AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Şahlar Məmmədov (Göytürk)
AZƏRBAYCAN DİLİNİN
YARDIMLI RAYON
ŞİVƏLƏRİ
ŞİVƏLƏRİ
BAKI — «Təhsil » — 2007
Azərbaycan MEA Nəsimi adına Dilçilik
İnstitutu Elmi Şurasının 2007-ci il (protokol №
) qərarı ilə çap olunur.
Azərbaycan dialektologiyası – 10
Redaksiya heyəti: A.A.Axundov, akademik,
əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor;
Q.Ş.Kazımov, filologiya elmləri doktoru, professor;
M.Ə.Mahmudov, filologiya elmləri doktoru;
S.M.Behbudov, filologiya elmləri namizədi
Redaktor: Rəhilə Məhərrəmova, filologiya elmləri doktoru, prof.
Rəyçilər: Elbrus Əzizov, filologiya elmləri doktoru, professor
sefi behbudov, filologiya elmləri namizədi
Azərbaycan dilinin Yardımlı rayon
şivələri. Bakı, « Təhsil»,2007,
Monoqrafiyada
Yardımlı rayon şivələri Azərbaycan dilçiliyində ilk dəfə olaraq fonetik, leksik
və qrammatik səviyyələrdə tədqiqata cəlb edilmiş və maraqlı şivə faktları aşkar
edilmişdir. Zəngin materiallar əsasında yazılmış Yardımlı rayon şivələri Azərbaycan
dilinin cənub qrupuna aid edilmişdir. Əsərdən dilçilər, etnoqrafilar, dil-ədəbiyyat
müəllimləri, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri, eləcə
də digər şəxslər faydalana bilərlər.
Ş________________Qrifli nəşr
© Şahlar Məmmədov (Göytürk),
2007
MÜNDƏRİCAT
FONETİK TRANSKRİPSİYA
GİRİŞ.............................................................................……….5
I FƏSİL. FONETİKA
1.1. Saitlər və onların variantları................................................16
1.2. Diftonqlar.............................................................................18
1.3. Saitlərin əvəzlənməsi...........................................................19
1.4. Saitlərin artımı....…..............................................................30
1.5. Saitlərin düşümü
.......................................….......................30
1.6. Ahəng qanunu.......................................................................31
1.7. Samitlər və onların variantları.............................................
35
1.8. Samitlərin əvəzlənməsi.......................................................
37
1.9. Samitlərin artımı…...............................................................41
1.10. Samitlərin düşümü.............................................................
42
1.11. Assimilyasiya..............................................................
….. 45
1.12. Dissimilyasiya
................................................................... 49
1.13. Yerdəyişmə.................................................................
… 49
1.14. Söz köklərində samitlərin qoşalaşması
....................... … 51
II FƏSİL. QRAMMATİKA
2.1. Morfologiya
2.1.1. İsim.....................................…...........……......................52
2.1.2. Sifət..................................................................…...……63
2.1.3. Say.........................................................….......…….…..66
2.1.4. Əvəzlik............................................................................67
2.1.5. Fel....................................................................................70
2.1.6. Zərf.......................................................................……...92
2.1.7. Qoşma.......................................................................…..93
2.1.8. Bağlayıcı.............................................................……....96
2.1.9. Ədat...................................................................………..98
2.1.10. Modal sözlər..................................................………..100
2.1.11. Nida..................................................................……...102
2.2. Sintaksis................................................................…..
....103
2.2.1. Xəbər...................................................................….
....104
2.2.2. Xəbərin mübtəda ilə uzlaşması.....................................104
2.2.3. İsmi birləşmələr……............................…………….
..105
2.2.4. İdarə əlaqəsi......................................................……....107
2.2.5. Cümlədə sözlərin sırası.................................................108
2.2.6. Cümlə tipləri.....................................................……
...109
III FƏSİL. LEKSİKA
3.1.Lüğət tərkibində tarixi dövrlərin
izləri...............................119
3.2. Yardımlı rayonu şivələrinin
leksik tərkibi................... ....123
3.2.1. Termin səciyyəsi daşıyan sözlər..........................…..
. 123
3.2.2. Termin səciyyəsi daşımayan
sözlər............................ .. 133
NƏTİCƏ ......................................................................….
…..138
ƏLAVƏLƏR
Yardımlı rayon şivələrinə aid mətn və folklor nümunələri...... 140
Sözlük..................................................................................…..147
İxtisar olunmuş kənd adlarının
siyahısı
ƏDƏBİYYAT.……………..…………………………………163
FONETİK TRANSKRİPSİYA
k' — dilarxası partlayan kar səsi göstərir.
Məs.: k'ıf, k'ış.
: — sait səsdən sonra qoyulur və saitin uzun (davamlı)
tələffüz olunduğunu göstərir. Məs.: şü:t (şüyüt), i:nə (iynə), sə:r (səhər)
v — qapalı sait səsin üstündə qoyulur və saitin qısa tələffüz olunduğunu
gösətirir. Məs.: oximağ, duhar, piçax.
È — iki sait səsin altında qoyulur və səsin diftonq təşkil
etdiyini göstərir.
Məs.: toux, douz, youğ\® yoxun®yaxın
// — sözdən sonra qoyulur və sözün fonetik variantlarının
müxtəlifliyini göstərir. Məs.: Qız, //qız,//ğiz; so:rə,//so:ra,//sohra.
® — iki samit hərf arasında qoyulur
və səsin yerdəyişməsini göstərir. Məs.: r ®l = partal
l' – sonun l səsinin yumşaq variantını göstərir. Məs.:
pıl'//pül', xıl', çül', qıl'ığ.
Giriş
Yardımlı rayonu müstəqil bir inzibati
bölgü kimi 1930-cu il avqustun 8-də təşkil olunmuşdur (8, s.81). Əvvəllər mərkəzi
Vərgədüz, sonradan isə Sırıq kəndi olmaqla 1938-ci il iyulun 19-dək Vərgədüz rayonu
adı ilə tanınmışdır.
Yardımlı rayonu 667 kvadrat kilometrlik
dağlıq və dağətəyi əraziləri əhatə edir.
1939-cu ildən başlayaraq, sovet
rejimi Yardımlı bölgəsində də öz məkrli
siyasətini həyata keçirmiş, nəticədə rayonun 33 kəndi başqa ərazilərə
köçürülmüşdür.
Narazılığa səbəb olan “köçürmə
siyasəti” əhalinin demoqrafik vəziyyətinə çox ciddi təsir göstərmişdir.
1939-cu ildə Təzəkənd, Sipronu, Alili,
Abili, Birəmətə,1950-ci ildə Abasallı, Köhnəqışlaq, Ovra, Ləceyir, Pirdodan, nəhayət,
1953-cü ildə Arvana, Qarovuldağ, Deman,
Avaş, Binələr, Perinbel, Ərvərəz, Oncakələ, Peştəsər, Şatıker, Niyazonu, Nığlə,
Fındıqlıqışlaq, Vəlişli, Xanbulaq, Avaraq Məceyir, Şələ, Ləzran, Eçara, Əliabad
kəndləri boşaldılır və köçürmə zamanı 5 sovetlik, 17 kolxoz və 33 kənd ləğv
edilir. (134s.26)
Deportasiya edilmiş sakinlər
Şirvan (Əli Bayramlı), Salyan, Göyçay, Bakı, Sabirabad, Cəlilabad, Göytəpə,
Sumqayıt, Neftçala kimi şəhər və rayonlarda yerləşdirilmişdir. Hazırda ölkədə
Yardımlıəsilli vətəndaşlarımızın sayı 200 mindən çoxdur.
1961-ci ildə nəşr edilmiş “Azərbaycan
SSR inzibati-ərazi bölgüsü“ kitabında royonun 77 yaşayış məntəqəsi göstərilmişdir
[8, s.81].Hazırda rayonun 92 kəndindən (Abasallı, basabad, Abdinli,(Yeni
Abdinli), Alçabulaq, Alar, Anzov, rus, Arvana, Astanlı (Aşağı və Yuxarı Astanlı
k.) , Avaş, Avun, Avur, Bərcan, Bilnə, Bozayran, Bürzünbül, Cirimbel,
Çanaxbulaq, Çay Üzü, Dağ Üzü, Daşkənd, Dəlləkli, Deman, Dəryavar, Eçara, Əfçədulan,
Əngəvül, Ərsilə, Ərvərəz, Əsədabad, Gavran, Gendərə, Gərsəva, Gilar, Gölyeri,
Gügavar, Hamarkənd, Honuba, Honuba-Şıxlar, Horavar, Horonu, Jiy, Keçələkəran,
Köhnə Qışlaq, Köryədi (Çuxurkənd), Kürəkçi, Ləzir, Ləzran, Mamılğan, Məceyir, Məlikli,
Mirimli, Mişkireyn (Muxuş), Nisəqala, Odurağaran, Osnağaran, Ostayır, Ökü,
Perimbel, Peştəsər (Təpəbaşı), Porsova, Qabaqdibi, Qaraqaya, Qarovuldaş,
Separadi, Sırıq, Solqard, Şəfəqli, Şıxhüseynli, Şıxlar, Şiləvəngə, Şovut,
Tahirli, Telavar, Teşkan, Tiləkənd,Təzəkənd, Urağaran, Ünəç, Vəlişli, Vəlixanlı,
Vərgədüz, Vərov, Xanbulaq, Yolocaq, Yardımlı qəsəbəsi, Zəngələ, Zenqaran,
Zeynaləzir, Zevin) 85-də yaşayış mövcuddur.
Əhalisi 60 min olan rayon əhalisinin
əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, qismən də xalçaçılıq, arıçılıq və quşçuluqdur.
Yardımlı ərazisi qədim oğuzların
yaşayış məskənlərindən biridir. Bunu, arxeoloqlar tərəfindən aşkar olunmuş (F.Osmanov,
İ.Əzimbəyov, T.Əzizov, Q.Qoşqarlı,T.Əliyev, Ə.İskəndərov və başqaları) qədim və
orta əsr arxeoloji, memarlıq abidələri, qədim onomastik vahidlər, zəngin etnoqrafik
nümunələr və Yardımlı şivələrində mühavizə olunan qədim türk tayfa-dil xüsusiyyətləri
də sübut edir.
Türk mənşəli adlar içərisində Yardımlı
toponiminin izahı da diqqəti cəlb edir.Yardımlı toponiminin mənşəyi ilə məşğul olmuş tədqiqatçılar bu adın
tarixini daha qədim dövrlərə bağlayırlar.
Tədqiqatçı-alim Q.Qeybullayev haqlı
olaraq Yardımlı toponimini yurdumuzun qədim sakinlərindən sayılan peçeneq tayfalarından
“ertim“lə bağlayır. S.Rüstəmxanlı yazır: “Yartım qədim türk yozumunda xalqın bir
hissəsi, ulusun bir qolu deməkdir. Ertim sözü ertəm, ərdəm, ərdəmli (cəngavər) sözlərini
də yada salır“ [66, s.352]
Aparılan elmi-tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, öz zəngin fauna-florası ilə seçilən Yardımlı ərazisi Paleogenin
Pliosen və Eosen dövrlərinə qədər su ilə örtülü olmuşdur. Sonralar Eosen dövründə
burada güclü vulkan püskürmələri fəaliyyətə başlamışdır. Miosenin ikinci yarısından
Pliosenin əvvəllərinədək Yardımlı ərazisi tektonik hərəkətlərə məruz qalmışdır.
Yüksəklik qalxdıqca dağ yamaclarının mailliyi və çay dərələri də artaraq inkişaf
etmişdir. Oliqosenin axırında isə iqlimin soyuması nəticəsində bütün Qafqaz dağ
silsilələrində buzlaşma əmələ gəldiyi halda, Talışda, o cümlədən Yardımlıda buzlaşma
olmamışdır. XIX əsrdə Yardımlı ərazisinin geomorfoloji xüsusiyyətlərini araşdıran
Q.B.Abix, F.Radde, XX əsrdə isə F.K.Osvald, B.P.Renqarten, Mirəli Qaşqay kimi görkəmli
alimlər bütün ərazi boyu Paleogenin vulkanogen və vulkanogen-çöküntü fasiyalarının
yayıldığını göstərmişlər [37, s.64].
Q.Qeybullayev “Azərbaycan xalqının təşəkkülü
tarixindən” əsərində XIX əsrdə Peştəsər dağ silsiləsinin cənub-qərb hissəsində Albani adlı kəndin mövcud olduğunu qeyd edir. Müəllif yaxınlıqdakı Arvana yaşayış məntəqəsini
Alvana şəklində göstərir və qeyd edir ki, qədim türk dilləri üçün v səciyyəvi səs
deyil (b>v). Alvana//Arvana
toponiminin ərəb dilindəki ”erkək cinsli dəvə” ilə əlaqəsi
inandırıcı görünmür. Q.Qeybullayev yazır: “Cənubi Azərbaycanda əhalisi azərbaycanlılardan
ibarət Alvan və Alvanaq adlı yaşayış məntəqələri vardır...Türk albanlarının bir
hissəsi talışların ulu əcdadları sayılan
kaduslarla bir ərazidə yaşayırdı.Bu ərazi Atropatenaya məxsus idi.”
Bədnam Türkmənçay müqaviləsindən
sonra (1828-1831) qacarların köməyi ilə Zuvand nahiyəsinin bir hissəsi Mir
Mustafa xanın (oğlu Həsən xanın) tabeliyinə verilir. “1867-ci ilin sonunda
“Qafqaz və Zaqafqaziya ölkəsinin idarə olunmasının dəyişdirilməsi haqqında” fərman
verildi.Fərmana əsasən,Yelizavetpol və Bakı quberniyaları yaradıldı.Bakı
quberniyası isə Bakı, Quba, Şamaxı və Lənkəran qəzalarından ibarət idi. X1X əsrin
ll yarısında Bakı quberniyasına tabe olan Lənkəran qəzasının təşkilindən sonra
Zuvand nahiyəsi tərkibində Yardımlı, Lənkəran qəzasının tərkibinə qatılır. Lakin
yenə də Ərdəbil şəhəri ilə ictimai-iqtisadi əlaqələr saxlanılırdı. Yardımlı Vərgədüz
dairəsi kimi 1921-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının tərkibində
olmaqla Azərbaycan SSR-nin
inzibati-iqtisadi ərazisi olmuşdur.(137 s.39)
XIX əsrin II yarısında Yardımlı Zuvand nahiyəsi tərkibində
Lənkəran qəzasının tabeliyində olmuşdur. Rayonun Təklə və Sivdaş bölgələrindən fərqli
olaraq Pornayım adlanan arealında rast gəlinən bəzi irandilli mikrotoponimlər Lənkəran
xanlığının yaranmasından sonrakı dövrə təsadüf edir.
XVIII-XIX əsrlərdə Lənkəran qəzasından Yardımlı ərazisinə
təhkim olunmuş nümayəndələr: darğalar, mirzələr, töycü yığanlar əkin sahələrini,
yer adlarını asan olsun deyə öz ana dilində – talış dilində yazmağa çalışmış, beləliklə,
bəzi talışdilli yer adlarının Yardımlı ərazisində yaranma prosesi baş vermişdir.
Hələ indiyədək həm Çuxurkənd kimi qocaların yaddaşında qalan, həm də əhali tərəfindən
Körgədi kimi deyilən Köryədi toponimi və buna bənzər bir çox coğrafi adların izahı
məhz belə qənaətə gəlməyə əsas verir. [37, s.54].
Yardımlı şivələrinin tədqiqi dilimizin tarixini, tarixi
qrammatikasını, dilimizin qədim leksik qatlarını, eləcə də qohum türk dillərinin
bir sıra mühüm məsələlərini aydınlaşdırmaqda maraqlı faktlar verir.
Azərbaycan dilinin bir sıra qədim xüsusiyyətlərini və
qrammatik formalarını özündə mühafizə edən Yardımlı şivələri indiyə kimi ayrıca
tədqiqat obyekti olmamış, sistemli şəkildə araşdırılmamışdır.
Yardımlı rayon şivələri ilə əlaqədar T.B.Həmzəyev Azərbaycan
dialektologiyasına aid materiallar adı altında, “Yardımlı rayonu şivəsinin fonetikası“
(1983,76 s.) və “Yardımlı rayonu şivəsinin leksikası”nı (1985,61s.) araşdırmışdır.
Müəllif Yardımlı şivələri üçün səciyyəvi olan bir çox fonetik və leksik xüsusiyyətləri
üzə çıxarmış, onun dialekt və şivələrimiz içərisində yerini göstərməyə çalışmışdır.
Buna baxmayaraq, bu şivələrə həsr olunmuş
araşdırmaları yetərli saymaq olmaz, çünki müəllifin tədqiq etdiyi fonetik və leksik xüsusiyyətlər, xüsusən də sözlük hissəsi Yardımlı şivələrini tam əhatə etmir. Bundan başqa, morfoloji
və sintaktik xüsusiyyətlər də bu vaxta kimi tədqiqat mövzusu olmamışdır.
Dialektoloji ədəbiyyatda Yardımlı şivələrinin şərq qrupuna
aid edilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Akademik M.Şirəliyevin məlum bölgüsündə Yardımlı şivələri
(Lənkəran şivələri adı altında) şərq qrupuna aid edilmişdir.
Dialektoloq E.İ.Əzizov bir sıra fonetik xüsusiyyətlərdən
(o>à, e>ə, h>x, ç>k) çıxış edərək Yardımlı şivələrini Azərbaycan dilinin
cənub ləhcəsinə aid edir. Bu şivələrin Azərbaycan dili şivələrinin şərq qrupuna
aid edilməsini qəbul etmir [28, s.318].
A.H.Vəliyev isə Yardımlı şivələrini
keçid şivələr sırasına daxil edir [90,s.27]. Müəllif yazır: “Azərbaycan dialekt
və şivələri mövcud təsnifə əsasən dörd qrupa ayrılmışdır. Bu qruplar arasında isə
müxtəlif səciyyə daşıyan keçid şivələr yerləşmişdir. Şərq qrupu ilə qərb qrupu arasında
Göyçay keçid şivələri, qərblə şimal arasında Ağdaş keçid şivələri, qərblə cənub
arasında Cəbrayıl, şərqlə cənub arasında isə Cəlilabad (Astarxanbazar) – Yardımlı
keçid şivələri mövcuddur [78, s.3]. Yardımlı şivələrinin Azərbaycan dilinin dialekt
bölgüsündəki yerinə nəzər salmaq üçün şərq və cənub qrupunun xüsusiyyətlərilə müqayisələr
aparaq. Bu şivələrdə şərq qrupunun, əsasən aşağıdakı xüsusiyyətləri müşahidə edilir:
Ön cərgəli saitlərin arxa cərgəli
saitlərlə əvəzlənməsi (ərəbə, qərə, quat). Dodaq saitlərindən sonra damaq saitlərinin
gəlməsi (quzi, quti, ucə, onunci). Sağır n (n‚)
səsinin işlənməməsi, burun səslərinin olmaması; şəkilçilərin çox vaxt ikivariantlı
olması, söz ortasında və sonunda g səsinin inkişafı (bəg, dügi, dəgirman, igirmi),
v səsinin möhkəm olmaması (yalo, tö:lə, do:şən); şəkilçilərin dodaq variantının
işlənməsi (kitabun, əlun); diftonq səciyyəvi səslərin inkişafı (nöüt, söüt, douz);
söz axırında şimal və qərb qrupu dialektlərində kar samitlər (x, x,' k, f) olduğu
halda, şərq qrupunda, o cümlədən Yardımlı şivələrində cingiltili samit səslərin
(ğ, g, b) geniş yayılması (boxşab, hisab, gedəg, alağ); İntonasiyaya görə sual cümlələrinin
daha çox inkişaf etməsi.
Bununla yanaşı, Yardımlı şivələrini
Güney qrupuna yaxınlaşdıran aşağıdakı xüsusiyyətlər mövcuddur:
a səsinin ə səsi ilə əvəzlənməsi
(qərə, əyax, kərvan, səxsi, Əslan); sözün birinci və ikinci hecasında i səsinin
ü səsi ilə əvəzlənməsi (şəkül, büldür); sözün birinci hecasında o səsinin a səsi
ilə əvəzlənməsi (av, davşan, qavmağ, qavğa, navrız), eləcə də ö>o (növbə>nobat,
tövbə>to:ba, köhnə>kohna), ö>u (xurək, xunçə), u>ı (pıl, xurcın, odın,
noğıl, mıncığ), ı>u (pambux, qabuğ, sanduğ). o>ö (öyün//ögün, kösə, köl, töyüx,
söyüx), u>ü (yün, üşəx, yürd, yümax, üc<uc), ı>i (qiz, qəyiş, piçax, qalin,
aci), ə>i (xiyal, çimən, şikil, zincir), e>ə (ləş, əv), ü>i (düzgin, düyin,
sümik, gümiş, binö:rə, şivid<şüyüd), ı>a (kağaz, boğärsağ, çağartmağ, xarman), a>o
(yoxun<yaxın, boğarsağ<bağırsağ) e>ö (çöürmağ<çevirmək, sövgi/// söygi<sevgi),
x>h (horuz, hurcin, harman) və s.
Böyük bəy Rəsuloğlu Marağa ləhcəsi
barədə yazır:“...Danışıq ləhcəsi nə Təbriz ləhcəsi kimi çox uzanır, nə də Qaradağ
ləhcəsi kimi çox sərt və kəskindir, o ikisinin arasında bir yer tutur. –r səsi yox deyilənə qədər az işlənir. İstər sözün
əvvəlində, istər sonunda “y“ səsi ilə əvəz olunar. Belə ki, “Rəhim“ yerinə “Rəyim“,
“gəlirəm“ yerinə “gəliyəm“, “ara“ yerinə “aya“ işlənər.” Müəllif Ərdəbil ləhcəsindən
danışarkən haqlı olaraq belə qənaətə gəlir:“...Şimali Azərbaycanın cənub bəyliklərində
(rayonlarında), xüsusilə Yardımlıya çox yaxın bir ləhcədir. (Yardımlıdakı qocalar
daha çox ona yaxın danışırlar).
Şimali Azərbaycanın hətta Bakı ləhcəsində
Ərdəbil ləhcəsinin izlərini görmək mümkündür. Bu yaxınlığı çox təbii görmək lazımdır,
zira son 200 ildə Bakının bir neft şəhəri kimi inkişafından sonra şimala, xüsusilə
Bakıya üz çevirən cənub işçiləri bəlkə də öz təsirini müxtəlif sahələrdə göstərdiyi
kimi dil sahəsində də göstərmişdir. Bu müddətdə buraya gələn cənubluların əksəriyyəti
də Ərdəbil bölgəsindəndir...
Ərdəbil ləhcəsindəki xüsusiyyətləri
aşağıdakı şəkildə özətləmək mümkündür. Bu ləhcələrin ən böyük xüsusiyyəti İstanbul
türkcəsində olan “yo“ ortalığına bənzəyən cəhətin var oluşudur. “Gəlirəm“ yerinə
İstanbulda “gəliyorum“ dedikləri kimi, Ərdəbil ləhcəsində “gəleyirəm“ şəkili işlənir.
Çox hallarda “r“ səsi atılarsa, xüsusilə kənd ağzında söyləniş yuxarıda qeyd etdiyim
formadadır (gəleyəm – Ş.M.).
Bu ləhcənin bir başqa özəlliyi, daha
doğrusu, Təbriz ləhcəsi ilə fərqi ikinci şəxs mənsubiyyət felin düzəltmə şəkilçilərində
son səsin incə və qalınlığından asılı olmayaraq Təbrizdə “yux“la düzəldiyi halda,
Ərdəbil ləhcəsində səs uyuşum qaydasına tabe olaraq “yük“ və ya “yık“ ilə düzəlir“
[64, №1-2 (15), s.33].
Yardımlı şivələri üçün səciyyəvi
olan -minci, -iminci sıra sayının şəkilçisi Təbriz dialektində də [99, s.102] geniş
yayılmışdır. Yardımlı şivələrində işlənən dadaş (böyük qardaş), abduğ//avduğ (ayran),
girdəkan (qoz) və s. sözlər eyni mənalarda Güney Azərbaycanın dialekt və şivələrində
də işlənir. Ümumiyyətlə, bu yaxınlıq dilin bütün səviyyələrində özünü göstərir.
Bunu C. Karininin “Erdebil ili ağızları” əsəridəki zəngin dil faktları da sübut
edir.
Apardığımız təhlil və müqayisələrdən belə nəticəyə gəlmək olar:
Bütöv Azərbaycanın mərkəzində yerləşən
Yardımlı rayonu vaxtilə Ərdəbil vilayətinin tərkibində olmuş, 1747-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının Zuvand
nahiyəsi tərkibinə olmuşdur. Keçən iki əsrə
yaxın dövr ərzində Yardımlı (1921-1930-cu
illərdəki adı Vərgədüz) ərazisindəki bəzi qədim yaşayış məntəqələr talış adları
ilə əvəzlənmişdir. Qeyd edək ki, xalq əvvəlki türkmənşəli kənd adlarını bu günə
qədər qoruyub saxlamışdır.
Peştəsər (Təpəbaşı), Bozayran, Alar, Arus, Ostayır kəndlərindən
e.ə.V-IV əsrlərə aid tapılmış daş qutu qəbirləri, Hamarkənd, Televar, Alar, Arus,
Şəfəqli, Sırıq, Gölyeri, Ostayır, Horavar, Xanbulaq, Jiy, Yolocaq və digər qədim
yaşayış məntəqələrindən aşkar edilmiş xeyda
sayda küp qəbir nümunələri (136
s.16-37) rayonun tarixini daha qədim dövrlərə bağlayır.
Yardımlı ərazisində
İlk Orta əsrlərə aid Qız qalası, Cüzünqala, Moran qala (Moran bürcü), Qalabaşı
(136 s.43-51) kimi onlarla qala və bürclər, o cümlədən haqqında əfsanələr
dolaşan Baba Pirəli (Alar k.), Abu-Zərə // Abidərzə (Arus k.yaxınlığında),
Seyyid Xurram,(Ünəç k.), Çiləxana (Horonu k.), Pir Məkkə (Yolocaq k.), Şeyx
Sultan Seyyid Məhəmməd (Mişkireyn k.) (əvvəlki adı Muxuş k), Piraşğa (Ostayır
k.), Seyyid Məhəmməd//Top-türbə (Bürzünbül k.), Piyə Piruzə //(Pir Əprüz)
(Anzov k.) kimi xeyli sayda inanc yerləri-pir, ocaq və türbələr mövcuddur. Yardımlı bölgəsi qədim
oğuzların yaşayış yerlərindən biridir: Yardımlı, Ərus, Gügavar, Anzov, Pirembel, Alpan,
Alvanaq, Avun, Gilar, Bolqarçay, Ocaqkənd, Ökü və s. toponimlərin mənşəyi, yüzlərlə onomastik vahidlər (Tiydaş,
Köçlər, Dibyurd, Haçayurd, Alar, Dəvəboynu, Ənbüs, Sarıbulaq, Çiçəkli,
Mərzlər, Baldırğanlı dərə, Ləpəylər, İldırımvuran, Çobançağıran, Sarılıq, Fındıqlıqışlaq,
Savalan, Gədiklər, Xoca döngə, Qızılyurd, Daşkənd, Güneylər, Quzeylər, Tala, Yastan,
Diblər, Təpəbaşı, İldırımvuran, Dirsək, Yastan, Diblər, Təpəbaşı, İldırımvuran, Dirsək, Çur-çur,
Xan bulağı, Qara bulaq, Şahnişin, Daşbulaq və s.), Yardımlı şivələrində işlənən
qədim türk sözləri, eləcə də qədim tarixi abidələr bu bölgə haqqında zəngin
faktlar verir.
Ərdəbil şivələri
ilə eyniyyət təşkil etdiyini nəzərə alsaq, o zaman Yardımlı şivələrinin qədim
Azərbaycan dilinin Cənub qrupuna aid edilməsi daha məqsədəuyğundur.
Yardımlı rayon
şivələrinin Naxçıvan qrupu dialekt və şivələri ilə yaxınlığı da bu fikri təsdiqləyir.
I F Ə S İ L
FONETİKA
Yardımlı rayonu şivələri dialekt və
şivələrimizin cənub qrupuna daxil olduğundan, burada ən çox cənub qrupu xüsusiyyətləri
daha üstünlük təşkil edir. Bununla belə, burada şərq qrupuna xas olan xüsusiyyətlər
də özünü göstərir.
1.1. Saitlər və onların variantları
Ədəbi dilimizdə mövcud olan doqquz sait
eynilə Yardımlı şivlərində də işlənir. Lakin bu saitlərin tələffüzündə ədəbi dildən
kəmiyyətcə fərqli cəhətlər nəzərə çarpır. Burada bütün saitlərin uzun və qısa variantları
özünü göstərir.
1.1.1.Uzun saitlər
Yardımlı şivələrində də uzun saitlər
müşahidə edilir. Burada dilimizdəki doqquz saitin hamısının uzun tələffüz edilən
variantları vardır.
Yardımlı şivələrində uzun saitlərə
(sonrakı uzanmaya) sözlərdən v,q,ğ,y,n,r,l,h, samitlərindən birinin düşməsi nəticəsində
təsadüf edilir. Bu şivələrdə sonrakı uzanma iki şəkildə özünü göstərir. 1) Sözə
heç bir şəkilçi əlavə olunmadan bu və ya başqa bir samitin düşməsi nəticəsində,
2) Sözlərə yerinə görə müxtəlif şəkilçinin artırılması ilə sözdəki saitdə uzanmanın
əmələ gəlməsi.
Yardımlı şivələrində saitlərin uzanmasını
— sonrakı uzanmanı aşağıdakı hallarda görmək olar:
a: Yardımlı rayonu şivələrində uzun a səsi sözlərdə h samitinin
düşməsi və ərəb-fars mənşəli sözlərdə ع səsinin əvəzində, ع səsi ilə sait və ya qoşa sait səsin birləşməsi
nəticəsində əmələ gəlir. Məs.: ma:vin, ma:ş, ma:ni, cama:t, sa:t [ək.k], Şa:seyin,
Şa:sənəm, Ma:mud. Ra:ib [An., Ham.].
ı: Uzun ı səsi sözlərdən
y, r samitlərindən birinin və ya sual ədatının düşməsi nəticəsində meydana çıxır.
Belə hal sözlərə müxtəlif şəkilçilərin əlavə edilməsi zamanı da baş verir. Məs.:
baxdı:n? yazdı:n? [K., Peş., Ar.], yandı:r (Yol., Ün., An.), qı:ğ (qıyıq), sı:ğ
(sıyıq) (Aq.), qı:mızi (Bür).
ə: Sözlərin tərkibində ə səsi sözün ayrı-ayrı yerlərində
işlənməklə, müxtəlif hallarda uzanır. Bunlara aşağıdakı fonetik şəraitdə rast gəlinir.
a) Söz ortasından y, h samitlərinin
düşməsi nəticəsində ə səsi uzanır; məs.: sə:r, xə:l, şə:r, kə:r, tə:sil, bə:ney
[ək.k].
b) Mən, sən şəxs əvəzliklərinin yiyəlik
və yönlük hallarında uzun ə özünü göstərir. Məs.: mə:m, sə:n, mə:, sə: [ək.k].
c) Ərəbcə ع ilə işlənən sözlərdə ə səsi uzun tələffüz
edilir; məs.: və:də, tə:cüb, mə:lum, Rə:na, məmfə:t [ək.k.].
e: Uzun e səsi sözlərin tərkibindən y, r samitlərindən birinin
düşməsi nəticəsində və ərəb dilində e ilə işlənən sözlərdə özünü göstərir. Məs.: ye:y, de:y
[An.], ye:rdi, e:lan, e:tibar, he:va, me:və, me:t, se:d [ək.k].
i: Uzun i səsi istər söz köklərində, istərsə də şəkilçilərdə
y səsinin düşməsi nəticəsində əmələ gəlir; məs.: i:də, i:rmi, çi:n, isdi:r, i:nə,
si:rtmə [ək.k].
o: Uzun o səsi sözün ortasından və sonundan h, v, n, y səslərindən
birinin düşməsi nəticəsində əmələ gəlir. Məs.: qəşo:, do:şən, to:ləməx (Zen., An.,
S.) o:çi (Y.), lo:ğə, qo:rmə, do:ğə, so:qat//so:ğət, buzo:, koso:, so:ğ, so:rə,
Əliyo:, Quliyo: [ək.k.].
ö: Uzun ö səsinə aşağıdakı fonetik şəraitdə təsadüf olunur:
a) Uzun ö səsi sözün ortasından və sonundan
v səsinin düşməsi nəticəsində əmələ gəlir. Məs.: dö:lət, ö:lət, kö:şən, tö:bə, tö:lə,
bənö:şə [ək.k].
b) Uzun ö səsi söz ortasından y, n səslərinin
düşməsi nəticəsində əmələ gəlir. Məs.: bö:gnənə (Ş.Ə.), dədö:zi, nəvö:zi, nənö:zi
[Ham.], bö:lig, ö:rənmək [An.]
u: Uzun u səsinə aşağıdakı fonetik şəraitdə rast gəlinir:
a) Uzun u səsi saitlə qurtaran sözlərə
y səsi ilə başlayan şəkilçi əlavə edildikdə iki sait arasında gələn y səsi düşür
və bunun nəticəsində u səsi adi u səsinə nisbətən uzun tələffüz edilir. Məs.: yu:r,
su:n, bu:r [ək.k], yoxlu:r [ən.]
b) Sözlərdən r samitinin düşməsi nəticəsində u səsi uzanır. Buna ən çox sonu r səsi ilə bitən
fellərin indiki zamanda işləndiyi vaxt rast gəlmək mümkündür. Məs.: du:r [Ab., Hor.],
vu:r, qu:r (Ən., Ün.).
v) Uzun u səsi n sonorunun düşməsi nəticəsində
əmələ gəlir. Məs.: varu:z, kəndu:z, evu:z, yeru:z [ək.k].
ü: Uzun ü səsi demək olar ki, Yardımlı rayonunun bütün kəndlərində
özünü göstərir. Bu səs ən çox sözlərin tərkibindən y, n səslərinin düşməsi nəticəsində
əmələ gəlir; məs.: şü:t, dü:n [An] və s.
1.1.2. Qısa saitlər
Uzanma hadisəsi bütün saitləri əhatə
etdiyi halda, qısalma hadisəsi başlıca olaraq qapalı saitlərə aiddir.
Qısa saitlər aşağıdakı fonetik şəraitdə
əmələ gəlir:
a) Qısa saitlərin əmələ gəlməsinin səbəbi
vurğusuzluqla izah olunur. Belə ki, qısa saitlər həm kökün vurğusuz birinci hecasında,
həm də vurğu əsasdan şəkilçiyə keçdikdən sonra qısa sait şəkilçidən əvvəlki hecada
özünü göstərir.
b) Qısa saitlərin əmələ gəlməsi onu
əhatə edən samitlərin tipləri ilə də izah olunur. Belə ki, qısa saitlər cingiltili
və kar samitlər arasında özünü göstərir. Bunu aşağıdakı saitlərin qısalmasında görmək
olar:
ǐ. Məs.: bǐynız, oxǐmax, bǐdağ [K.,
Ar.], yǐmırtə [Çay, N.].





ǔ. Məs.: otǔracax [An., Ham., Y.], dǔhar,
pǔtax[Ə., Ş.].
ǚ. Məs.: qǚzey, üzǚnə, çǚlə<çöp,
görǚşey, sürǚşey [Ək. K].
1.2. Diftonqlar
Yardımlı şivələrində diftonqlar y və v səslərinin düşməsi
nəticəsində əmələ gəlir. Burada da diftonqların həm yüksələn, həm də alçalan tipinə
təsadüf edilir. Qeyd edək ki, bunlardan alçalan diftonqlar Yardımlı şivələri üçün
daha səciyyəvidir.
1.2.1. Alçalan diftonqlar
Alçalan diftonqlarda birinci sait açıq,
ikinci sait isə qapalı olur.
Yardımlı rayonu şivələrində alçalan
diftonqların aşağıdakı tiplərinə təsadüf olunur:
|
|
|
|
ou. Bu diftonq söz ortasında, əsasən v səsinin və bəzən də y səsinin düşməsi
nəticəsində əmələ gəlir. Məs.: souz, your, qout, touğ [ək.k].
|
|
|
|
|
|
öu. Bu diftonq da söz ortasında çox vaxt v səsinin və bəzi hallarda y səsinin
düşməsi nəticəsində əmələ gəlir. Məs.: nöüt, söüt, oüt, çöürdü [ək.k], töüx, söüx
[Ê].
1.2.2. Yüksələn diftonqlar
Yüksələn diftonqlarda birinci sait ikinci
saitə nisbətən bir qədər zəif eşidilir. Buna görə də, yüksələn diftonqlarda birinci
səs çox vaxt qapalı dodaq saitlərindən, ikinci səs isə açıq damaq saitlərindən
biri olur. Yardımlı şivələrində yüksələn diftonqların aşağıdakı tiplərinə rast gəlmək
mümkündür.
|
|
|
|
|
|
|
|
ua//uə Məs.: suaşməg, suəx, yuə (An.), sua, çuəl, buana [ək.k].
|
|
|
|
üə. Məs.: töküəm, dögüəm, üşüəm [ək.k].
uə, üə diftonqlarına müasir tatar dialektlərində
də rast gəlinir [4, c.13].
|
|
|
|
|
|
oa//oə. Bu diftonq da söz ortasında v və y səslərinin düşməsi nəticəsində
əmələ gəlir. Məs.: oandi, oana, [ək.k], qoəm///qoam<qoyuram [Ab].
E.Əzizovun fikrincə, "XV-XVI əsrlərdə
Azərbaycan dili şivələrində ou, oa, au diftonqlărı real fonetik hadisə olmuşdur. y,
v samitlərinin düşümü nəticəsində baş verən diftonqlaşma kökdil formaları ilə müqayisədə,
şübhəsiz ki, innovasiya sayılmalıdır" [28, s.135].
1.3. Saitlərin əvəzlənməsi
Yardımlı rayonu şivələrində saitlərin
əvəzlənməsi geniş yayılmış fonetik hadisələrdəndir. Həmin fonetik hadisələri saitlərin
mövcud bölgüsü əsasında aşağıdakı kimi qruplaşdırmaq olar.
1.
Arxasıra saitlərinin önsıra saitləri ilə əvəzlənməsi
2.
Önsıra saitlərinin arxasıra saitləri ilə əvəzlənməsi.
3.
|
Dodaqlanan saitlərin dodaqlanmayan saitlərlə əvəzlənməsi.
4.
Dodaqlanmayan saitlərin dodaqlanan saitlərlə əvəzlənməsi
5.
Qapalı saitlərin açıq saitlərlə əvəzlənməsi.
6.
Açıq saitlərin qapalı saitlərlə əvəzlənməsi.
7.
Qapalı saitlərin qapalı saitlərlə əvəzlənməsi.
1.3.1. Arxasıra saitlərinin önsıra saitləri
ilə əvəzlənməsi
à>ə. Yardımlı şivələrində geniş yayılan
fonetik hadisələrdən biri a səsinin ə səsi ilə əvəzlənməsidir. Burada a>ə hadisəsi
sözün əvvəlində, ortasında və sonunda özünü göstərir.
Yardımlı şivələrindəki a>ə əvəzlənməsini
aşağıdakı qaydada qruplaşdırmaq olar:
a) Söz əvvəlində: əğəc, ərxəc, Əğəli,
ərəbə, dərəğ, ərəğ, [ək.k].
b) Söz ortasında: qərə, xəin, xəlçə,
vəxt [An.], orəğ, qırməğ [ək.k].
c) Söz sonunda: alçə, nalçə, dayçə,
qocə, xınə, Paşə, tamaşə, talaşə [ək.k.].
Rayonun Bürzünbül kəndində ə səsi adi
vəziyyətdən fərqli olaraq uzun tələffüz edilir. T.B.Həmzəyev bunu ə səsinin nisbətən
arxada tələffüz edilməsi və həmin sözlərdə olan ğ səsinin də həmin səsə (ə) təsiri
ilə əlaqələndirir [33, s.13].
Dildə arxasıra saitlərindən sonra önsıra
saitlərinin işlədilməsi maraqlı dil hadisəsidir. Bu barədə E.Əzizov “Söz köklərində
saitlərin incələşməsi“ adlı məqaləsində yazır: “...dialekt və şivələrdə incəlik
ahənginə meylin qüvvətli olmasında yad dillərlə əlaqə və münasibətin də müəyyən
rolu vardır“ [29, №2, 1974]. “Kitabi-Dədə Qorqud“un F.Zeynalov və S.Əlizadə tərəfindən
hazırlanmış nəşrində də a>ə hadisəsi özünü göstərir. Qərə ölüm gəldigində keçit
versün [45, s.41]; Mərə kafərlər, bu ərəbəyi beşigin sandım [45, s.116].
a səsinin ə saitinə keçməsi hadisəsi
dilimizin sonrakı inkişaf dövrlərində də özünü göstərir:
Qaşunla kiprigün, zülfün qəradür (Nəsimi)
[46, s.386],
Daşə çəkmiş xəlq üçün Fərhad, Şirin
surətin [30, c.2 s.84],
Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa
canın (Füzuli) [30, 2 c., s.138].
a>ə əvəzlənməsi hadisəsi Cənubi Azərbaycan
dialektlərində də geniş yayılmışdır [99, s.7].
A.A.Axundov a>ə dəyişməsini dilxarici
amillərlə bağlayır [5, s.35].
a>e. Ümumiyyətlə, şərq qrupu üçün
səciyyəvi olan a>e əvəzlənməsi Yardımlı şivələrində o qədər də geniş yayılmamışdır.
Burada sözün birinci hecasında yumşaq tələffüz edilən y samitindən əvvəl a səsi
e səsi ilə əvəz olunurMəs.: qeyit (Y., Bil., Ç.), qeydua [ək.k], qeymax, qeynata
(Bil., Dağ., Ən.), yeylax [Ə., Ş.] a saitinin e saitinə keçməsi hadisəsi Azərbaycan
dilinin cənub, şimal-şərq və şimal-qərb şivələrində yayılmışdır. Qeyçi, qeymağ,
qeyiş, qeynata (C.Azərbaycan) [91, s.154]; çey, yeş, yeylax, yeşil, arxeyin, beyax
(Şəki) [41, s.20] və s.
a>e dəyişməsi Cənubi Azərbaycan şairlərinin
əsərlərində də öz əksini tapmışdır; qeynata (M.Ə. Möcüz) [59, s.202], qeytər (M.Şəhriyar)
[130, s.24].
Maraqlıdır ki, a>e dəyişməsi fars
dilinə keçmiş türk—Azərbaycan sözlərində də saxlanılır: qeyçi, qeysi, çeymax, yeylaq [107, c.2, s.
282, 283, 753].

a>i. Bu hadisə Azərbaycan dilinin
başqa qrup dialekt və şivələrində olduğu kimi, Yardımlı şivələrində də az yayılmış
fonetik hadisələrdəndir. Həmin hadisəyə burada əsasən, sözün birinci hecasında,
bəzən də ikinci hecada təsadüf etmək olar. Məs. diyan, dayi (dava), biyax, sinavar,
issikan [ə.k.].
o>ö. Bu əvəzlənmə Yardımlı şivələrində
az yayılmış fonetik hadisələrdəndir. Bu hadisə əsasən, sözün birinci hecasında
y və r səslərindən əvvəl özünü göstərir. Məs.: töyüx, söyüx [K., Ar., N., Peş.],
cörəb [Ş.], döyğa, ögün [ə.k.].
1.3.2. Önsıra saitlərinin arxasıra saitləri ilə əvəzlənməsi
ə>a. ə səsinin a səsi ilə əvəzlənməsi
qərb qrupuna xas olan fonetik hadisələrdən biridir. Bununla belə, ə>a hadisəsi
Azərbaycan dilinin (cənub və şərq qrupu dialekt və şivələrində də müşahidə edilir.
Bu əvəzlənməni Yardımlı şivələrində sözün birinci, ikinci hecasında, bəzən də məsdər
şəkilçilərində görmək olar. ə>a hadisəsi rayonun əsasən, Sırıq, Arus, Seyidlər,
Yolocaq, Daşkənd, Miskireyn, Osnağaran və Yardımlı qəsəbəsi üçün səciyyəvidir. Məs.:
maflüğ (məxluq) (A.), qabir, bafat (vəfat), duşman, namard, cigar, kakil, şakil
[V., Osn., S., Yol., Sır].
ə>a hadisəsinə Azərbaycan dilinin
Ordubad [32, №7, 1953], Şəki [41, s.21] dialektində də təsadüf edilmişdir.
e>a. e səsinin a səsi ilə əvəzlənməsi
hadisəsi Yardımlı rayonu şivələrində bir neçə sözdə y və n səslərindən əvvəl özünü
göstərir. Məs.: hayvan, hayva (Y.,S,.Osn), ayıb [ək.k].
i>ı. Yardımlı şivələrində i səsinin
ı səsi ilə əvəzlənməsinə əksərən sözlərin birinci hecasında, bəzən də sözlərin ikinci
hecasında təsadüf edilir. Məs.: nışana, mıxayi, mısmar, ılığ [ək.k]. xayın, mışar,
kafır, mağnıt, ıldırım, zayıf [Bur., V., D., Ə., Ş.].
ö>o. Yardımlı şivəsi üçün o qədər
də səciyyəvi olmayan ö səsinin o səsi ilə əvəzlənməsinə sözlərin tərkibində ən çox
l, r və ş səslərindən əvvəl təsadüf edilir.
Məs.: xorəg, ko:şən, gomuş, to:ba, noxsan, nobat (növbə), koso, butoy//buto [ək.k.],
gol [Hor].
ü>u. ü>u əvəzlənməsi Yardımlı
şivələrində məhdud şəkildə özünü göstərir. Buna ən çox söz ortasında, ərəb-fars
mənşəli sözlərdə təsadüf edilir. Məs.: surfa, umud [b.k.] duşman [An., Ab., Y.,
Yol., Ad., Osn.], quat<qüvvət, muxdəsər və s.
ü səsinin u səsi ilə əvəzlənməsi Azərbaycan
dilinin dialekt və şivələri içərisində Muğan, Zaqatala-Qax şivələrində və Qazax
dialektində nisbətən geniş yayılmışdır [71, s.43].
1.3.3. Dodaqlanan saitlərin dodaqlanmayan saitlərlə əvəzlənməsi
u>ı. Bu hadisə dilimizin şərqlə cənub
qrupu dialekt və şivələrinə aiddir. Yardımlı şivələrində u səsinin ı səsi ilə əvəzlənməsinə
ən çox sözün birinci hecasında b, p, m dodaq samitlərindən sonra rast gəlinir. u>ı
əvəzlənməsi rayonun əsasən, Nisəkələ, Dağüzü, Çayüzü, Kürəkçi, Arvana, Peştəsər,
Qabaqdibi və Yardımlı qəsəbəsi üçün səciyyəvidir. Lakin digər kəndlərdə də u>ı
hadisəsini müşahidə etmək olar. Məs.: bıriyə, bırə, Mısa, Mığan, pıl, bılağ, bığdə
[K., Q., Dağ., Peş., Ar., Q. Y. Çay], bırın, yımırtə, pıç, bızoy [An., Ham., Ab.,
Bil., Bür.].
Y.İ.Ubryatova u səsinin ı səsi ilə əvəzlənməsindən
bəhs edərkən göstərir ki, bu əvəzlənmə yakut dili şivələrinə xas olan xüsusiyyətlərdən
biridir. Hətta, Sarı uyğurların dilində, başqa türk dillərində tez-tez təsadüf edilən
dodaqlanan saitli sözlər dodaqlanmayan saitlərlə deyilir. Məs.: pız<buz, pırın<burun
və s. [125, s.17]. Belə hadisə noqay dilində də özünü göstərir: tırna <durna,
bız, ırla [89, s.9,31,33].
o>ı. Yardımlı rayonu şivələrində
o səsinin ı səsi ilə əvəzlənməsi bir o qədər geniş yayılmış fonetik hadisə deyildir.
o>ı hadisəsi əsasən, alınma sözlərdə özünü göstərir. Məs. : matır [Şil], pamadır,
qultfatır [Ham., Hon., Hop.], traxdır [ək.k], telfın, paprız, direxdır [b.k.]. u>i. Yardımlı şivələrində u>i
əvəzlənməsi geniş yayılmış fonetik hadisələrdən biridir. Bu hadisəyə sözün ikinci
hecasında, bəzən də söz sonunda rast gəlinir. Məs.: oyin, qoyin, qoşin [b.k.], oric
[Peş., Ar., Mis. Y], quti, duri, uciz, quri, oğri / oğirçi, toğli, Quli [ək.k.].
ü>i. Bu əvəzlənmə digər dialekt və
şivələrimizdən fərqli olaraq Yardımlı şivələrində daha geniş yayılmış fonetik hadisələrdən
sayılır. Burada həmin əvəzlənməyə ən çox ikihecalı sözlərin son hecalarında, bəzən
də söz ortasında təsadüf olunur. Məs.: döşdig [An.], kötik, miəllim, əlizyüən [Çay.,
K., N., Bil., Al], güzgi, tülki, dügi, üti [b.k.], körpi, sifdətə, Mislim, tifəy
[ək.k].
o>a. Azərbaycan dilinin cənub qrupuna
xas olan o>a əvəzlənməsi Yardımlı rayonu şivələrində də nisbətən geniş yayılmış
hadisələrdəndir. Bu hadisəyə bir və ikihecalı
sözlərin əvvəlində, ortasında v səsindən əvvəl təsadüf edilir. o>a hadisəsi
rayonun əsasən, Avaş, Nisəkələ, Kürəkçi, Peştəsər və Arvana kənd şivələrində daha
çox müşahidə edilir. Məs.: avçi, ava, qavala [K., N., Peş], qavun, davşan, davğa
[Y., Ar., O., N.].
o>a hadisəsi Cənubi Azərbaycan şivələrində
də geniş yayılmış fonetik hadisələrdəndir. M.Ergin M.Şəhriyarın dilində işlənən
qavzan — felindən danışarkən yazır: “qavzan — felinin Təbrizdə daha çox yuvarlaqlaşmış
şəkli olan qovzan şəkli kullanılır“ [130, s.168].
M.Ə.Məmmədov o>a hadisəsinin Təbriz
dialekti üçün səciyyəvi olduğunu göstərir [99, s.8].
o>a hadisəsi az və ya çox dərəcədə Kəlbəcər, Laçın,
Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, İmişli, Cəlilabad və Qax rayonlarının şivələrində
də qeydə alınmışdır [11, s.57-109].
Bu fonetik xüsusiyyət Türkiyənin Arpaçay
[83, №6, 1977], Əfqanıstanın əfşar şivələrində [85, №4, 1975] və Kərkük türkmənlərinin
dilində də qeydə alınmışdır: av, alav [106, s.15].
o>a əvəzlənməsinə “Kitabi—Dədə Qorqud“
dastanlarının dilində də rast gəlinir: av avlayım, tavla-tavla, tavşan, avçı, av
[44, s.37, 100, 105, 138].
1.3.4. Dodaqlanmayan saitlərin dodaqlanan saitlərlə əvəzlənməsi
a>o. Bu əvəzlənmə Yardımlı şivələrində
geniş yayılmamışdır. Burada a>o hadisəsi yoxa, yoxalığ, yoxun, noxoş, ovand sözlərində
özünü göstərir.
Fikrimizcə, Yardımlı şivələrindəki a>o
əvəzlənməsi İran dillərinin, xüsusən də talış dilinin təsiri ilə ola. Azərbaycan
dilçiliyində o-laşma hadisəsinin səbəbi müxtəlif şəkildə izah olunur.
R.Rüstəmov a>o hadisəsindən bəhs
edərkən Quba və Ordubad dialektləri materiallarına əsaslanaraq yazır: “... son zamanlara
qədər bəzi dialektoloqlarımız belə güman edirdilər ki, a səsinin o səsi ilə əvəzlənməsi
yalnız Bakı dialektinə aiddir... Lakin faktlar göstərir ki bu fikirlə razılaşmaq
olmaz [67, s.31].
İ.Abdullayeva görə, Azərbaycan dilində
o-laşma hadisəsi türk dillərinə xas olan məsələ deyildir. O, bunu Azərbaycandakı
İran qrupu dillərinin təsiri ilə izah edir: “Azərbaycan dialektlərindəki o-laşma
hadisəsini hər yerdə olursa-olsun tat dilinin, talış dilinin, kürd dilinin, habelə
özbək ədəbi dilindəki o-laşmanı tacik dilinin təsirində görmək lazımdır [91, s.164].
E.Əzizov bu məsələlərə aydınlıq gətirərək
yazır: “Şübhə yoxdur ki, o-laşma hadisəsinin meydana gəlməsində dilin səs sistemi
ilə bağlı olan fonetik şərait (b, p, v, m, n, q samitlərinin təsiri) başlıca şərtdir,
lakin bu hadisənin müəyyən bir şivə qrupunda (Abşeron, Lənkəran) ardıcıl fonetik
xüsusiyyətə çevrilməsini heç də həmişə a saitinin işləndiyi fonetik mövqe ilə izah
etmək mümkün olmur. Burada iki dil sistemi (Azərbaycan dili və İran dilləri) saitlərinin
qarşılaşmasından irəli gələn fonetik xüsusiyyətdən danışmaq həqiqətə daha uyğundur“
[28, s.155].
e>ö. Yardımlı şivələrində yarımqapalı
dodaqlanmayan e səsinin açıq dodaqlanan incə ö səsi ilə əvəzlənməsi bir neçə sözdə
özünü göstərir. Burada həmin hadisəyə birinci hecada təsadüf olunur. e>ö hadisəsi,
əsasən sözün daxilində v və y səsləri qarşısında baş verir. Məs.: söygü, söygülü
[Y], söüdügüy, söüb [Peş.], dögi//[Boz.], söyünmək çö:r (çevir) [ək.k], dögü [Ham.,
An., Bür., Ab.], köçəl<keçəl, söyda [Ə., Ş.].
ə>ö. ə saitinin ö saiti ilə əvəzlənməsi
Yardımlı rayonu şivələrində də müşahidə edilir. Bu əsasən sözün ortasında və mənsubiyyət
şəkilçilərində özünü göstərir. Məs.: nöş//nöşün
[b.k], dədön, nənön, möhübbət [Ab., K., Bür., An.] və s.
ı>u. ı saitinin u saiti ilə əvəzlənməsi
Yardımlı şivələrində geniş yayılmış fonetik hadisələrdəndir. Bu hadisəyə ən çox
söz köklərində, bəzən də şəkilçilərdə r, x, ş, n, t, p, d, l, ğ, b samitlərindən
sonra təsadüf olunur. Məs.: çatu, palut, dartu, qapu, qırğu, qabuğ, yaru, yoxun,
saru, qaşuğ, çadur, yanuğ, pambuğ, satğunçi, yastuğ, [ək.k.].
Türk dillərinə aid qədim yazılı abidələrdəki
ı>u əvəzlənməsi müasir dialekt və şivələrimizdə öz qədim izini mühafizə etməkdədir
[33, s.20].
i>u. İncə i saitinin qalın u saiti
ilə əvəzlənməsi Yardımlı şivələri üçün səciyyəvi xüsusiyyət təşkil etmir. Buna,
əsasən sözun ilk hecasında və şəxs şəkilçilərində təsadüf etmək olar; məs.: duvar
[ək.k], getduğ, bizuğ, götürərduğ [Şil., Hon., Y.] demalu [An.].
i>ü. Yardımlı şivələri üçün səciyyəvi
olmayan i>ü əvəzlənməsinə bəzi sözlərdə təsadüf edilir; məs.: çəküc, [b.k.],
müsmar [S., Osn., Mis., K., Ar.], [An.], kəfkür, əzüg [Y., Ost.].
1.3.5. Qapalı saitlərin açıq saitlərlə əvəzlənməsi
e>ə. Bu əvəzlənmə, ümumiyyətlə, cənub
qrupu dialekt və şivələrinə xas olan fonetik hadisədir. Buna baxmayaraq, e>ə
əvəzlənməsini Yardımlı rayonu şivələrində sözün birinci hecasında y, v və ç samitlərindən
əvvəl müşahidə etmək mümkündür. Məs.: əv [Ar., Ost., Y., D., Mis., V., Sır., Q.],
bəçə, vərgi, səvinc [Ə., Ş.], gəniş, ənni [Gav., H., Hon.], [C., Y.], həylə //həylənçiy,
həybə [ək.k.].
e>ÿ ùàäèñÿñè äèýÿð äèàëåêò âÿ
øèâÿëÿðèìèçäÿ äÿ ãåéäÿ àëûíìûøäûð.
ı>a. ı səsinin a səsi ilə əvəzlənməsi
dilimizin başqa qrup dialekt və şivələrində olduğu kimi, Yardımlı şivələrində də
bir o qədər yayılmış fonetik hadisə deyildir. Buna sözün ortasında və sonunda təsadüf
olunur; məs.: bıyağ [Yol., Bur., B.], kağaz, aşağa, xarman/harman[ək.k], qarğadali,
çağart<çıxart [Ab.].
u>o. u səsinin o səsi ilə əvəzlənməsi
Yardımlı şivələrində aşağıdakı sözlərdə qeydə alınmışdır. Məs.: oxaru [An., Bür.,
Bud.], boğdə, potulkə [Y., C.], tollə, tollənmək [ək. k.].
u>o hadisəsi qıpçaq qrupuna mənsub
olan türk dillərində geniş yayılmışdır. Məs.:
tatar dilinin Tümen dialektində: toğri (ədəbi dil. turı), yoğa (ədəbi dil.
yuka) [122, s.159]; başqırt dilində: kol<çul
oko<yuxu, koro<quru, koş<quş, torna<durna [92, s.9].

i>ə. Yardımlı şivələrində i>ə
əvəzlənməsinə bəzi sözlərdə rast gəlinir. Məs.: həməşə//həmməşə, həmən [ək.k].
M.Rəsənen i>y hadisəsinin tatar
və başqırd dillərində də mövcud olduğunu göstərir.[118, s.81].
1.3.6. Açıq saitlərin qapalı saitlərlə əvəzlənməsi
a>ı. Yardımlı şivələrində zəif şəkildə
özünü göstərən a>ı əvəzlənməsinə bir
neçə sözdə müşahidə edilir. Məs.: sımavar [An., Kar., Ost., Bil., K.], dann
yır, bann
yır, tarazdıyır [Ə., Ş.]. Bu əvəzlənmə,
ümumiyyətlə dialekt və şivələrimizdə də geniş yayılmamışdır.


ə>e. ə səsinin e səsi ilə əvəzlənməsi
əsasən, Şəki dialektində [41, s.22-23] vəə Zaqatala və Qax şivələrində daha
geniş yayılmışdır. Áóíà áàõìàéàðàã ùÿìèí ùàäèñÿ Yardımlı rayonu şivələrində də
bir neçə sözdə - sözün birinci hecasında sonor r və y samitləri qarşısında özünü
göstərir. Məs.: serçə, lek [b.k.], derzi, [ək.k], terəzü, heycan, hedə [K.,D.].
T.B.Həmzəyev Azərbaycan ədəbi dilində
işlənən ə səsinə bəzi türk dillərində (özbək, qırğız, noqay, qazax, qaraqalpaq və
s.) e səsinin uyğun gəldiyini göstərir [33, s.21].
ə>è. Bu hadisə Yardımlı şivələrində
sözün birinci hecasında aşağıdakı sözlərdə özünü göstərir. Məs.: işkil [An.], incil,
ikiz, [b.k], yihər, misəl [Y., sır., H., B.], dibcik (it yalağı) [Y.], xiyal [ək.k.].
R.Rüstəmov Azərbaycan ədəbi dilində
sözün birinci hecasında olan ə səsinə tatar, başqırd və xakas dillərində i səsinin
uyğun gəldiyini qeyd edir [67, s.21].
o>u. Bu hadisə Yardımlı rayonu şivələrində
sözün əvvəlində və ortasında özünü göstərir.
Məs.: doxdur, telfun, papruz, paltun, vağun, unbeş, ummanat, ulər [ək.k.].
o>u əvəzlənməsi əsasən, dilimizin
şimal qrupu dialekt və şivələrinə xasdır [41,s.21]. Çünki qıpçaq tipli türk dillərinin
xüsusiyyətlərini başqa qrup dialekt və şivələrə nisbətən şimal qrupu daha möhkəm
saxlamışdır. Bu əvəzlənmə türk dilləri içərisində ən çox başqırd dilində özünü göstərir.
məs.: utız, öl (yol), tulı, ut [92, s.14].
ö>ü. ö səsinin ü səsi ilə əvəzlənməsinə
bir neçə sözdə təsadüf olunur. Buna Yardımlı şivələrində, əksərən, sözlərin birinci
hecasında rast gəlmək mümkündür. Məs.: hürmət [ək.k], güdə [b.k], güdək [Ham., Bil.,
Vər.], hükmət, ürüş, zükəm [Ə., Ş.].
Akad M.Şirəliyev ö səsinin ü səsi ilə
əvəzlənməsindən bəhs edərkən qeyd edir ki, ö>ü hadisəsi ən çox qıpçaq tipli türk
dillərinin xüsusiyyətlərini özündə daha qabarıq şəkildə əks etdirən dialekt və
şivələrimizdə özünü göstərir... Məlum olduğu üzrə, tatar və başqırd dillərində ö
səsi yoxdur. Buna görə də bir çox türk dillərində ilk hecada ö səsinə başqırd və
tatar dillərində ü səsi uyğun gəlir [71, s.54].
Müqayisə edək: tatar dilində: üqez
(öküz), küz (göz), kük (göy) [115, s.21,47,245]; başqırd dilində: üqez (öküz), küçersen
(göyərçin), kümer (kömür) [116, s.48,254, 550].
Azərbaycan dilinin dialektləri içərisində
ö>ü hadisəsi daha çox Quba dialekti üçün səciyyəvidir [67, s.39].
M.İ.Yusifov türk dillərində ö>ü hadisəsindən
bəhs edərkən yazır: ö saitindən ü-yə keçid də oğuz qrupu türk dillərində qeyri-
mütənasibdir. Bununla belə, türk və qaqauz dillərinə nisbətən Azərbaycan və türkmən
dillərində, xüsusən türkmən dilində ö saiti daha sabitdir. Türk dilinə nisbətən
qaqauz dilində ü-yə keçid müəyyən dərəcədə üstünlüyə malikdir. Müq. et: gözəl (Azərb.),
qözel (türkm.) qüzel (türk) q
zı, (qaq.) küçə (Azərb.) köçe (türkm) və s. [80, s.21].

1.3.7. Qapalı saitlərin qapalı saitlərlə əvəzlənməsi
e>i. Yardımlı rayonu şivələrində
maraqlı fonetik hadisələrdən biri də e>i əvəzlənməsidir. Bu əvəzlənmə rayonun
Yolocaq, Gügəvar, Gilar və Ostayır kəndləri üçün daha səciyyəvidir. Burada həmin
hadisəyə ən çox bir və ikihecalı sözlərin birinci qapalı hecasında (v, y, k, r samitləri
qarşısında) rast gəlmək olar. Məs.: kir (qayalıq), gicə, kiçi, dinən [Ost., Yol.,
G], sivişmağ, siyid [Küg., G.], kişnığ, ilçin [An., S., Bil.,], hisab [ək.k.].
E.İ.Əzizovun fikrincə, türk dillərinin
qədim fonetik xüsusiyyətlərindən biri olan e>i səs uyğunluğu Orxon abidələrinin
dilində dialekt fərqi olmuşdur:el-il, eki-iki, uer-uir, ver-vir, ves-vis [28, s.159].
M.İ.Yusifov e>i əvəzlənməsinin qıpçaq dillərində xüsusən tatar və başqırd dillərində
daha çox yayıldığını göstərir [80, s.25].
Akad. M.Ş.Şirəliyev tatar və başqırd
dillərindəki xüsusiyyətlərlə uyğunluq təşkil edən bu tipli dəyişmələri qıpçaq elementləri
kimi göstərir [127, s.8)
Fikrimizcə, e>i əvəzlənməsindəki
i-ləşmə orfoepik hadisəsidir. Məsələn, türk dilində felin kökü a və
geniş saitləri ilə
bitirsə, həmin saitlər ı, u və i, ü saitləri ilə əvəzlənirlər. Məs.: de-diyorsun,
ye yiyorsun, bekle-bekliyorsun və s. [65, s.86].

ı>i. Yardımlı rayonu şivələrində ı>i əvəzlənməsinə ən çox
sözün ikinci hecasında m, l, ş, y samitlərindən sonra təsadüf edilir. Bu əvəzlənmə
rayonun Kürəkçi, Vəlixanlı, Miskireyn, Daşkənd, Ostayır, Qabaqdibi və Sırıq kənd
şivələrində daha geniş yayılmışdır. Məs.: qəyçi//qayçi [b.k], sindi [Mis., N., Sır.],
ãàðèí, àüèç, ãèðìèçè, ïàë÷èü, èëõè, ðèõäèì (möhkəm, tarım) [K., Ar., D.]., siriməg
[1 tikmək, 2 sırımaq] [ək.k].
T.B.Həmzəyevin fikrincə, ı>è
ùàäèñÿñè Àçÿðáàéúàí äèëè äèàëåêò âÿ øèâÿëÿðèídə eyni dərəcədə yayılmamışdır. Həmin
hadisə cənub qrupunda, xüsusilə Ordubad dialektində sözün ilk hecasında, şərq qrupunda
sözün sonuncu açıq hecasında özünü göstərir [33, s.23]. Bu fikirlə razılaşmaq olmaz.
Çünki şərq qrupunda, xüsusən də Yardımlı
şivələrində sözün birinci hecasında ı>i əvəzlənməsi özünü göstərir.
i>ü. Naxçıvan qrupu dialekt və şivələri
üçün daha səciyyəvi olan i>ü ÿâÿzlənməsi [12, s.27] Yardımlı şivələrində də geniş
yayılmış fonetik hadisələrdəndir. Burada həmin hadisə sözün bütün hecalarında özünü
göstərir. Məs.: tərəzü, üzəngü, [Ïåş.], büşürey [Mis., R., D., Ar., Y], əvün [N.,
Daş., Ost., V., N., Y], çətür, dəmür, təndür, kərpüc, çəltük [Ost., Peş., Ar.],
çəküc, gədüg, ərinüg, ərüg [ək.k], xəmür, fətür, gəgür [Bür.,Hər.,Ab., Al].
1.4. Saitlərin artımı
Yardımlı rayonu şivələrində təsadüf
edilən fonetik hadisələrdən biri də sözlərə saitlərin əlavə edilməsidir. Bu hadisə
sözün əvvəlində, ortasında və həm də axırında özünü göstərir. Bunlardan birinci
hal daha səciyyəvidir. Bunu aşağıdakı hallarda görmək olar.
1.4.1. Söz əvvəlinə saitin artımı
Alınma sözlərə aid olan bu hadisə Yardımlı
rayonu şivələrində də geniş yayılmışdır. Burada sözün əvvəlinə i, u, bəzən də ü
saitləri əlavə edilərək işlədilir.
i səsinin artımı: işqaf, isdol, İrzali
[ək.k.], isgan, irəyon, irədyo, İrəsul [Ə., Ş.].
ü səsinin artımı: üruzgar, üruzi [Gav.,
Bur., Zey.], urus, urusyət, urusvay, urusça [ək.k.].
ü səsinin artımı: ürüsvay, ürüşvət
[Y., D., An.], ürütbət [K., Y.].
1.4.2. Söz ortasına saitin artımı
Yardımlı şivələrində sözün ortasına
saitlərin artırılması hadisəsinə nisbətən az təsadüf edilir. Burada ə, ı, ü, i saitlərindən
biri iki samit arasına artırılaraq işlədilir; məs.: höküm, şəxis, hərif, əmir, nəbiz
[ək.k], Mosqivə, vedirə, ötürü. Gülüsüm [An., N., Şil., P.].
1.4.3. Söz axırına saitin artımı
Yardımlı şivələrində söz axırında saitlərin
artımına olduqca az hallarda təsadüf edilir; məs.: metrə//metirə, nəfəsə, həmi,
nə xərtənə//qədərə [ək.k.], pilakana, (pilləkən) [An.].
1.5. Saitlərin düşümü
Dialekt və şivələrimizdə səciyyəvi fonetik
hadisələrdən biri də sözlərdən saitlərin düşməsidir. Yardımlı şivələrində həmin
hadisə ən çox sözün ortasında özünü göstərir.
Yardımlı şivələrində ən çox alınma sözlərin
sonuncu hecasından əvvəlki vurğusuz hecasındakı qapalı sait düşür. Bunu aşağıdakı
sözlərdə görmək olar. Məs.: ərzə, səhfə, paprız, Həlmə [ək.k.], yadgar [Y].
Burada söz ortasından saitin düşməsi
hadisəsini bir sıra ikihecalı sözlərə saitlə başlayan başqa bir söz artırıldıqda
da görmək mümkündür. Məs.: qəynarvadi, qəynata, qəynənə. Bundan başqa, bəzi ikihecalı
sözlərin ikinci açıq hecasında qapalı sait ismin yerlik və çıxışlıq hallarında düşür.
Belə olduqda sözün sonuncu hecasındakı vurğu şəkilçidəki saitin üzərinə keçir. Məs.:
ordə, ordən, birdə, hardə [ək.k].
Yardımlı şivələrində iki sözün birləşməsi
zamanı birinci sözün sonuncu saiti düşür. Bunu aşağıdakı sözlərdə görmək olar.
Məs.: əmqızı, Əlquli, Şaseyin//Şahüseyn, bacoğlı, Əlmuxdər, Əlpaşa Əzzağa, dayoğli
[ək.k].
Bunlardan başqa, Yardımlı rayonu şivələrində
l, n, r, sonor samitləri ilə qurtaran fellərə qeyri-qəti gələcək zaman şəkilçisi
artırıldıqda şəkilçidə olan sait səs düşür. Məs.: vırrəm, verrəm, qırrəm, billuğ
[b.k.] və s.
1.6. Ahəng qanunu
Yardımlı şivələrində ahəng qanununun
pozulması ilə yanaşı, damaq və dodaq ahənginin ardıcıllığına da rast gəlinir. Bu
baxımdan Yardımlı şivələrindəki ahəng qanununu
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Dodaq ahəngi, 2. Damaq ahəngi,
3. Ahəngin və ahəng qanununun pozulması.
1.6.1. Dodaq ahəngi
Yardımlı şivələrində dodaq ahənginin
bir neçə növünə təsadüf edilir.
a) Açıq dodaq saitləri bir-birini izləyir.
Məs.: oxloy, kosoy, boğon-boğon, könön [An., Osn.], çoğon, noxoş [S., Al., Şıx].
o saitinin o saitini izləməsi faktına Azərbaycan dialektlərində
də rast gəlmək mümkündür. Bu hal, ümumiyyətlə, dialektlərdə dodaq ahənginin möhkəmliyi
ilə izah olunur [70, s.60].
Açıq dodaq saitlərinin ardıcıllığına
Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində rast gəlinmişdir [9, s.23].
b) Birinci hecada açıq dodaq saiti,
ikinci hecada isə qapalı dodaq saiti gəlir. Məs.: örüş, gomuş, potuğ, oxur, yoqquş,
örü, xoruş, loşğur, lodur, yosxun [ək.k].
s) Birinci, üçüncü hecada açıq dodaq,
ikinci hecada isə qapalı dodaq səslisi gəlir. Buna əsasən, indiki zamanda I şəxs
cəmdə müşahidə edilir. Məs.: dögüyög, görüyög, bölüyök və s.
d) Birinci hecada açıq dodaq saiti,
ikinci, üçüncü, bəzən də dörduncu hecalarda isə qapalı dodaq saiti gəlir. məs.:
topuğum, qoruğumuz, şöngüyüb, domuşub [ək.k].
e) Birinci hecada qapalı dodaq saiti,
ikinci hecada isə açıq dodaq saiti gəlir. Məs.: buroz, purot (əks) [An.], güco-güco,
pulo, bülöy [ək.k].
ə) Birinci, ikinci və üçüncü hecalşarda
qapalı dodaq saiti üçüncü, dördüncü hecada isə açıq dodaq saiti gəlir. Məs.: çüllüyög,
sürüyög, büküyög, gülüyög [ək.k], büşüryög [Mis., Q., D., N., Ar.].
i) Qapalı dodaq saitləri bir-birini
izləyir. Məs.: dümüsgül, güdürgü, sülüf (düyü qılçığı), suluğluğ (böyrək), uruğ,
suyum (görünüş), tuluğ, turuğ, cücü, bülül, ütüy [ək.k].
1.6.2. Damaq ahəngi
Yardımlı şivələrində damaq ahənginin
işlənilməsində bir sıra xüsusiyyətlərə rast gəlirik ki, bunlardan aşağıdakıları
qeyd etmək olar.
a) Yardımlı rayonu şivələrində ədəbi
dildən fərqli olaraq i, e, ə saitlərindən sonra e səsi (əsasən indiki zamanda)
gəlir. Məs.: sindirey [Mis., Ost., Y.], səpey, otdey, əkey, dənney [ək.k].
b) Qapalı dodaqlanmayan saitlər bir-birini
izləyir. Məs.: çibin, iççi, bildir, sindi, şikil, iriz, incil, zigil, sicim [ək.k.],
pıtıl, pılxız, çınıx, hızırıx, mımığ (An.), cınqır [Ham., S.].
c) Arxasıra dodaqlanmayan saitdən sonra
dilarxası qapalı dodaqlanmayan saiti gəlir. Məs.: mağıl, şatır, sabın [ək.k],
Avdıl [Y], sadır [Ost.], namıs, armıt [K., Peş.].
d) Dodaqlanmayan qapalı saitdən sonra
arxasıra açıq dodaqlanmayan səsli gəlir. məs.: cıqqan, xızan [b.k.], cıraşmağ [Ost.,
Osn.], sırdağ, mıdğar, qırağ [ək.k.] və s.
e) Arxasıra açıq dodaqlanmayan saitlər
bir-birini izləyir. Məs.: pana, tava, arba, çağa, qağa, dağal, hampa, salxağ, amada
[ək.k], haykaza<həmçinin [Ham.], pasax (kir), kaşavan (şalbanaltı) [Y., Ost.].
a saitinin a saitini izləməsinə oğuz
qrupu türk dillərinin hamısında təsadüf olunur [80, s.52].
ə) Dilönü açıq dodaqlanmayan saitlər
bir-birini izləyir. Məs.: dəməndə, dəbbələmək, qəymə, dənəvə [b.k.], əyəğ, qəğə,
kələk (divar), əvnə, əppəy, ərəğəc, pələmə [ək.k].
M.İ.Yusifovun fikrincə, ə-ə səslərinin
bir-birini izləməsi oğuz qrupu türk dillərindən yalnız Azərbaycan dilində geniş
yayılmışdır [80, s.55].
i) Dilönü dodaqlanmayan saitlər bir-birini
izləyir. Məs.: girəvə, kirtdəg, ərviştə//əriştə, əgirdəy, təfliy, pilək [ək.k],
kəsmət//kəsmənd [Ost.], həjin [An.], yelpənək [b.k.].
1.6.3. Ahəngin pozulması
Yardımlı rayonu şivələrində ahəngin
pozulmasını aşağıdakı qayda üzrə qruplaşdırmaq olar.
a) Qalın damaq saitlərindən sonra qalın
dodaq saitlərinin gəlməsi:
1. Sözün kök və əsaslarında: aşuğ, danuşuğ,
pambuğ, qarpuz, sarmaşuğ, palut [ək.k].
2. İsmin yiyəlik halında: kitabun, dağun,
qızun [b.k.].
3. Mənsubiyyət şəkilçilərinin II şəxs
tək və cəmində: yağuz, atun, barmağun, arun, varun, yaylığun [ək.k] və s.
4. Əmr şəklinin təsdiq və inkarında
II şəxs cəm, III şəxs təkdə: qalun, qalsun, qalmasun, açun [ək.k.], qavun [Y., K.,
N.,] və s.
b) Qalın damaq saitlərindən sonra incə
damaq saitinin gəlməsi
1. Sözun kökü və əsaslarında: tamaşə,
talaşə [An., Ham.], qayiş [Osn., Ost., Y., Ar., Bil., Mis., K.], xamir [An., Osn.],
payiz, sayə, mayif, yaxçi, haçər [ək.k.].
2. Sözdüzəldici şəkilçilərdə: oğurçi,
sanğunçi [b.k.], qusğunçi [Ab.], qaçənçi, oturançi və s. [Y.].
3.Mənsubiyyət şəkilçilərində: xalasi,
babasi, qardaşi [b.k.].
4.İsmin hal şəkilçilərində: ayi, başi,
başimün, sayi, havayi, sani (sayı) [ək.k.].
5. Şühudi keçmiş zamanın III şəxs tək
və cəmində: ağladi, bağladi, başdadi, çıxdi, çaşdi, yığdi, sıxdi [ək.k].
6. Nəqli keçmiş zamanda: baxmışəm, almişüg
[ək.k] və s.
7. İndiki zamanın I,II, və III şəxslərin
tək və cəmində: aliyəm, apariyög, baxiyəm, baxeysüz [ək.k.] və s.
8. Qəti gələcək zamanın I, II və III şəxslərin
tək və cəmində. Məs.: baxacəgəm, baxacəgsən, baxacəg, alaciyög, alacəgsüz [Al.,
Şıx., Ab., Bür., An.] və s.
9. Qeyri-qəti gələcək zamanda: alarəm,
alarsən, alər, tanıyərüg, saniyərəm, saniyərüg [ək.k.] və s.
10. Sıra saylarında: qırxinci// qırxımci,
altımci, doxsanımci, onumci [An., K., Hon.].
s) Qalın dodaq saitindən sonra incə
damaq saitinin gəlməsi
1. Söz köklərində: duri, uciz, quti, uşəğ
[Dağ., Bil., Boz.], xurcin, qoyin, boyin, oğri//oğirçi, oric, [Peş., Ar., Y., Ost.,
Y.] və s.
2. İsmin təsirlik hal şəkilçilərində: suyi,
yüki, torpəği [ək.k.] və s.
3. Məsdər şəkilçisi qəbul edən sözlərdə:
oynəməg, oximəgə, qoriməgə [An., Şil., Bil., Vər.], ğoriməg [Bil.], ğoriməğə
[Al.].
4. Şühudi keçmiş zamanın III şəxs tək və
cəmində: qurdi, vurdi, durdi, burdilər [ək.k.].
5. İndiki zamanın I, II şəxslərin təki
və III şəxsin tək və cəmində: duriəm//duriyəm, vuriyəm [ək.k.], duriy, vuriylər
[K., Güg.].
d) İncə damaq saitindən sonra qalın
dodaq saitinin gəlməsi:
1. İsmin adlıq halında: lənbəku, tərəzu,
səku, gögərtu [Bil., An., Ham.].
2. İsmin yiyəlik və mənsubiyyət şəkilçilərində:
ətəgun, əğəcun, qəndun, yeruz, tufəyuz, xətrun, çətrun [ək.k.] və s.
3. Felin əmr şəklinin II şəxs cəm və
III şəxs tək və cəmində kəsun [b.k.], gessun//getsun, desun [ək.k.] və .
4. Şühudi keçmiş zamanın I, III şəxs cəm
və II şəxs tək və cəmində: getdun, getduz, səpduz, [An., Bür., Boz., Ham., P.],
aleydun, biçeydun [ək.k.]. Bu xüsusiyyət Şəki
dialektində də özünü göstərir [41, s.34].
5. İndiki zamanın II şəxs tək və cəmində:
gəleysuz, səpeysuz, becəreysuz, deysuz, içeysuz, ərideysuz//əritdeysuz [ək.k.].
T.B.Həmzəyevin fikrincə, ahəng qanununun mahiyyətini və yaranma
səbəblərini ancaq fonetik materiallarla izah etmək məsələnin heç də tam həllini
vermir [33, s.29].
Bu məsələ ilə bağlı E.İ.Əzizov yazır: “Ahəng qanunu bir fonetik
qanun olmaqla yanaşı, Azərbaycan dilinin morfoloji quruluşu ilə sıx əlaqədardır“
[27, s.52].
Bununla əlaqədar olaraq, Q.İ.Ramstedt yazır ki, altay dillərində
şəkilçinin ilk səsinin əsasın son səsinə birləşdiyi yer xüsusi əhəmiyyətə malikdir.
O, bu yeri “fuziya“ adlandırır və qeyd edir ki, dilin müxtəlif növlü fonetik
xüsusiyyətləri məhz burada özünü göstərir [117, s.27].
1.7. Samitlər və
onların variantları
Yardımlı rayonu şivələrində ədəbi dilimizdəki samitlərin hamısı
(23 samit) işlənir. Buna baxmayaraq, burada ədəbi dildə olmayan bəzi samitlər də
özünü göstərir. Bunlar aşağıdakılardır.
k' səsi. Azərbaycan dilinin bəzi dialekt və şivələrində
özünü göstərən k'
səsinə Éàðäûìëû øèâÿëÿðèíäÿ äÿ òÿñàäöô îëóíóð. Áó ñÿñ ïàðòëàéàí íàòàìàì êàð
ñÿsdir. Bu səsi tələffüz edərkən həm karlıq, həm də cingiltililik müşahidə edilir.
Bu səsə rayonun Bilnə, Bürzünbül, Bozayran, Anzov, Bərcan, Gavran və Porsova kənd
şivələrində k'opna,
k'uçuk
(küçük), çak'qu
(davakar), k'uçə
(küçə), k'əmsəmol,
k'ırəfat
sözlərində qalın saitləri qarşısında təsadüf edilir.
Akademik M.Ş.Şirəliyev qeyd edir ki, türk dillərinin çoxunda
işlənməkdə olan k' səsinə bəzi dialekt və şivələrimizdə rast gəlirik.
Bu cəhətdən Zaqatala — Qax şivələri daha artıq seçilir. Bu şivələrdə k səsi çox
vaxt k'
səsi yerində işlədilir [70, s.75].
E.İ.Əzizovun fikrincə, söz əvvəlində k səsinin yerinə k'
samitinin işlənməsi tarixi uyğunluqdur. Müəllif haqlı olaraq Zaqatala, Qax, Balakən
və Dərbənd şivələrində dilortası k səsinin
mövqeyində işlənən dilarxası k' səsini tarixən Azərbaycan dilinin səs sistemi
ilə özgə dillərin səs sistemlərinin qarşılaşması nəticəsində meydana çıxan
fonetik xüsusiyyət (depalatallaşma) hesab edir [28, s.95].
k səsi əvəzinə k' ñÿñèíèí èøëÿíìÿñèíÿ
Ìóüàí ãðóïó øèâÿëÿðèíäÿ [10, s.37-38], Gədəbəy [69, s.43], Qax [58, s.73], Lənkəran
şivələrində [102, s.10-11], Qazax [9. S.30] və Şəki dialektində də (qoşa q ilə deyilən
sözlərdə) [41, s.39-40] müşahidə edilmişdir.
ğ səsi. Yardımlı rayonu şivələrində söz əvvəlində geniş yayılmış
fonetik xüsusiyyətlərdən biri də q>ğ əvəzlənməsidir. Bilindiyi kimi, ğ səsi
Azərbaycan ədəbi dilində söz əvvəlində işlənmir. Buna, əsasən ərəb dilindən keçmiş
sözlərdə təsadüf olunur.
Söz əvvəlində cingiltili ğ səsi rayonun Alar və Şıxhüseyn kənd
şivələrində geniş yayıldığı halda, digər kəndlərdə zəif şəkildə müşahidə edilir.
Məs.: ğutarmağ, ğəzənməğ, ğoyməğ, ğız, ğabuğ [Al., Şh.], ğoriməg, ğabuğ, ğadın,
//ğonağ [N., An., K., Yol., V.] və s.
Söz əvvəlində ğ səsinin işlədilməsinə Azərbaycan dilinin Gədəbəy
[69, s.44] və Lənkəran [102, s.11] şivələrində də təsadüf edilmişdir.
l səsi. Azərbaycan ədəbi dilindəki sonor l səsinin yumşaq variantına
(1')
rayonun Nisəkələ və Kürəkçi kənd şivədərinlə söz ortasında və axırında qalın saitlərdən
sonra rast gəlmək olar. Məs.: qul'lab, çul', dul',
pul'
//pül'//pıl',
xıl'
(sürü), qıl'ığ
[N., K.].
V.Radlov türk dillərinin fonetik xüsusiyyətlərindən danışarkən
(l) hərfinin l və (l) səsləri olmaqla iki
səsin yerində işləndiyini qeyd edir [101, s.40].
Sonor l səsinin yumşaq variantı (l) türk dilində də mövcuddur.
Məs.: hâla, pul, petrol və s. [65, s.23].
Bundan başqa, Yardımlı rayonu şivələrində
ədəbi dildəki q səsinin bir qədər kar tələffüz olunan variantına da təsadüf edilir.
Bu səsə ən çox söz ortasında qoşa q ilə deyilən sözlərdə, adi q səsindən əvvəl təsadüf
olunur. Məs.: bicıqqə [An., Ə., Ş., Ham.], loqqiməg [Boz., An., Bür., Zek.], qıqqi,
qıqqunÈvurulsun [boz., Ün.], lıqqə [ək.k],
şaqqanaÈçaley [b.k], şoqqiməg [B., Bağ., Bur.],
daqqa [Y.] və s.
1.8. Samitlərin əvəzlənməsi
Yardımlı rayonu şivələrində geniş yayılmış
fonetik hadisələrdən biri də samitlərin əvəzlənməsidir. Burada samitlərin əvəzlənməsi
dedikdə ədəbi dildə işlənən bu və ya başqa samitə Yardımlı şivələrində hansı samitin
uyğun gəldiyi başa düşülür. Bu şivələrdə kar samitlərin cingiltili, cingiltili samitlərin
kar və cingiltili samitlərlə, kar samitlərin kar samitlərlə əvəzlənməsi özünü
göstərir.
Yardımlı şivələrində samitlərin əvəzlənməsini
aşağıdakı qaydada qruplaşdırmaq olar.
1.8.1. Kar samitlərin cingiltili samitlərlə əvəzlənməsi
k>g. k səsinin g səsi ilə əvəzlənməsi
Yardımlı şivələrində geniş yayılmış fonetik hadisələrdən biridir. Buna sözün ortasında
və sonunda təsadüf edilir.
a) Söz ortasında: isgənə, isgan, əsgi,
əsgüy, [ək.k.].
b) Söz sonunda: nəzüg [An.], xörəg
[Əs., Osn., S.], böüg //b
g, çörəg, əppəg, əgirdəg, dögüg, göyçəg, ətəg, səppəg [ək.k.] və s.

Şərq qrupu üçün səciyyəvi olan g-laşma
hadisəsi Yardımlı şivələrində geniş yayılmışdır.
p>b. Bu əvəzlənmə Yardımlı şivələrində
sözün əvvəlində və ortasında özünü göstərir. Məs.: ökbə//öpkə, əyribilan [K., N.],
badron [K., Ar.], turşbalan [ək.k.]
p>b hadisəsinə qırğız [98, s.76,77]
və oyrot [104, s.34,38] dillərində də rast gəlinir.
k>y. Bu hadisəyə ən çox söz ortasında
və sonunda rast gəlmək mümkündür. Məs.: çörəy, ürəy, çəymə [Yol., An., Bur., Zen.]
dəhmərrəməy, çidarramay, beşiy, gedəy və s. [ək.k].
1.8.2. Cingiltili samitlərin kar samitlərlə əvəzlənməsi
d>t. d səsinin t səsi ilə əvəzlənməsi
burada ən çox söz axırında, bəzən də söz əvvəlində müşahidə edilir. Məs.: kət//kənt
[An., Üb., Gav.], Kasat, süt, kilit, tiş, tivar [Y., Güg., Vər., B.], palut [b,k.]
və s.
Müasir ədəbi dilimizdəki d səsinə qazax
və tatar dillərində də t səsinin (xüsusən sözün əvvəlində) uyğun gəldiyini görmək
mümkündür. Qazaxca: meri<äÿðè, ìèðè<diri, til<dil [110, s.184, 280,
923]; tatarca: töz<düz, teqermən<dəyirman, timer<dəmir [115, s.64,
107, 219].
M.İ.İslamovun fikrincə, söz əvvəlində
t səsinin işlənməsi türk dillərinin qıpçaq qrupuna xas olan bir xüsusiyyətdir.[41,
s.45].
Bunlardan başqa, Yardımlı rayonu şivələrində
bir sıra cingiltili samitin kar samitlərlə [y>h, n>h, q>x və s.] əvəzlənməsinə də təsadüf edilir. Məs.:
şeh<şey [An.], sis<siz, Əzrahil<Əzrayıl, yahalmağ//yahilmağ < yanılmaq,
xol<qol, təhtimək<təntimək [ək.k].
Bu əvəzlənmələr Yardımlı şivələri üçün
bir o qədər də səciyyəvi xüsusiyyət deyildir.
1.8.3. Cingiltili samitlərin cingiltili samitlərlə əvəzlənməsi
Yardımlı rayonu şivələrində maraqlı
fonetik hadisələrdən biri də cingiltili samitlərin cingiltili samitlərlə əvəz
olunmasıdır. Bu hadisə söz ortasında və sonunda daha çox müşahidə edilir:
b>v. Azərbaycan dilinin şimal və
qərb qrupunda geniş yayılan b>v hadisəsi Yardımlı şivələrində də mövcuddur. Həmin
hadisə burada əksərən iki sait arasında, qismən də söz sonunda özünü göstərir. Məs.:
qavar [k.], div, divində, avır, Avdulla, Avdul [Gil., Ş., C., Ün., T., A.], yava
[Ç., Sır.], davan, qavan, çovan, savın, səvr [Ən., Z., Güg.] və s.
q>ğ. Şərq qrupu dialekt və şivələrinə
məxsus bu hadisə Yardımlı şivələrində də geniş şəkildə özünü göstərir. q səsinin
ğ səsi ilə əvəzlənməsinə sözün əvvəlində, ortasında və axırında rast gəlinir:
a) söz əvvəlində: ğadın, ğonağ Ğadir
[A., Ş., H., Çay.], ğədim [Ham.],
b) söz ortasında: Əğəğuli, d:əğə/// dəyğə [An.], sısğə, ləğəb [ək.k.], satğunçi,
mığəva, yalğuz [Yol., Üb., Şil., P., Z., Ö.] və s.
c) söz axırında: doğanağ, tağalağ//,tavalağ, uşəğ, əncəğ, oturəcəğ, palçiğ,
çaruğ, aruğ, aşuğ [ək.k.] və s.
ğ>v. Yardımlı şivələrində maraqlı
fonetik hadisələrdən biri də ğ>v əvəzlənməsidir. Bu hadisə Azərbaycan dili dialekt
və şivələrində geniş yayılmış hadisə deyildir. By əvəzlənməyə Yardımlı rayonunun Yolocaq, Anzov, Bürzünbül, Hamarkənd,
Bilnə və Zeynələzir kənd şivələrində təsadüf edilmişdir. ğ>v əvəzlənməsi bir
qayda olaraq, söz ortasında özünü göstərir. Məs.: tavalağlamağ, tavalağ, avızdığ,
dovanağ, avız, [Bil., Zey., An., Bür], kavız [Yol., Zey.].
ğ>v əvəzlənməsinə Zəngilan şivəsində
də təsadüf olunmuşdur [17, s.58].
ğ>v hadisəsi qıpçaq tipli türk dillərində,
onun dialekt və şivələrində də işlənmişdir. Buna kumık dilində tav>dağ, bav
[94, s.14,20]; başqırd dilində: taw [118, s.144]; noqay dilinin Aknoqay dialektində:
awól, awız-awuz, awıp, awup [97, s.58,64]; özbək dilində: tav, avuz [111, s.24];
karaim dilində: uvul>oğul, tav>tağ, avur<ağır [103, s.86] sözlərini misal
göstərmək olar.
y>g. y səsinin g səsi ilə əvəzlənməsi
Yardımlı şivələrində geniş yayılmış fonetik hadisələrdən biridir. Həmin hadisəyə
söz ortasında, qismən də söz axırında təsadüf olunur. Məs.: əgirməy, əgilməg, dəgirman,
bəg, gögərçin, gögəm, dərgez, ürəgim, dügə, dəgdi və s. [ək.k.] .
m>n. Bu hadisə Yardımlı şivələrində
söz ortasında və bəzən də söz axırında müşahidə edilir. Məs.: bizin [Güg.], bizinki,
inkan [Hor., Güg., An., Ham., Zen.], münkün [b.k.] sinavar [ən.k.] və s.
1.8.4. Kar samitlərin kar samitlərlə əvəzlənməsi
Yardımlı rayonu şivələrində kar samitlərin
kar samitlərlə əvəzlənməsinə az hallarda rast gəlirik:
x>h. Azərbaycan dilinin cənub Ordubad
dialektində geniş yayılan x>h hadisəsi Yardımlı rayonunun Ostayır və Telavar
kəndlərində söz əvvəlində özünü göstərir. Məs.: ham, hurcun//hurcin, hiyar, Halığ,
hasda//həstə, harmançi, hata [Ost., T.].
Azərbaycan dilində x samiti ilə başlayan
və bitən sözlər türk dilində h və k samitləri ilə işlənir [65, s.16].
h>x. Bu hadisə Azərbaycan dili dialekt
və şivələrində az yayılmış fonetik hadisələrdən biridir. Lakin həmin əvəzlənmənin
Yardımlı şivələrində geniş yayıldığını müşahidə edirik. Bu hadisə rayonun Arus,
Anzov, Abdinli, Bozayran, Telavar, Peştəsər kənd şivələrində daha geniş yayılmışdır.
Burada h>x əvəzlənməsi a, ı, i saitləri qarşısında özünü göstərir. Məs.: xırs, xaram, xaçə, xırsdənməy, xaçan//xaçanacan,
şax, işdaxa [A., An., Boz., T., Peş., Ab.] və s.
h>x hadisəsinə Azərbaycan dilinin
Şərur [40, s.38], əfşar [6, s.12] və Cəbrayıl [31, №5, 1960] şivələrində təsadüf
edilmişdir.
h>x əvəzlənməsi qədim dövrlərdə,
hətta XVIII əsrə qədərki əsərlərin dilində də işlənmişdir. Məs.: Gör kim, bu ümid
ta bə keydir, vəslinə xaçan bu mürdə heydir [61, s.51].
h>x hadisəsi bəzi türk dillərində,
onun dialekt və şivələrində də geniş yayılmış hadisələrdəndir [56, s.42].
ç>k. ç samitinin k samiti ilə əvəzlənməsi
Yardımlı şivələrində nisbətən az yayılmış fonetik hadisələrdəndir. Buna baxmayaraq,
rayonun Arvana və Kürəkçi kənd şivələrində həmin hadisə (ç>k) söz əvvəlində
özünü göstərir. Məs.: kidarramağ, kiy, körəx, kəhmə<çəkmə, kəküc [Arv., K.]. Qovuşuq ç səsinin partlayan
k səsi ilə əvəzlənməsinə Naxçıvan [70, s.84], Ordubad [35, s.90] dialektlərində
təsadüf olunmuşdur.
1.9. Samitlərin artımı
Yardımlı rayonu şivələrində də dialekt və şivələrimizdə
olduğu kimi, samitlərin artımına ən çox söz əvvəlində, ortasında və qismən də axırında
rast gəlmək olar:
1.9.1. Söz əvvəlində samitlərin artımı
y səsinin artımı. Bu səs Yardımlı şivələrində,
əsasən qapalı saitlərin əvvəlinə artırılır. Məs.: yesir//yesır<əsir, yalo [An.,
S., Bur., Ham., Ö., Üb.], yəlo [A., Ab., Osn], yalav [N., Ə.] yüzüy<üzük [Hon.,
Güg.], yeniş [Zen.], yigirmi [ək.k].
Ümumiyyətlə, dialekt və şivələrimizdə
müşahidə olunan y səsinin artımına bir tarixi hadisə kimi yazılı abidələrdə də rast
gəlinir. Məs.: Orxon-Yenisey abidələrində: yağac, yigit, yiti, yulduz, yüz, yul,
yulan [101, s.383-391]; Kitabi-Dədə Qorqud dastanlarında; yigit, yidan, yuca
[22, s.31]; İbn-Mühənnada: yigde, yigne, yipekçi, yiti, yüzük [70, s.99] və s. sözlərdə
görmək olar.
h səsinin artımı. Söz əvvəlində h səsinin
artımına bütün dialekt və şivələrimizdə təsadüf etmək mümkündür. Bu hadisəyə Yardımlı
şivələrində a, ə, e, i saitləri ilə başlayan sözlərin əvvəlində rast gəlinir.
Məs.: hasat//hasand, hayla//həylə, həylədu<elədir,
həlbət, haçər [ək.k.], Hamada//amada< hazır, haykaza//aykaza [Ham.], həylənçik<elə
[An.].
M.İ.Adilovun fikrincə, dilin nisbətən
qədim leksik təbəqəsi olan vokativ sözlərdə h səsi xüsusi yer tutur və həmin sözlərin
çoxu bu səslə başlayar: ho, hoho, hiş, hay, hov, hüşt-hüşt, hay-hay, hot-hot və
s. [3, s.83].
Akad. M.Ş.Şirəliyev h-səs artımının
ərəb və Qafqaz-iber dillərinin təsiri olduğunu ehtimal edir [70, s.100].
L.A.Pakrovskaya h səsinin söz əvvəlinə
artımının qaqauz dilində daha geniş yayıldığını göstərir [105, s.72].
Bunlardan başqa, Yardımlı şivələrində
söz əvvəlinə x və g səsinin artımına da təsadüf edilir. Bu hadisəyə yalnız xaçər//xaçar<
və gen<en sözlərində təsadüf edilir.
1.9.2. Söz ortasına samitlərin artımı
y səsinin artımı. Yardımlı rayonu şivələrində
söz ortasında y səsinin əlavəsi iki şəraitdə özünü göstərir:
a) Saitlə samit arasında: beysavat,
heysab [Peş., S.], həylə [ək.k.].
b) İki sait arasında: xəyin//xayin,
tiyatır, zəyif, biyabır [ək.k.], sayat [Alr.].
n səsinin artımı. Məs.: biləng, çiling,
zirəng, munbərək<mübarək, mixəng [ə.k.]
h səsinin artımı: Məs.: vəhtə<vədə
[Şil.], camahat, sahat [ə.k.], nehmət [O., Abd., Y., C.], mahna<mane, nəhlət
[An.] və s.
g səsinin artımı. Məs.: yengi, ötərəngi
[ək.k.], gedərgi, köçərgi<köçəri [B., K., P.].
v səsinin artımı: Məs.: əvriştə//əvrüştə<əriştə
[ək.k.], ovduğ [Bil., Y., Hor., Z.].
1.9.3. Söz axırına samitlərin artımı
Sözlərin axırına samitlərin artımı Yardımlı
rayonu şivələrində az təsadüf edilən fonetik hadisələrdəndir. Bunları aşağıdakı
hallarda görmək olar:
y səsinin artımı: Məs.: kiloy [ək.k.].
çamtay<çanta [K.].
n səsinin artımı: Məs.: bicıqqən<bir
azca, pəlton [b.k.], bilincən, gəlincən [ək.k.].
Bundan başqa, Yardımlı şivələrində sözün
axırına bəzən d, z, m, t səsləri də əlavə edilərək işlədilir. Məs.: hasand//hasant//hasat<asan
[ək.k.], noxsant [K.], dınqırd<dınqır (balaca) [B., Ö., K.], urusyət// orusyət
[b.k.], ğeyrəz [Al.], bərkəm//bəlkəm [ək.k], sohrəm, dəfəm, kərəm, fırsənət<fürsət,
biləng, zirəng [Vər, Hor, Hom.].
Söz sonun da d, z, m, n, y, t səslərinin
artımına az və ya çox dərəcədə bütün dialekt və şivələrimizdə təsadüf etmək mümkündür.
1.10.Samitlərin düşümü
Samitlərin düşməsi hadisəsi sözün əvvəlində,
ortasında və sonunda müşahidə edilir. Bunlardan axırıncı ikisi Yardımlı rayonu
şivələri üçün daha səciyyəvidir.
1.10.1. Sözün əvvəlindən samitlərin düşməsi
Yardımlı şivələrində sözün əvvəlindən
y, h, g, s samitlərinin düşməsinə pişgə [An.], uxaru//oxaru [ək.k.], Usub [A],
onaÇörə [Y.], ulğum [ək.k.] sözlərində təsadüf
edilir. Bunlardan əlavə, y səsinin düşümü tərkib daxilində ikinci sözün və şəkilçinin
əvvəlində də müşahidə edilir. Məs.: oÇana //oənə<o yana buana<bu yana [ək.k.].
Bu hadisə Azərbaycan dilinin Qazax
[72, s.7], Şəki [41, s.55] dialektlərində, Muğan qrupu [10, s.63] və Qarabağ dialektinin
Əfşar şivəsində də [6, s.13] qeydə alınmışdır.
M.İ.İslamova görə, sözün əvvəlindən
y səsinin düşməsi hadisəsi Azərbaycan dilinin Şəki, Qazax dialektləri, Zaqatala
və Qax şivələri üçün səciyyəvidir [41, s.56].
Söz əvvəlindən y səsinin düşməsi hadisəsi
klassiklərimizin əsərlərində, xüsusən də M.Füzulinin dilində daha çox işlənmişdir:
erim, erinə, er, eddi, etirdi, etər və s. [30, s.116, 142, 143, 162, 181].
Bu hadisəyə türk dillərində də rast
gəlinir. Qaqauz dilində: üzü<yüzü, imekler<yemeklër [118, s.164]; qaraçay-balkar dilində:
axşi, Ax
a [88, s.153] və s.

1.10.2. Sözün ortasından samitlərin düşməsi
Yardımlı rayonu şivələrində sözün ortasından
samitlərin düşməsi hadisəsi daha çox yayılmışdır.
l səsinin düşməsi. Burada l səsinin
düşməsinə bir neçə sözdə təsadüf edilir. Məs.:
miçək [K.], müçək [C.], çilə [b.k.], piləkən//pilakan [ək.k.], pilakana
[An.], öşdi [b.k.].
Söz ortasından l sonorunun düşməsinə
dialekt və şivələrinmizdə də rast gəlinir. M.A.Şirəliyev bu hadisənin diş [t, ş,
ç] və x, k səslərindən əvvəl gəldiyini göstərir [70, s.107]. Bu hadisə bəzi türk
dillərində də vardır. Həmin hadisənin çuvaş dilində kin<kelin; başqırd dilində
kigan<kilgan<gələn [118, s.182]; türkmən dilində çelek<çəllək [120, s.48] sözlərində də görmək olar.
n səsinin düşməsi. Sözün ortasından
n səsinin düşməsi Yardımlı şivələrində geniş yayılmış fonetik hadisələrdəndir. Burada həmin hadisə sadə və mürəkkəb
sözlərdə özünü göstərir. Bunu aşağıdakı sözlərdə görmək olar: Məs.: kətdə, kəççi/kətci,
qət, sî:ra [b.k.], tüfək/tüfəy/tüəg [Bil., An., V., D., Zey.) [T., C.] və s.
h səsinin düşməsi. Məs.: sö:bət, şö:rət,
səf, tə:r, sə:r, şə:r [ək.k.], kö:nə<köhnə [K.An.] və s.
v səsinin düşməsi. Dialekt və şivələrimizdə
olduğu kimi, Yardımlı rayonu şivələrində də v səsinin düşməsi geniş yayılmış fonetik
hadisələrdən biridir. Məs.: lo:ğə, do:ğə, do:şan, qo:zamağ, suarmağ, houz, tö:lə
[b.k], yo:şən [B., K., S.], qourma, nərduan [Y.], söügi [C.], hauz [Peş.] və s.
1.10.3. Sözün axırından samitlərin düşməsi
v səsinin düşməsi. Yardımlı rayonu şivələrində
sözlərin sonundan v səsinin düşməsi hadisəsinə dodaq saitlərindən sonra, və ya sonu
ov, öv ilə qurtaran sözlərdə rast gəlmək olar. Məs.: buzo /bizo/, bızo [An., Y.,
M., Ə., Bür., Zen., S.], kösö, oxlo, bülö [Y., K., B], tilo, lo:, to:>tov, yalo [Boz., S., K.] və
s.
l səsinin düşməsi. Məs.: dögü/dögi<deyil
(əksər kəndlərdə), dogü (D., Hor., Ü.) gə [b.k] və s.
t səsinin düşməsi. Sözün sonundan t
səsinin düşməsinə sonu
samitləri ilə bitən
sözlərdə təsadüf edilir. Məs.: dos, vax, üs, dürüs, sus [Ə., Ş.], artis, faşis,
iras<ðàñò [ək.k.],

r səsinin düşməsi. Başqa qrup dialekt
və şivələrimizdə olduğu kimi, Yardımlı şivələrində də sözlərin sonundan r səsinin
düşməsini tez-tez müşahidə edirik. Bunu aşağıdakı hallarda görmək olar.
a) Felin əmr şəklində sonu r səsi ilə
bitən bir sıra sözlərin sonundakı r səsi düşür. Məs.: gəti, götü<götür, otu<otur
[B., Bur., Y., K., An., Şil., Pir., M.]. Burada r səsinin düşməsi həmin hecalarda
vurğunun zəifləməsi ilə əlaqədardır.
b) III şəxs xəbərlik şəkilçisində (dır4)
r səsi düşür. Məs.: budu, odu, yekədu, yoxundu, yoxdu, yaxşidu, evdədu və s. Burada
isə r səsinin düşməsinə səbəb dır4 xəbərlik şəkilçisinin vurğu qəbul
etməməsidir.
v) Bir və qədər sözlərinin axırındakı
r səsi düşür. Məs.: bi dəfə//bi dəfənnəri, bi dənə, o qədə, nə qədə//nəkqədə [b.k.].
Bu məsələ ilə əlaqədar H.Mirzəzadə yazır:
“Azərbaycan dilində r səsinin düşməsi həqiqətən tarixi keçmişə malikdir. Eyni
zamanda bu xüsusiyyət keçici deyil, daimi hal kəsb etmişdir. Azərbaycanın cənub
dialektlərində, hətta Cənubi Azərbaycanın canlı danışıq dilində, demək olar
ki, -dir xəbər şəkilçisi -di formasında sabitləşməyə doğru gedir [56, s.31-52].
Söz sonunda r səsinin düşməsi Azərbaycan
dilinin dialekt və şivələrinə nisbətən Kərkük dialektində daha güclüdür [62, s.131].
Sözlərin tərkibindən r səsinin düşməsi
bir sıra başqa türk dillərində [özbək, qırğız, qazax və s] də müşahidə edilmişdir
[93, s.10].
1.11. Assimilyasiya
Yardımlı rayonu şivələrində geniş yayılan
fonetik hadisələrdən biri də assimilyasiyadır.
Burada assimilyasiya təsir gücünə görə tam və ya yarımçıq, təsir istiqamətinə görə
isə irəli və ya geri olur.
1.11.1. Tam irəli assimilyasiya
Tam irəli assimilyasiya hadisəsi zamanı
sözün kökündəki bu və ya digər səs özündən
sonra gələn şəkilçidəki ilk səsə təsir edərək, onu tamamilə özünə oxşadır. Yardımlı
şivələrində geniş yayılmış tam irəli assimilyasiyanın aşağıdakı növləri müşahidə
edilir.
1. zl>zz. Sözün və ya ilk şəkilçinin
sonundakı z səsi özündən sonrakı şəkilçinin əvvəllindəki l səsinə təsir edərək,
onu z səsinə çevirir. Məs.: ucuzzuğ, gözzə, düzzüg, payızzığ [Ə., Şil], təmizzə,
dizzig, gözzey [Bur., Güg., Z.]
2. dl>dd. Sözün sonundakı d səsi şəkilçinin
əvvəlindəki l səsinə təsir edərək, onu d səsinə çevirir. Məs.: addu, daddu, yaddar,
şaddığ, seyiddər, savaddu [b.k.] uddağ [Ham. S.].
3. nl>nn. Sözün sonundakı n səsi şəkilçinin
əvvəlindəki l səsinə təsir edərək, onu n səsinə çevrir. Məs.: dinnə, zehinni, tikannığ,
yamannığ, cavannığ, qoinnər və s [b.k.].
4.
zd>zz. Sözün sonundakı z səsi özündən sonra gələn şəkilçinin
əvvəlindəki d səsinə təsir edərək, onu z səsinə çevirir. Məs.: qızzırma, gözzən, üzzən, dizzən, qızzan [Ə.K.].
5. mb>mm. m səsinin b səsini assimilyasiyası.
Yardımlı şivələrində az yayılmış fonetik hadisələrdəndir. Buna bir neçə sözün kökündə
təsadüf edilir. Məs.: pammıx, sümmə, dümmək//dəmmək [Bil., Dağ., Ham., H., An.].
Bu hadisə dialekt və şivələrmizdə də
az yayılmışdır [12, s.62].
6. pm>pp. Sözün sonundakı p səsi
özündən sonra gələn m səsinə təsir edərək, onu p səsinə çevirir. Məs.: hoppağ, tappağ, yappağ, çappağ, səppəy, öppəg
[ək.k.].
7. nd>nn. Başqa dialekt və şivələrimizdə
olduğu kimi, Yardımlı şivələrində də n səsi ilə bitən sözlərə çıxışlıq hal şəkilçisi
əlavə edildikdə şəkilçinin birinci səsi olan d assimilyasiya hadisəsinə uğrayaraq
n səsi ilə əvəz olunur. Məs.: mənnən, gennən, dərinnən, ətəgunnən, gedənnən, onnən
[b.k.] və s.
8. rl>rr. Sözün sonundakı r səsi şəkilçinin
əvvəlindəki l səsinə təsir edərək onu r səsinə çevirir. Məs.: yerrər, kerrər, bazarrığ,
yerri, zərərri, kirri, zərru, korruğ, zorru, varrığa nə darrığ [b.k.] və s.
Bu hadisə dialekt və şivələrimizdə ən
çox yayılmış fonetik hadisələrdəndir.
9. st>ss. Bu hadisəyə əsasən, söz
köklərində olan səslərdə təsadüf edilir. Məs.: issi, tüssi [O., An., Ham.], assa,
dəssə, xəssə, gössər, yassan [Ən., Şil.], issər [Z., Zər., Hon.].
10. st>sd. Sözün ilk hecasındakı
s səsi özündən sonra gələn t səsinə təsir edərək, onu d səsinə çevirir. Məs.: bosdan,
dusdax, xəsdə, üsdə [ək.k.] və s.
1.11.2. Yarımçıq irəli assimilyasiya
Tam irəli assimilyasiyadan fərqli olaraq,
yarımçıq irəli assimilyasiyada bir səs özündən sonra gələn səsi tamamilə özünə
oxşatmır, lakin öz növünə oxşatmağa çalışır. Yarımçıq irəli assimilyasiya Yardımlı
şivələrində tam irəli assimilyasiyaya nisəbətən az yayılmışdır.
1. tl>td. Sözün sonundakı t səsi şəkilçinin
əvvəlindəki l səsinə təsir edərək, onu d səsinə çevirir. Məs.: quətdu//qüvvətdü
[An.], döylətdu, savatdu, otdux, rahatdığ [ək.k.].
2. zl>zd: Sözün sonundakı z səsi şəkilçinin
əvvəlindəki l səsinə təsir edərək, onu d səsinə çevirir. Məs.: qızdar, duzdu, gözdər,
dizdiy, gözdüy, payızdığ, susuzduğ və s. [ək.k.]
3. sl>sd. Sözün sonundakı s səsi şəkilçinin
əvvəlindəki l səsinə təsir edərək onu d səsinə veçirir. Məs.: hirsdəney, hisdəney,
namısdu. [K., Ar., An., O., N., Dağ., Y.], xırsdənmə [An., Osn.], səsdey [b.k.].
4. şl>şd. ş səsinin l səsini assimilyasiyası
başqa dialekt və şivələrimizdə olduğu kimi Yardımlı şivələrində də geniş yayılmışdır.
Məs.: işdər, quşdər, dişdər, beşdig, bağışdey, döşdüg, yaşdu, başdığ,, yokquşdu<yoxuşlu
[b.k.] və s.
5. pm>pb. Sözün sonundakı p səsi əsasən,
inkar şəkilçisinin əvvəlindəki m səsinə təsir edərək, onu b səsinə çevirir. Məs.: qırpbə, tapbaca,
səpbey, tapbey, yapbaginən [b.k.].
1.11.3. Tam geri assimilyasiya
Tam geri assimilyasiyada müəyyən bir səs özündən əvvəl gələn
səsi təmamilə özünə oxşadır. Yardımlı rayonu şivələrində tam geri assmiliyasiyanın
aşağıdakı növləri müşahidə edilir.
1. nm>mm. Şəkilçinin əvvəlindəki m səsi özündən əvvəl gələn
n səsinə təsir edərək onu m səsinə çevirir. Məs.: soyummağ, inammağ, yammağ, dimməz,
utammaz və s. [b.k.].
2. rl >ll. Bütün dialekt və şivələrimizdə olduğu kimi, Yardımlı
şivələrində də l səsinin r səsini assimilyasiyası indiki və qeyri-qəti gələcək
zamanlarda geniş yayılmışdır. Məs.: qavıllar, verillər, görüllər, tapıllar, asıllar,
tutullar, qourullar, otərıllər, axdarıllar, alallər, biləllər və s. [b.k.].
3. ds >ss. Şəkilçinin əvvəlindəki s səsi özündən əvvəlki d səsinə
təsir edərək, onu s səs məxrəcinə salır. Məs.: savassız [b.k.], dassız, assız [Ən., Şil.].
4. st >ss. Şəkilçinin əvvəlindəki s səsi özündən əvvəl gələn
t səsinə təsir edərək, onu s səsinə çevirir. Məs.: gessə [b.k.], yassa<yatsa,
ləssiz [Abd., B., Boz., An., Zen., Ş., H.].
5. sz>ss. Şəkilçinin əvvəlindəki s səsi özündən əvvəl gələn
z səsinə təsir edərək, onu s səs məxrəcinə salır. Bu hadisə Yardımlı şivələrində
bir qayda olaraq qeyri-qəti gələcək zamanda özünü göstərir. Məs.: vırəmməssən,
keçəmməssən, sürməssən, oynəməssən [b.k.], ğoriməssən [Al.].
6. tç>çç. Şəkilçinin əvvəlindəki ç səsi özündən əvvəl gələn
t səsinə təsir edərək, onu ç səsinə çevirir. Məs.: saaççi//sahaççi, kəççi, gözəççi,
malaççi - ağac kəsən və s. [ək.k.].
7. şç>çç. Şəkilçinin əvvəlindənki ç səsi özündən əvvəl gələn
ş səsinə təsir edərək, onu ç səsi məxrəcinə salır. Məs.: baççi, iççi [ək.k.].
8. zç>çç. Burada da şəkilçidəki ç səsi özündən əvvəl gələn z
səsinə təsir edərək onu ç səsinə çevirir. Məs.: qəlxoççi, dəniççi, saççi, qarpıççi,
qaççi<qazçı [ək.k.].
1.11.4. Yarımçıq geri assimilyasiya
Yarımçıq geri assimilyasiya Yardımlı rayonu şivələrində geniş
yayılmamışdır. Bilindiyi kimi, yarımçıq geri assimilyasiyada hər hansı bir səs
özündən əvvəlki səsə təsir edib onu özünə yaxın olan başqa bir səsə çevirir:
1. nb>mb. Bu hadisəyə əsasən, söz köklərində olan səslərdə
təsadüf edilir. məs.: zəmbil, təmbəki, şəmbə, ombir [ÿê.ê.].
2. xd>td. Şəkilçinin əvvəlindəki d səsi özündən əvvəl gələn
x səsinə təsir edərək onu t səsi məxrəcinə salır. Məs.: qırtdım, qortdum [b.k.].
1.12. Dissimilyasiya
Dissimilyasiya hadisəsi assimilyasiya hadisəsinin tamamilə əksini
təşkil edir. Bu hadisə Yardımlı rayonu şivələrdə assimilyasiya hadisəsinə nisbətən
az yayılmışdır. Bu, başqa dialekt və şivələrdə də belədir. Dissimilyasiya hadisəsinin
də irəli və geri olmaqla iki növü vardır.
1.12.1. İrəli dissimilyasiya
1. r>l. Sözün axırındakı r səsi l səsinə
çevrilir. Məs.: qərəl<qərar, incil<əncir, zərəl [b.k.], murdal [O.].
2. n>l. Sözün sonundakı n səsi l səsinə
çevrilir: fantal [Ən., Şil.]. n>l hadisəsi, ümumiyyətlə, dialekt və şivələrimizdə
ən az yayılmış fonetik hadisələrdəndir.
1.12.2. Geri dissimilyasiya
Yardımlı rayonu şivələrində geri dissimilyasiyanın
aşağıdakı tiplərinə təsadüf edilir.
1. c>ş. c səsi özündən sonra gələn d
səsinin təsiri ilə ş səsinə çevrilir. Məs.: ağaşdar, çəkiş, ülgüşdər, oruşduğ, kərpişdər
və s. [ək.k.].
2. c>j. c səsi özündən sonra gələn d,
bəzən də ç səsinin təsiri ilə j səsinə çevrilir. Məs.: güjdü, səjdə, əjdad, vijdan,
ajdi, dinjdu<dincdir və s. [b.k.], qıjğırməg<qıcqırmaq [An.].
3. ç>ş. d səsi özündən əvvəl gələn qovuşuq
ç səsinə təsir edərək onu ş səsinə çevirir. Məs.: üşdən, ölşdi, uşdi, köşdi, qaşdi,
işdi və s. [b.k.].
Ümumiyyətlə, şifahi ədəbi dilimiz üçün
səciyyəvi olan bu hadisələr (c>j, ç>ş) bütün dialekt və şivələrmizdə yayılmışdır.
1.13. Yerdəyişmə
Yardımlı rayonu şivələrində geniş yayılmış
fonetik hadisələrdən biri də sözün tərkibində səslərin yerdəyişməsi (metateza) hadisəsidir.
Bu hadisə Yardımlı şivələrində sözlərin tərkibində samitlərin bir-biri ilə ya yanaşı,
ya da yanaşı olmayan şəkildə yerlərini dəyişməsində özünü göstərir. Bunu aşağıdakı hallarda görmək olar:
1. b®k. Sözün tərkibində b səsi öz yerini k səsi ilə dəyişir. Məs.:
ökbə, ökbəlu<comərd [ək.k.].
2. b®v. Sözün tərkibində b səsi öz yerini v səsi ilə dəyişir. məs.:
cabav [Y., B.].
3. b®r. b səsi r səsi ilə yerini dəyişir. məs.: dəbriş//dəvriş, kirbit,
[An., Şıx., Ə., Ham.].
4. ğ®r. ğ səsi öz yerini r səsi ilə dəyişir. Məs.: dorğamac, dorğamağ,
dorği<doğru, arğanom [ək.k.].
5. y®r. y səsi yerini r səsi ilə dəyişir. Məs.: qiryət//qıryət [b.k.].
6. d®y. d səsi öz yerini y səsi ilə dəyişir. Məs.: maydan [b.k.].
7. k®s. Sözün tərkibindəki k səsi öz yerini s səsi ilə, bəzən də
əksinə dəyişir. Məs.: diskinmək, öskürmək [b.k.]. Bu hadisəyə Azərbaycan dilinin
digər dialekt və şivələrində də rast gəlinir [70, s.120].
8. l®h. l səsi öz yerini h səsi ilə dəyişir. Məs.: məhləm.
9. l®f. l səsi öz yerini f səsi ilə dəyişir. Məs.: küflət//kiflət
[ək.k.].
10. m®ğ. m səsi öz yerini ğ səsi ilə dəyişir dağma [Y., K., Sır.,
C.].
11. r®v. r səsi öz yerini v səsi ilə dəyişir. Bu hadisə bəzən əksinə
də baş verə bilir. Məs.: qırvəğ [An., Ham., Ad., K., Ar., Osn., Ün.], qırbəğ [Hor., Ab.], dərviş
[ək.k.].
12. t®s. s səsi öz yerini r səsi ilə dəyişir. Məs.: görsət [b.k.].
13. r®m. Sözün tərkibində r səsi öz yerini m səsi ilə dəyişir. Məs.:
dımırığ-dırmıq [K., B., C.].
14. ş®x. Sözün tərkibində əvvəlcə q samiti x samiti ilə əvəz olunmuş,
bundan sonra ş səsi öz yerini x səsi ilə dəyişmişdir. Məs.: boxşəb//boxşab [b.k.].
15. r®h. r səsi öz yerini h səsi ilə dəyişir. Məs.: səhrəd, fəhrat
(b.k.)
16. l®n>n®l. l səsi öz yerini n səsi ilə dəyişir. Məs.: n
lət//nəhlət<lənət [b.k.].

17. l®r > r®l. l səsi öz yerini r səsi ilə dəyişir. Məs.: partal [b.k.],
şarval<øàëâàð [K., Ar., Çay, S., O.].
1.14. Söz köklərində samitlərin qoşalaşması
Yardımlı rayonu şivələrində
özünü göstərən maraqlı fonetik xüsusiyyətlərdən biri də söz köklərində samitlərin
qoşalaşması, hadisəsidir.
T.B.Həmzəyev söz ortasında samitlərin qoşalaşmasını tələffüzlə
əlaqələndirir [33, s.56].
Akademik M.Ş.Şirəliyev söz ortasında samitlərin qoşalaşmasından
bəhs edərkən yazır: “Azərbaycan dilinin xüsusiyyətlərindən və onu başqa oğuz tipli
türk dillərindən ayıran cəhətlərdən biri də söz ortasında qoşa səssizlərin işlənməsidir“
[70, s.124].
Yardımlı şivələrində söz köklərində m, r, q, ş, l, c, t samitlərinin
qoşalaşmasına təsadüf edilir. Bu da aşağıdakılardan ibarətdir:
1. m səsinin qoşalaşması: həmməşə//həmişşə, həmmi, həmmisi [b.k.].
Bu qoşalaşma Naxçıvan qrupu dialekt və şivələri üçün daha səciyyəvidir
[12, s.69].
1. q səsinin qoşalaşması: oqqədər, nəqqədə, buqəddə, əlaqqə, [ək.k.],
yoqqiş//yoqquş [b.k.].
2. ş səsinin qoşalaşması: maşşin, peşşə [O., X., Ən.], başşağ [b.k.].
ş səsinin qoşalaşmasına başqa dialekt və şitvələrimizdə də rast
gəlinir [70, s.125].
4. r səsinin qoşalaşması: kərrə, qərrənquc [ək.k.].
5. c səsinin qoşalaşması: höccət [ək.k.].
6. l səsinin qoşalaşması: illac [b.k.] < əlac.
7. t səsinin qoşalaşması: battağ//battağlu
[An., Osn.].
t səsinin qoşalaşmasına Azərbaycan dilinin
Qazax dialekti və İsmayıllı şivələrində bataq və tütək sözlərində təsadüf edilmişdir
[65, s.125].
Hiç yorum yok:
Yorum Gönder