcini heç gəlmey (A.)
Həsdəmək (ə.k.)
dala çəkmək. Üzə saley həsdey (An.)
Həs-hüs (ə.k.)
işarə. Həs-hüs eləmə görey (O.)
Həşiva (b.k.)
vəhşi. Elə bil həşivadu, hır-mır bilmey (S.)
Həşti-həzar (b.k-)
böyük yer. Həşti-faəzari var ağley (Ən.)
Hızırığ (b.k.)
yamq iyi. Evdəıı hızırığ iysi gəley (Qar.)
Hozi (b.k.)
kobud. Onun hər hərəkəti hozidu (K.)
Höyül (b.k.)
hirs, acıq
Hörük (b.k.)
ip
Huyuxmaq (b.k.)
səksənmək, qorxmaq. İti görey hüyüxey (Hon.)
Hüşənmək (b.k.)
qorxuya düşmək. Tək oləndə hüşəney (Ç.)
Hüşdurumquli (b.k.)
ağılsız. Nazim hüşdurumqulidu. (Ş.)

X

Xaç (b.k.)
kəkil, saç. Qız kimi xaçın ayırıb. (C.)
Xalvar (b.k.)
ot yükü (on dərz). Biz xalvari ata çatiög (K.)
Xaşəl (O., Ə., Y., Boz.)
zibil. Xaşəli biriyə atmouıı (Boz.)
Xədim (O.)
axta. Olərum uləği xədimdu (O.)
Xərəngə (O., Y.)
çılpaq, üryan. Xərəngədu üşiyey (Y.)
Xərpə (b.k.)
şalban, reyka. Xərpə təniydu siney (M.)
Xırrəşənək (b.k.)
qəzəblənmək. İtdər xırrəşıb ayırməy olmey (N.)
Xir (b.k.)
l. bolt, 2. əsəb. İşqafun xıri düşüb (An.)
Xımi (ə.k.)
hiyləgər. Yaman xımi adamdu (Y.)
Xınzar (ə.k.)
var-dövlət. Yaxşı xmzari var (O.)
Xıçə-xıçə (b.k.)
çilik-çilik. Şüşə düşdi xıçə-xıçə oldü (Gil.)
Xıtilənmək (ə.k.)
yaltaqlanmaq İşi düşüb xıtiləney (K.)
Xızan (b.k.)
l. ailə, 2-çox, sürü. Xızani çoxdu (Av.)
Xondı (O.)
keçəl. Xondi ad çox biley (O.)
Xoriş (b.k.)
kinayə. Gözi götürmey xoriş eley (Hon.)
Xoy (e.k.)
xasiyyət. Onıın xoyi xoşuma getmey (N.)
Xoylamaq (b.k.)
hirsəlmək, özündən çıxnıaq. Nə xoylənıbsən (Y.)
Xoşdabq (O., Alç., Od.)
zarafat. Görəndə adami xoşdablığ eley (Od.)

İ

İgəşüg (b.k.)
mübahisəli. Bıı igəşüg şehi nəyə gətireysən (An.)
İkibaşdan (ə.k.)
indi ki. İkibaşdan belədıı işüy etibarru tut (Z.)
İlanaağuverən (ə.k.)
kərtənkələ. İlanaağuverən yayttə çox olay (M.)
İncar (Al., O., Y., Alç, K.)
hərəkət, qüvvə. İşdəməydən incari olmey (K.)
İrağ (b.k.)
l. qaya, 2. uzaq. Qoymə iqağa gedə (Vər.)
İrayic (b.k.)
arxayın. Yetişeydi irayic işüy görərdun (T.)
İfal (O., Al., Qaz., Şh.)
utancaq. O ifal qizə oxşay (O.)
İşdəcəy (b.k.)
əhvalat. Çox işdəcəylər gəlib başıma ()

K

Kan (b.k.)
yııva. Kandu ağajda ilan oley (An.)
Kanbağı (b.k.)
örkən. Kanbağiynən ulağ çülleylər (S.)
Karşavan (ə.k.)
şalbanaltı. Karşavani polun altinnən ateylər (O.)
Ker (b.k.)
dağın döşü. Uşəğ kerdən yıxılıb (An.)
Keş (ə.k.)
yumşaq. Peşkaran yeri keşdu (A.)
Keyvənd (b.k.)
palanüstü əşya. Keyvənd palançundu (V.)
Kələk
divar. Əvun kələyin qağoıı götüray (Y.)
Kəm (O)
balaca xəlbir
Kərəzdənmək (b.k.)
əl qaldırmaq. Kərəzdənmə, sözinən danış (An.)
Kəsmət (b.k.)
başlıq pıılıı. Toydan qabağa kəsmət kəseylər (C.)
Kil (b.k.)
küt. Kil balta odım kəsmey (Vər.)
Kilətmə (ə.k.)
küt pıçaq. Bi kilətmə gətirib ağzi kil (An.)
Kiləvord (ə.k.)
böyük pıçaq. Kiləvordnən mal kəseylər (A.)
Kisib (ə.k.)
xəzinə, var-dövlət. Yaxşı kisib yığıb (O.)
ğ (ə.k.)
sacayağı. Kılıği qazan altinə qoeylər (Y.)
Kolat (b.k.)
qırılmış meşə. Kolat eleyiblər burəni (Bür.)
Körsüt eləmək (b.k.)
sakitləşdirmək. Uşəği körsüt elə ağlamasun (A.)
Köüz (b.k.)
ölçü vahidi (12 kq).Dörd Köüz bi mişox eley (S.)
Köçə (ə.k.)
heyvan saxlamlan yer. Mallari köçiə salıblər. (Ham.)
Küz (b.k.)
1. quzıı daxması, 2. hissə, parça. 1. Qızini küzə saleylər. 2. Boraninun dilimlərinə küz deylər bizdə (An.)
Kürmə (ə.k.)
halqa, düyün. Kürmə elə açılmasun (Zen.)
Külənçəg (O.)
yelləncək. Bi külənçəg qair çıxsım. (O.)
Küci (b.k.)
hanada ip. Küci rıxdım olub (Bür.)

Q

Qadağa (b.k.)
sifariş. Ona qadağa eləmüşüg (Ab.)
Qazouc (b.k.)
ərsin. Xəmıri qazoucnən təmizdeylər (S.)
Qaymə (b.k.)
dirək, sütun. Sözə baxmiəndə qaymiyə bağleydi qağam (An.)
Qapışmək

Qareyçi/qəreyçi (b.k)

-
güləşmək. Ədə, nə qapışeysuz ordə (Osn.)
hay-küy salan.Qara-şər,ləkə.Qaraçı sözü ilə eyni kökdəndir.Bu nə qəreyçi adamdu.
Qaramat
nəhslik. Qaramatdığüy töhmə (K.)
 güni (ə.k.)
çərşənbə axşamı. Qələ güni ikinci günə diyög (N.)
Qərəbağır (ə.k.)
qaraciyər. Bıı inəgıın qərəbağırin yeməg olməz (Ə.)
Qərəbalığ (ə.k.)
canavar sürüsü. Qərəbalığ kimi gurnəş verey (Au.)
Qərəqayıt (b.k.)
ayağı uğursuz. Qərəqayıt oləsən. (Ham.)
Qərəipi (ə.k.)
nişangah. Qərəipini ağaca tuteylər. (T.)
Qərəl (ə.k.)
miqdar, ölçü. Sən də özüyçım bi qərəl elə (O.)
Qərəçuxa (ə.k.)
bəxt. Namaz qılsə qərəçuxəsi açılər (Av.)
Qərətoluğ (b.k.)
yetişmiş (meyvə). Bağdə qərətoluği çoxdu (G.)
Qələmə (b.k.)
alçanın bir növü
Qəflətun (ə.k.)
mağaza. Buni qətlətunnən almişuğ (Arv.)
Qoyma (b.k.)
Tir
Qırpin (b.k.)
taxılın sünbül hissəsi
Qızboğan (An., Osn., Bür., S.)
l. kərtənkələ. Qızboğan istidə çox oley (An.)
Qızılgöz (b.k.)
fıstıq. Meşədə qızılgöz doludu (S.)
Qıpçağ (b.k.)
dar, qısa. Qıpçağ elə sallanmasun (Y.)
Qunqa (b.k.)
şiş
Qunn qalamaq (b.k.)
aşağı əymək, tutmaq
Quziləmək (b.k.)
balalaraaq. Qoinun ikisi quzileyib (Ş.)

L

Lapaçili (ə.k.)
iri naxışlı, bəzəkli. Xəlçə lapaçilidu (O.)
Lapdan (b.k.)
qəflətən. Lapdan qapıni açdi (Ü.)
Lata (b.k.)
hissə. Bi lata yeri var (P.)
Ləc///ləj (b.k.)

Lələtotux(ə.k)

-
sulu yer. Burə ləc yerdu əcəb (Ö.)

Yazda ilk bitən yeməli bitki.”lala”-lalə,və “otux”-yemək sözlərindəndir.
Ləlöün (b.k.)
qarınqulu. Yaman ləlöündu (Güg.)
Ləm (AN., Osn., S., Ab., Zen.)
alçaq yer. İpi ləmun altinə qoyib (Au.)
Ləs (b.k.)
zəif, cansız
Lət götürmək (ə.k.)
kökəlmək. Oğlən gələni lət götürüb (S.)
Lındır (b.k.)
kök. Lındırdu, yeriəmmey (Ham.)
Lıxmə (b.k.)
ağır. Üsti teyxə lıxmə su (An.)
Lodur (ə.k.)
tənbəl. Iştəmey. lodur olub (Ən.)
Lotuğ
“otux”-yemək sözündəndir.Yeyilən yabanı bitki.
Loplanmaq (b.k.)
tərifləmək. Yaman loplaneysən a (An.)
Löhmə
palçıq, lil. Girib löhmiə çıxmey (Sol.)
Löl (b.k.)
hin. Toyüx hələ löldədu (Y.)
Lüləpər (b.k.)
kəpənək.  Uşəğ lüləpər tutub (An.)

M

Mafa (b.k.)
cənazə. Ölü öləndə yaxınnəri mafıyə girey (Çb.)
Mafar (ə.k.)
imkan. Onun mafari yoxdıı gələ (T.)
Mafivət (ə.k.)
dəyər. qıymət. Onun mafiyəti nədu? (Z.)
Masxıır (ə.k.)
fincan. Onçun masxurdə gətu yeməgi (Əf.)
Mağnıun (b.k.)
peşman. Səm mağmuıı olasan? (Gil.)
Malikula (O., D., V., Arv.)
xəyalpərəst. Malikula adama oxşey (O.)
Malinəqiyməz (ə.k.)
xəsis. Malinəqıyməz varru oley (B.)
Man (b.k.)
ayıb. Man eləmə hər şehi (An.)
Manqu(b.k.)
süzgəc. Süti manqucnən süz (Hon.)
Məhə (ə.k.)
burğu. Taxdani məheynən deşeylər (Ç.)
Mələxəyi (ə.k.)
başdansovdu. İşi mələxəyi eləmə (Şh.)
Mıcilənmək (ə.k.)

Mıdıx/dımrıx(ə.k.)

-
ləng tərpənmək. Mıcilənmə tez ol. (Ö.)
oğlan uşağına tənə ilə deyilən söz.

Mımıği batmaq (ə.k.)
pərt olmaq. Mımığı batıb dimmey (H.)
Mışdi (b.k.)
yumruq. Bi mışdi vursə yıxılər (G.)
Mızığ (ə.k.)
qaş-qabaq. Mızığin salleyib (Dağ.)
Mişeyrə (b.k.)
ağac növü. Mişeyrə sapi güngül oley (An.)
Möhrə
bünövrə, təməl. Evin möhrəsi hələ qalıb (N.)
Muroza//mırziyə yatmaq
pusquda durmaq. İt mırziyə yatıb (Av.)
Mıxçıığ (ə.k.)
qabar. Əli muçuğ olub (Bür.)
Müçə (b.k.)
l. Saplaq, 2. nazik boğaz. Müçon üzülüb. (Q.)
Müçür (b.k.)
tumurcııq. Ağajdar müçür vürüb (S.)
Mütrüb (ə.k.)

-
dinsiz (toylarda çalıb-oynayanlara deyilir.)


N

Naxuda (b.k.)
nadinc. Naxudanun biridu, getmə ona yoxun. (An.)
Nal(b.k.)
səki, döşəməaltı. Sesi ııalun dibinə düşüb (Yf.)
Nalça (b.k.)
balış. Bu nalçanun üzi gedib (Ar.)
Nəf(ə.k.)
tab. O qədə yeib nəfirı gətirəmmey (An.)
Nəftaz (ə.k.)
bəduğur. Yaman nəftaz adamdu (M.)
Nənəqıci (ə.k.)
açıq. Sənə nənəqıci verey (Al.)
Nıxlamaq (ə.k.)
ağzmacan doldurmaq. Nıxhyibsən ye də! (H.)
Nıxdin vurmaq (ə.k.)
son qoymaq. Bu işun nıxdin vur (An.)
Nışırıq (ə.k.)
nəsil. Görum şırıği kəsilsun (Ən.)
Nışxord (b.k.)
tör-töküntü (ot). Axurun şxordin at (Ç.)
Nil (ə.k.)
ağac ııövü. Həyətımizdə nil əğçi çoxdu (An.)
Nodərəmət (ə.k.)
möcüzəli. Nodərəmətdu, nə deson çıxər (S.)
Nüzül
çətin. Bu iş mənçun nüzül oldi (D.)

O

Oxsey (O)
bəlkə, görünür (modal söz)
Ola (Ab.)
oğlan. Ola, irağa getmə (Ab.)
Onçiki (O., D., Od., Alç.)
o ki var. Yıxdi onçiki döydi (O.)
Otuxmaq (ə.k.)
təzəcə ot yemək. Quzi day otuxay (Y.)

Ö

Ögimək (ə.k.)
qusmaq. Bilmiəm nə yeib ögiyey (Bib.)
Ökbə (b.k.)
Ciyər. Bekara bişirmə ökbə yemey (An.)
Öləciyəm axi (O)
sözün düzü. Öləciyəm axi, xəbərum yoxdu (O.)
Örəmə-törəmə (b.k.)
nəsil. Onun örəmə-törəməsi çoxdu (An.)
Örü (b.k.)
xüsusi otlaq. Mali örüyə apariyoğ (Al.)
Özdəmək (ə.k.)
çevirmək, yoğurmaq. Xəmiri özdə (Ab.)

P

Paxlalamaq (b.k.)
xırdalamaq
Panabad//Tanabad (H.K.)
qəpik pul
Papey keçmək
əhəmiyyət vermək. Onə papey keçmey, yoxsə yıxər (Hon.)
Pas (b.k.)
nöksan, eyib
Peşkar (b.k.)
bostan. Ədiş peşkarda şum şumley (K.)
Per (ə.k.)
əyri. Baltanı per perreyiblər (An.)
Pəl vurmaq (b.k.)
mane olmaq
Pələmə (ə.k.)
alaçıq. Yaydə pələmə tikiyög (Yol.)
Pəpil (b.k.)
kəkil
Pərə gəlmək (ə.k.)
güc gəlmək. Balacadu, amba pərə gəley (Ç.)
Pəpələ (ə.k.)
çörək. Pəpələ yeyib yıxıley (B.)
Pilə (b.k.)
yumşaq. Çörəyi pilə elə quriməsun(An.)
Pilək (b.k.)
düymə. Pecəyun piləyi düşüb (Dağ)
Pillələmək (b.k.)
yoldan çıxartmaq
Pitə (ə.k.)
corabın burnu. Corabun pitəsin tikey (A.)
Pitələmək (ə.k.)
tikmək, yamamaq. Pitələdim partali (Q.)
Pitəsin tutmaq (ə.k.)
toxumağa başlamaq (corab)
Pörtələmək (b.k.)
bişirmək, qaynatmaq

R

Rədd (b.k.)
iz, ləpir
Rığə (b.k.)
ədəd, dənə. Torbada bi rığə qət qalıb (N.)
Rıxdım (b.k.)
möhkəm, tarım. Cəhrənun girişi rıxdım ipdən oley
Riyə (b.k."
Haşiyə, xətt. Şoxum eley, onnən bi riyə yeralma əkey (Al.)

S

Sadır (ə.k.)
kirli. Üssi-başi sadır günindədu (O.)
Sağal (D., O., Ə., Alç., K., Peş.)
alaquyruq. Bi sağal tülki girib lölə (Q.)
Sağır (b.k.)
atasız. Olar uşağlığdan sağır bö:giblər (S.)
Salıx vermək (b.k.)
nişan vermək, xəbər vermək. Salıx verdim yerim bilən olmədi (An.)
Salxaq (b.k.)
enli, gen. Tayi sadxaq elə düşməsun (Ə.)
Saf düşmək (b.k.)
arxayın olmaq. Görənnən so:rə saf düşdım (K.)
Saxt (b.k.)
münasibət. Onnən saxtım yoxdu (D.)
Sapluca (b.k.)
uzun qulplu qab. Buləğə sapluca qoiblər (Ü.)
Setrə (H., O., Ham.)
pencək. Əyninə bi setrə də geymeyib (O.)
Sədəf (O., Y., Ham., Bil., V., A.)
düymə. Köynəyün sədəfı düşüb. (Ham.)
Səcən (b.k.)

Sərfəsi sakit olmaq  (b.k.) -
taya. Yaydə beş səcən odııı yığey (An
yemək,tox olmaq.
Sırmma (b.k.)
qalın paltar. Üşieydi sirinma geydi (B.)
Sıxım (ə.k.)
ovuc. Elə bi sıxım eləson düzələr (T.)
Siyəzü (b.k.)
kisə. Dəgirmana bi siyəzü gətırıb (Ab.)
Sirab etmək (b.k.)
dağıtmaq. Buğdəni sirab ele:b həyətnən (Av.)
Sirgilə (b.k.)
yemişanm bir növü. Sirgilə qırmızi dey (N.)
Soutxamaq (b.k.)
narahat olmaq. Əli yanııb soutxey (Peş.)
Suat (b.k.)
mürdəşirxana
Sual//Suvol (b.k.)
kirəmid. Olarun evi suvolludu (An.)
Suanmaq (b.k.)
möhkəm yapışmaq. Yerə suanıb qopbey (Bil.)
//Suyum (b.k.)
zahiri görünüş. Bi suyunnən sənə oxşey
Sütdügan (b.k.)
sud verən bitki. Sütdügan yazda dolıı oley (An.)

Ş


Şaturi çıxmaq (ə.k.)
çarıq növü. Day bunun şaturi çıxıb (An.)
Şalpanağ (b.k.)
səliqəsiz. Yoliynən yeriəmmey, şalpanağun biridu (Osn.)
Şanqərəl (ə.k.)
tərif. Şanqərəldən svay bi şey bilmey (O.)
Şapatdamaq (b.k.)
işi tez görmək. Qərənəfəsdu bi də:ğədə şapatdey (An.)
Şərəfə (b.k.)
məhəccər. Şərəfədəki vedrə doludu (Dağ.)
Şəpə (b.k.)
qar yığnağı. Dirsəyi şəpə vurub (An.)
Şəpəsi dəymək (O., D.)
zərəri dəymək. Xeyri heç, şəpəsi dəyməsun (O.)
Şiv (b.k.)
l. meyvə ağacı, 2. dar yer. l. Şivlər tutub (N.)
Şinapa (b.k.)
bahar çiçəyi. Şiııapa bayramqabaği oley (Ham.)
Şitxa (b.k.)
yumşaq. Yelpənəy hələ şıtxadu (An.)
Şirğə (b.k.)
əski, köhnə. Qani şirğeynən sildi (T.)
Şönük (b.k.)

Şütürrəmək (ə.k.)

-
toran. Əliş şönük vuranda evə gəley (Ham.)
farsca şotor-dəvə sözündəndir.Sürətlə qaçmaq.

Şülə (ə.k.)
şəlalə. Şülədən qəşəy su axay (Y.)
Şitənmək (ə.k.)
özündən çıxmaq.Sözi deysən şitəney (An.)

T

Tasatdığ (b.k.)
qurbanlıq. Əgəri oləndə tasatdığ çağardey (Ab.)
Tatalamaq (b.k.)
kütə getmək. Xəmir sıvığ olanda tataley (Peş.)
Tati (b.k.)
çardaqsız. Dağda kümənun üsdin tati eleylər (N.)
Taraş (ə.k.)
iri stəkan. Uşəğə taraşda töhmə (An.)
Tanxarmaq (ə.k.)
tapşırmaq. Tanxariəm də xeyri yoxdu (S.)
Tavaxıl eləmək (b.k.)
səbr etmək. Təvaxıl elə, görüm nə dey (Ham.)
Təhtiləmək (ə.k.)
baş alıb getmək. Oğlan hariə təhtileyib (Hani.)
Təti vermək (0.,Y.,D., Ə.)
əmr etmək. Xoşduğinan olmay, təti veray (Y.)
Tələfə
qisas. Sənnən geci-tezi tələfə alay (O.)
Tələmək (O.)
sırımaq, öyrəşdimıək. Tələməy heyvana aitdu (K.)
Tifanadan salmaq (b.k.)
pis hala salmaq. İnəy xəsli tifanadan salub (Ö.)
Tımbıra çalmaq (An.)
Tığlanmaq (ə.k.)

“tımbıra”/”donbur” musiqi alətinə işarədir.

üst-üstə yığılmaq.
Tunbalamaq (b.k.)
itələmək. Nə tımbaleysən aşdi? (P.)
Tınc olmaq (b.k.)
təpilmək, doldurulmaq. Bı bərdon pinnən tınc olub (Arv.)
Tınsıxmaq (0.,Ə.,Ü.,Qar)
darıxmaq. Çoxdandu görmey tınsıxıb (Qar.)
Til (b.k)
diribaş, dəcəl. Bi qiz yaman tildu (Mis.)
Tic (ə.k)
hündür, dik. Boyu çatmay, tic yerdədu (O.)
Tiringə (ə.k)
yığnaq, məclis. Dünənnən tiringədu ordə (O.)
Torçəkən//toratan (b.k)
hörümçək. Torçəkən evun cüncində çox oley (P.)
Tuluğ (b.k)
yetişmiş. Bağində meyvə-tuluği çoxdu (An.)
Tuncər (ə.k.)
küt
Turşi (b.k)
sup yeməyi. Şama turşi bişirib (Av.)
Turşpalan (b.k)
aşsüzən. Pulo:ni turşpalannən süzeylər (S.)

U


Ufay (O.)
yuxa parça növü
Ust bilmək (b.k.)
ümid olmaq. O, hər şehi mənə ust biley (An.)
Ulas (b.k.)
vələs. Ulaşdan balta sapı olıııəz (Zen.)
Ulum (ə.k.)
l. uçurum, 2. pay. Burə nə boydə ulumdıı (An.)
Umi (O., N., Ə., Qa., Dağ., Ü.)
avam. Umidu, heç nə bilmey (Dağ.)
Ur (b.k.)
şiş, qoza. Başində yekə bi ur var. (Çv.)
Urub (Ə., Y., O.)
l.çəki vahidi, 2. İtburnıı şirəsi
Urfa (b.k.)
xəmir süfrəsi. Urfani kündeyistə sər (An.)
Uruğ-turuğ (b.k.)
nəsil. Onun uruğ-turugi çoxdu (Sol.)

Ü



Üçənə (b.k.)
alabəzək həşərat. Üçənə qırmızi rəydə oley (An.)
Üçmağ (Alç.)
yıxılmaq. Kişi üçlib əzılib (Od.)
Ücöürrəmək (ə.k.)
təkrarlamaq. Nə ücöürreysən? (N.)

V

Valay (b.k.)
ləngər vurmaq. Tay salxağdu valay vırey (K.)
Vaqət (O.)
olacaq (iş)
Vayvətün (ə.k.)
vay odur ki. Vayvətün gələ mənə bi söz diyə (O.)
Vaz (b.k.)
yaxşı, xalis. Mənçun vazinnən air (An.)
Vələdi dönmək (b.k.)
yolundan azmaq. Vələdi dönüb onun (T.)
Vən (ə.k.)
göyrüş. Vən dağda çox oley (Zen.)
Vər (b.k.)
l.hamar, 2.nişangah, 3.tərəf
Vəç (b.k.)
son, nəicə. Sözün vəçinə çat, damş (An.)
Vəçə (ə.k.)
budaq. Şivun vəçəsi sınıb (Hon.)
Vızimək (ə.k.)
aradan çıxarmaq. Oni görən kimi vızidi (Bür.)

Y

Yağal (O.Y.)
qəhvəyi. Bı yağal rəydədıı (O.)
Yalanqu (b.k.)
yavaş yanan ocaq. Ocəgi yalanqu elə (H.)
Yalxu (b.k.)
tək. Çörəyi yavaıı, yalxu yedim (An.)
Yamin çəkmək (ə.k.)
təəssübkeşilik etmək. Qohimidu yamin çəkey (S.)
Yançi (ə.k.)
köməkçi, yavər. Bi yançi də götürub özinə (G.)
Yasalamaq (b.k.)
gizlətmək. Boyiıı almey, tez yasaley (N.)
Yatur (b.k.)
Yazı (ə.k.)

-
var-dövlət. Onun yaxşi yaturi var (Av.)
çöl,bayır
Yegən (b.k.)
bacıuşağı. O bizım yegən sailey (K.)
Yelpənək (b.k.)
xiyar. Bizmı peşkarda yelpənəy çox oley (P.)
Yel (b.k.)
l. üst qadm geyimi, 2. külək
Yeralma (b.k.)
kartof. Dağ yeralmasi datdu oley(Al.)
Yuxarılığ (ə.k.)
Tavan
Yosxun (O.)
kimi, oxşar (qoşma)
Yozdlamaq (ə.k.)
qaçmaq, qərar tutmamaq.”Yazı” sözündəndir. Bi yerdə qalammey, yozdağley (A.)

Z


Zabunnuğ (N,Ç,K.,0.,D.,)
pislik, yamanlıq. Zabunnuğ eley özinə oley (Ç.)
Zayvağlamaq (b.k.)
sarsaqlamaq. Qala-qala zayvağlay (Y.)
Zəgal (b.k.)
qozun yumşaq qabığı. Zəğal əldən getmey (Şıl.)
Zərgen (b.k.)
həmişəyaşıl bitki. Zərgenun yarpaği hiçə vax saralmey (Vər.)
Ziren (ə.k.)
bəzəkli şirin çörək. Ziren çörəgi datdu oley (Ş.)
Zuruğ (ə.k.)
tikanlı bitki. Zuruğ heyvani kökəldey (An.)
Züyüldəmək (b.k.)
ağlamaq. Dilə tut uşəği züyüldəməsun (X.)

İXTİSAR OLUNMUŞ KƏND ADLARININ SİYAHISI

A.Abasabad   
Ab.Abdinli
Al. Alar
Alç. Alçabulaq
An.Anzov
Ar. Arus
Arv. Arvana
Av.Avun
B.Bərcan
Bil. Bilnə
Boz. Bozayran
Bür. Bürzünbül
C.Cerimbel
Ç. Çayüzü
Çb. Çanaxbulaq
Dağ. Dağüzü
D. Daşkənd
Ən. Əngəvül
Əf. Əfçədulan
Ə. Əsədabad
G. Gavran
Gil. Gilar
Güg. Gügəvar
Ham. Hamarkənd
Hon. Honuba
H. Horavar
X. Xanbulaq
K. Kürəkçi
Q. Qabaqdibi
Qar. Qaraqaya
M. Miskireyn
         N. Nisəkələ

Od. Odrağaran

Osn. Osnağaran

O. Ostayır

Ö. Ökü

Peş. Peştəsər

P. Porsova

S. Seyidlər

Sir. Sırıq

Sol. Solğard

Şh. Şıxhüseyn

Ş. Şıxlar

Şil. Şiləvəngə

T. Telavar

Ü. Ünəç

V. Vəlixanlı

Vər. Vərgədüz

Y. Yardımlı

Yol. Yolocaq

Z. Zenqaran

Zey. Zeynələzir
       ək. əksər kəndlər

       bk. bütün kəndlər