14 Şubat 2016 Pazar

Bir tarixçinin belə yazması sadəcə ayıbdır.

Tarixçi V.Salayev yazır: "ORAND sözü əslində ARVAND sözünün təhrif olunmuş formasıdır. "Səidiyyə" (“Cavahirnaməyi-Lənkaran”) kitabında bu tayfa URVAND kimi qeyd olunur. ARVAND sözünün etimologiyası iki sözün bitişməsindən yaranmış: AR - ariy və VAND - tayfa. VAND sonluğu bir çox talış tayfa və nəsillərinin adlarında geniş istifadə olunmaqdadır. 

Ehtimal etmək olar ki, orandlılar midiyalıların ARIZANT tayfasının nəsilləridir.

Hal-hazırda Lerik rayonunda İ.Əzimbəyovun bir cəfəng uydurması geniş təbliğ olunmaqdadır ki, guya "Zuvand-Orand gəlib çini-macindən, düşmənləri qırıbdılar içindən”. 

Bu ifadə 7 əsrdir ki, bölgədə yaşayır, bunu necə danmaq olar? 

Belə yerdə deyirlər: Zuvand, Orand, Dırığ, Pirembel, Alar, Dilaqarda tayfalarının bu məsələyə nə dəxli var? 

“Zuvand” sözü e.ə VIII əsrə aid Assur mənbələrində “zuvan” şəklində türk tayfası kimi qeydə alınıb. Uran, eləcə də Oyrot tayfasının Arizantla nə əlaqəsi var? 

Dırığ sözünü gah "iki daş" şəklində izah edirsiniz, gah da “dığ” sözündən yarandığını iddia edirsiniz; sonra da Bəg nəsli adlandırırsınız! 

Yardımlıdakı Dəryavar oykoniminin ilkin forması Derikavardır. Yəni, dirik türk tayfasının adıyla bağlıdır. 

“Alar” adının Allara nə dəxli var axı? Bu türk tayfa adının 3 minildən artıq yaşı var. Qədim mənbələrdə də Alar şəklində qeydə alınıb. İstər Zuvan, Oran, istərsə də Alar toponimi, - bunlar bumeranq türk tayfa adlarıdır.

Vallah, ayıbdır! Belə fikirlər tarixçiyə yaraşmaz: "Bu bütün siyahı deyil, sadəcə əsas istiqamətlərdir ki, bu istiqamətlərdə davamlı iş gedir. Bu siyasət nəticəsində XVIII əsrdə Şəfidaşt, XIX əsrdə Dılagarda və Pirembel kimi böyük tayfalarımızı itirdik. Daştvənd, Pornaym və Allar tayfalarını isə demək olar ki, itirməyin son mərhələsindəyik".

Füzuli rayonu ərazisinə köçürülmüş Dilaqarda tayfasının talış tayfası ilə nə bağlılığı var? Heç olmasa, "Yuxarı Qarabağ toponimləri" əsərinə baxsınlar.

"1820-ci ildə Rusiyanın Cənubi Azərbaycandan köçürüb gətirdiyi tayfalardan (Qasımlı, Zərgər, Mahrızlı, Şahsevən) biri Dilaqarda adlanırdı. Bu el 600 ailədən ibarət olmaqla ondan əvvəl Talış bölgəsində və Cənubi Azərbaycanda maldarlıqla məşğul olurdu. Köçürülmüş tayfalardan 24 kənd yaranmışdı ki, onlardan üçü (Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda) Dilaqarda elinin adının eynidir. 

Araz Dilağarda. Kəndin adı Araz hidronimindən və mənşəcə Qaraqoyunlu tayfa ittifaqının Dilaqarda tayfasının adından ibarətdir. “Araz çayı kənarında Dilaqarda kəndi“ mənasındadır. Araz sözü digər Dilaqerda (Qobu Dilaqarda) kəndindən fərqləndirici əlamət bildirir. 1820-ci ildə İrandan köçüb gəlmiş və onların Dilaqarda elində məskunlaşması nəticəsində Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda kəndləri yaranmışdır. 

Azərbaycan dilində qobu - “quru dərə“, “quruyarğan“ və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir".
Tarixçilərimiz bu məsələlərə aydınlıq gətirməli, həqiqəti ortaya çıxarmalı və məqsədli şəkildə ortaya atılmış ittihamlara tutarlı cavab verməlidirlər.

Hiç yorum yok:

Yorum Gönder