14 Şubat 2016 Pazar

Azərbaycan mediası hansı səhvlərə yol verir?


AzərbaycanDil Qurumu” İB Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı iləmedianın monitorinqini aparıb.
QurumdanAvropa.info-ya daxil olan məlumata görə, Monitorinq Qrupunda Şahlar Məmmədov(dilçi alim, sədr), Elçin Məmmədov (dilçi alim, üzv) və Anar Niftəliyev (AzərbaycanDil Qurumu, üzv) təmsil olunub.
MonitorinqQrupu ədəbi dil normalarının qorunması və inkişafı məsələləri ilə bağlı 2012-ciil sentyabrın 10-dan 17-dək yazılı və elektron mətbuatı araşdırıb.
Monitorinqə“Yeni Müsavat”, Azadlıq”, “Şərq”, “525-ci qəzet”, “Bakı xəbər” qəzetləri və“Lent.az”, “Qafqazinfo.az”, “Azadliq.org”, “Publika.az”, “Avropa.info”,“Mediaforum.az”, "Modern.az" saytları cəlb edilib.
Monitorinqzamanı ən çox müşahidə edilən dil xətaları aşağıdakılardır:
                                                           Vulqar sözlər
Ədəbidil normalarına uyğun gəlməyən və zəruri ehtiyac olmadan əcnəbi sözlərdənistifadə edilir. Məsələn:
1.“novostroyka” - “Azadlıq” qəzeti (11 sentyabr);
2. “çekist” - “Azadlıq” qəzeti (13 sentyabr);
3.  “obşak”, “xlebnik”,  “padlo”, “srok” - “Yeni Müsavat” qəzeti (11sentyabr);
4.  “dıxaniyem”– “Yeni Müsavat” qəzeti (12 sentyabr);
5. “kayf” – “Yeni Müsavat” qəzeti (13sentyabr);
6.“aktivist” - “Publika.az” (11 sentyabr);
7.  “vetnamka” - “Qafqazinfo.az” (10 sentyabr)
və s.
Fərqli şəkildə yazılan sözlər
“Orfoqrafiyalüğəti”ndə qeydə alınmış sözlər bəzən fərqli formada yazılır. Məsələn:
1. Tel-Əviv- “Qafqazinfo.az” (12 sentyabr);
2. diaspora- “Qafqazinfo.az” (11 sentyabr);
4. labaratoriya -“Publka.az” (10 sentyabr);
5. otel - “Lent.az” (14 sentyabr)
vəs.
Qeyd:a) Sonu “a” hərfi ilə bitən alınma sözlərin düzgün yazılış forması “Orfoqrafiyaqaydaları”nın 4-cü maddəsində aydın şəkildə izah edilib;
b)Əsli “h” samitli sözlər “h” ilə də yazılır (hotel); (10-cu maddə).
Xüsusi isimlərin yazılışı
Yazılıvə elektron mediada xarici mətbuat, şirkət, restoran, şəxs və s. adların  orijinala uyğun şəkildə yazılışı artıq ənənəhalını almaqdadır. Məsələn:
1.     Eurovision
2.     Embawood
3.     Star city
4.     Nar Mobile
5.     Mercedes
6.     Thomas De Wall
7.     Michael
8.     Dana Rohrabacher
9.     Human RightsWatch
10.   GabrielGarcia Marquez
11.   Facebook
12.   The New York Times
13.   Volkswagen
14.   Baku Crystal Hall,
15.   Hyatt Regency və s.
Monitorinqə cəlb edilən qəzet və saytlar içərisində “Azadliq.org”saytı bu halı artıq “prinsip olaraq” qəbul edib.
Alınma sözlərin Azərbaycandilinin fonetik prinsiplərinə uyğunlaşdırılması qaydasına zidd olan bu cüryazılışlarda bəzən, Türkiyə türkcəsində olduğu kimi, xüsusi isimləri hal şəkilçilərindənayırmaq üçün kəsmə, apostrof işarəsindən də isifadə edilir. Məsələn:
1.    Michelle`nin - “Azadlıq" qəzeti;
2.    H.Clinton’un ölkəsində; Erdoğan’la - “Azadliq.org”...
Mürəkkəb ixtisarların (abreviaturaların) yazılışı
“Orfoqrafiya qaydaları”nda mürəkkəbixtisarların 3 yazılış forması göstərilib. (Maddə 34). Bu maddəyə beynəlxalqixtisarların milli dilə uyğunlaşdırılması və ya kütləviləşmiş ixtisarlarınsaxlanılması ilə bağlı əlavə və dəyişiklik edilməsinə ehtiyac vardır.
Mürəkkəb adların yazılışı
“Orfoqrafiya qaydaları”nda(maddə 31) mürəkkəb adların yazılış qaydası aydın şəkildə göstərilib:“Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət,qurum, akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixigünlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa)birinci hərfi böyük yazılır”.
Təəssüf ki, yazılı vəelektron mətbuatda bu qaydaya çox vaxt əməl edilmir. Məsələn:
1. xarici işlər naziri ƏhmədDavudoğlu; iqtisadiyyat naziri Zəfər Çağlayan, milli müdafiə naziri İsmetYılmaz – “Qafqazinfo.az” (11 sentyabr);
2. Yaponiyanın maliyyə vəpoçt xidməti islahatları naziri - “Publika.az” (10 sentyabr);
3. fövqaladə hallar naziri –“Yeni Müsavat” qəzeti (12 sentyabr);
4.səhiyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri (s.13) - “YeniMüsavat” qəzeti (10 sentyabr)
5.6 saylı yol istismar idarəsi (s.7) “Şərq” qəzeti (11 sentyabr)
və s.
Nitq qüsuru və ya asemantikləşmə nəticəsində yaranmış sözlər
Məsələn:
1.    narahatçılıq – “Publika.az” (10 sentyabr);
2.    müsəlmançılıq- “Yeni Müsavat” qəzeti (12 sentyabr)
və s.
Dərslik və dərsvəsaitlərində - “çılıq4” şəkilçili sözlər bir qayda olaraq – “çı+lıq4” və - “çılıq”4şəklində izah edilir. Peşə, sənət anlayışı bildirən sözlərdə şəkilçi – “çı+ lıq”şəklində parçalanır, mücərrəd məna bildirdikdə isə - “çılıq4” bütöv şəkildəgötürülür, halbuki – “çılıq4” şəkilçisi bir qayda olaraq ismə artırırlır. Məsələn,qəzetçilik;
Narahat, nigaran sözlərisifət olduğuna görə, narahatlıq, nigaranlıq şəklində yazılmalıdır.
Saytadlarının yazılışı
Sayt adları 3 müxtəlifformada yazılır. Məsələn:
1.     “Qafqazinfo”,“Media forum”,
2.     Lent.az
3.     Publika.Az
“Orfoqrafiya qaydaları”ndasayt adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur. Təklif edirik ki, saytadları dırnaq işarəsi olmadan, internet ünvanı saxlanılmaqla  (az, com, org və s.) yazılsın. Məsələn:Qafqazinfo.az, Publika.az, Mediaforum.az, Azadliq.org və s.
Monitorinq Qrupunun qənaəti
Monitorinqqrupu hesab edir ki, keçən monitorinqin (2012-ci il iyunun 19-dan 30-dək) nəticələriilə müqayisədə vulqar sözlərin sayı xeyli azalıb. Buna baxmayaraq, xüsusi isimlərinvə mürəkkəb adların yazılışında qaydasızlıq qalmaqdadır.
Səbəblər:
1.  Dil qurumları ilə əlaqələrin zəifliyi,əksər media mənsublarının mövcud lüğətlərdən istifadə etməməsi və dilnormalarına laqeyd münasibəti.
2.  2004-cü ildə çap olunmuş“Orfoqrafiya lüğəti”nin müasir tələblərə tam cavab verməməsi.
Qeyd: Monitorinq zamanı yazılı və elektron mətbuatda yol verilmiş texniki vəüslubi səhvlər nəzərə alınmayıb.

Hiç yorum yok:

Yorum Gönder