14 Şubat 2016 Pazar

Çərşənbə sözü necə yaranıb?

Ermənilər lavaş sözünü öz dillərində izah etmək üçün çox mənasız "dəlillər" gətirirlər. Guya "lavaş" sözü iki erməni (law - yaxşı, xoş və aş - qida) sözlərinin birləşməsindən yaranıb. Halbuki "aş" öz sözümüzdür. Ta qədimdən dilimizdə həm duru yemək, həm də plov anlamında işlənir. 

Sözsüz ki, lavaş sözünün ermənilərə heç bir dəxli yoxdur. Bizim dilçilərin lavaş sözünün mənşəyi barədə fikirləri mənimçin də maraqlı olardı. Fakt budur ki, rus dilində işlənən lapşa sözü (əriştə, xəmiraşı) bizim dilimizdən keçib. Lapşa sözü lavaş sözündən yaranıb. 

Maraqlıdır ki, yəhudilər "yoğurulmuş xəmir"ə "laş" deyirlər. Göründüyü kimi, "laş" ilə lavaş sözü arasında həm fonetik, həm də leksik əlaqə vardır. 

Yeri gəlmişkən, şabbat günü laş yaymağa, bişirməyə (ümumiyyətlə, xəmir yayma, əkin, şum işləri, un ələmə, buğda səpmə, çörək bişirmə və s.) qadağa qoyulardı. İnanclarına görə (qutsal kitabımıza görə də), Allah yeri-göyü 6 günə yaradıb. Buna görə də şabbatdan başlayaraq bazar günü də daxil olmaqla bütün canlı aləm dincəlməlidir. 

Rus dilindəki "subbota" sözü "şabbat"la bağlıdır. Dilimzdə işlətdiyimiz guya fars mənşəli "şənbə" sözü də əslində yəhudi mənşəli şabbat sözündən yaranmışdır. Maraqlıdır ki, qədim romalılıar şənbə gününü Saturna həsr edirdilər. İngilis dilindəki "saturday" sözü həmin ritualla bağlıdır. 

Maraqlıdır, bəs çərşənbə sözü necə yaranıb? 

Çahar+ şənbə, yoxsa çər+ şənbə? Təbii ki, çaharşənbə! Yəni, köhnə ilin dördüncü və sonuncu (torpaq) ünsürü məhz bu əziz günə, daha doğrusu çərşənbə (4 şabbat) axşamına təsadüf edir. 
Əgər əcdadlarımız 4 ünsürün bu sonuncu gününü - torpaq çərşənbəsini bayram ediblərsə, deməli, digər bölgələrimizdə də qeyd olunmalıdır. Çünki köhnə ilin son çərşənbə axşamını qeyd edir və yola salmağa hazırlaşırıq. 

Köhnə il ayın 20-si bitəcək və 21-i təzə il daxil olacaq. Bu, o deməkdir ki, gecə ilə gündüz şənbə/şabbat
günündə bərabərləşəcək. Çərşənbə axşamı və şənbə (şabbat, şubat, sabt, subbota, saturn, saturday) sözləri arasında əlaqə buradan qaynaqlanır.

Həmin gün küsülülərin barışdığı, təbiətin, gözlə görünən və görünməyən bütün varlıqların oyanış, canlanma, ruhların evlərə - ocaq başına gəldiyi, şəhidlərimizin, dünyadan köçənlərimizin ruhlarının şad olduğu gündür. Novruz - təbəssümün, xeyirxahlığın, əmin-amanlığın, xeyir-bərəkətin, xoş niyyətin üzümüzdəki ifadəsi, ulu millətimizin varlığı, mövcudluğudur. 

Hiç yorum yok:

Yorum Gönder